Bu gün Türkiyənin günü idi

Bu gün Bakının ev sahibliyi etdiyi taekvondo üzrə sayca 26-cı dünya çempionatının 4-cü yarış gününə yekun vurulub. Bu gün daha iki dəst medal sahibini tapıb. Belə ki, kişilərin yarışında 63 kiloqram çəki dərəcəsində Türkiyə taekvondoçusu Hakan Recber dünya çempionu tituluna yiyələnib.  H.Recber finalda Tailand idmançısı Banlunq Tumtimdanqdan üstün olub. Bu görüşdən sonra Banlunq gümüş medala yiyələnib. Bu çəki dərəcəsində bürünc medalları isə Xuan Jorquera Sala (İspaniya) və Karlos Navarro (Meksika) qazanıblar.  Qeyd edək ki, qadın taekvondoçular arasında +73 kiloqram çəkidə dünyanın ən güclü taekvondoçusu da Türkiyə idmançısı Nafiya Kuş olub.…

Şarl Mişel: Kişineu görüşü Brüsseldə keçiriləcək növbəti toplantıya çox yaxşı hazırlıq oldu

Kişineou görüşü iyulun 21-də Brüsseldə keçiriləcək növbəti toplantıya çox yaxşı hazırlıq oldu. Newsmedia  xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında keçirilmiş qeyri-rəsmi görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib. Avropa İttifaqı rəsmisi deyib ki, bizim may ayında Brüsseldə müzakirə etdiyimiz məsələləri nəzərdən keçirmək, əlaqələndirmə, təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq imkanımız oldu. Bu o deməkdir ki, biz…

Madriddə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

İspaniyadakı səfirliyimizin təşkilatçılığı ilə Madrid şəhərində 28 may Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib. Newsmedia xəbər verir ki, qəbulda İspaniya Hökumətinin yüksəkvəzifəli rəsmiləri və parlamentinin üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, Madrid şəhər bələdiyyəsinin nümayəndələri, eləcə də bir sıra düşüncə mərkəzləri və akademik dairələrdən olan tədqiqatçılar, mədəniyyət xadimləri, mötəbər media təmsilçiləri, habelə yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan səfir Ramiz Həsənov 105 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və keçdiyi kəşməkeşli yollardan söhbət açaraq AXC-nin müsəlman dünyasında ilk…

“Uşaqlar bizim gələcəyimizdir” adlı bayram şənliyi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi iyunun 1-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı bayram şənliyi təşkil edib. Newsmedia xəbər verir ki, öncə Dövlət Himni səsləndirilib, sonra isə “Dövlət uşaq siyasəti” adlı videoçarx nümayiş olunub. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova millətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin Azərbaycanda hüquqlarının qorunduğunu, onların ölkəmizdə sülh şəraitində yaşadığını bildirib. O qeyd edib ki, ölkəmizin əldə etdiyi uğurlar, Azərbaycanın inkişafı üçün görülən böyük işlər…

Rusiya ordusuna Su-34 təyyarələri təhvil verilib

Rusiya Aerokosmik Qüvvələrinə Su-34 təyyarələrinin yeni bir partiyası təhvil verilib. Birləşmiş Təyyarə Korporasiyasının məlumatına əsasən, bu təyyarələrin təkmil aviasiya silahlarından istifadə imkanları genişləndirilib. Bunun nəticəsində yerüstü hədəflərin məhv edilməsi diapazonu artırılacaq. Təkmil aviasiya silahlarından istifadə imkanlarının genişləndirilməsi həm də, Su-34-ün dəqiqliyini maksimuma qaldıracaq. Qeyd edək ki, Su-34-lər Novosibirsk Aviasiya Zavodunda hazırlanıb. Rizvan FİKRƏTOĞLU

İzmir sahillərində daha 56 qaçqın xilas edilib

Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyәyә geri qaytarılan qaçqınlar xilas edilib. Türkiyәnin İzmir şәhәrinin Dikili vә Karaburun qәsәbәlәrindәn Yunanıstana keçmәyә cәhd göstәrәn qaçqınlar Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn xilas edilib. Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn keçirilәn әmәliyyat zamanı 56 qaçqının xilas edildiyi bildirilib. Qaçqınlar keçirilǝn ǝmǝliyyatdan sonra Miqrasiya İdarǝsinǝ göndǝrilib.  Anar

Yeddi yüz NATO hərbçisi Kosovada

Kosovanın şimalında baş verən toqquşmalardan sonra NATO sülhməramlıların sayını artırmaq qərarı verib. Həmçinin, NATO-nun 700 hərbçisi artıq Kosovaya daxil olub.  Alyansın Baş katibi Yens Stoltenberq bildirib ki, Kosovaya NATO hərbçilərinin göndərilməsi regionda münaqişənin sülh yolu ilə həllindən imtina demək deyil. Alyansın Baş katibi onu da deyib ki, NATO Avropa İttifaqının himayəsi altında danışıqları tam dəstəkləyir.

Ptolemeylər və Fironlara aid yeni tapıntılar aşkarlanıb

Misirin Giza şəhərinin tarixi Sakkara bölgəsində Ptolemeylər və 30-cu Fironlar sülalələrinə aid yeni tapıntılar ortaya çıxıb. Bu barədə Misir portalları məlumat yayıb. Bölgədə aparılan arxeoloji qazıntılar zamanı emalatxanalar, türbələr, heykəllər, insan və heyvanların mumiyalanmasında istifadə olunan saxsı qab parçaları tapılıb. Misirin Antik Əsərlər üzrə Ali Şurasının baş katibi Mustafa Vəziri sözügedən mövzu ilə bağlı deyib: “Emalatxanalar insanlar və müqəddəs saydıqları heyvanların mumiyalanması üçün istifadə olunub. Buradan arxeoloqlar gil və ritual qablar tapıblar”. Sakkara Arxeoloji Qrupunun rəhbəri Səbri Fərəc isə bunu söyləyib: “Tapılan məzarlar antik Misir Krallığından yüksək vəzifəli şəxsə və…

Rusiyalı arxeoloqlarla görüş

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa Universitetinin “Arxeologiya 2.0” Elm Təhsil Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, professor İlşat Baxşiev, universitetin Arxeoloji abidələrin qorunması üzrə Elmi İstehsalat Mərkəzinin nümayəndələri Ramil Nəsrətdinov və Roman Qabitov AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar. Görüşdə professor İlşat Baxşiev Başqırdıstanda aparılan arxeoloji tədqiqat işlərindən danışıb və “Rəqəmsal arxeologiya” metodundan istifadə etdiklərini bildirib. Alim qeyd edib ki, bu metoddan Avropa ölkələrində geniş istifadə edilsə də, biz son zamanlar tətbiq etməyə başlamışıq. O, ”Rəqəmsal arxeologiya”nın üstünlüklərindən söz açaraq bu sahədə Azərbaycan arxeoloqlarını əməkdaşlığa dəvət edib. Bu metodla…