Şirvan şəhəri ərazisində avtomat və tüfənglər tapılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd “AKS-U” markalı avtomat, 2 ədəd daraq və 60 ədəd patron aşkarlanaraq götürülüb. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 5 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.

Fazil Mustafa həyati təhlükəsi yoxdur

Fazil Mustafa hazırda xəstəxanadadır. Həyati təhlükəsi yoxdur. Newsmedia xəbər verir ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib. Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

Tanınmış prodüser yol qəzasında dünyasını dəyişdi

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Newsmedia xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində baş verib. Belə ki, onun idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Bakıda banka saxta dollar verən əcnəbilər tutulub

Bakının Yasamal rayonunda banka saxta dollar verən əcnəbilər tutulub. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, fevralın 16-da saat 14 radələrində Yasamal rayonu ərazisində yerləşən bankların birinə 12 ədəd 50 dollarlıq saxta əskinas verən 2 əcnəbi vətəndaş orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 26-cı Polis Bölməsinə təhvil verilib.( Report)

İsraildə terror hadisəsi baş verdi

Newsmedia xəbər verir ki, bu barədə İsrail polisindən baş vermiş terror hadisəsi ilə bağlı rəsmi açıqlama gəlib. Məlumatda, “Axşam saat 20:15 radələrində terrorçu Yerusəlimin Neve Yaakov küçəsində sinaqoqun binasına yaxınlaşaraq orada olan bir neçə nəfərə atəş açıb” deyə qeyd edilib. Atışma nəticəsində ölən və yaralananların olduğu deyilir.

İctimai təşkilatlar terror hücumunu sərt şəkildə qınadı

İctimai təşkilatların Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumu ilə bağlı birgə Bəyanatı Bakı şəhəri                                                                               27 yanvar 2023-cü il Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpusları ölkəmizin ərazisi sayılır. Səfirliyə, səfirlik əməkdaşlarına hücum Azərbaycana, onun suvereneliyinə qəsddir. Bugün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilən xain hücum da terror aktıdır, ölkəmizin inkişafını, müstəqil siyasətini, qüdrətini gözü götürməyənlərin məkrli planıdır. İrandakı səfirliyimizə qarşı edilən bu terror hücumunu şiddətlə qınayırıq. Terror hücumu nəticəsində şəhid olmuş mühafizəçimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğluna Allahdan rəhmət diləyirik. Rəsmi Tehran Diplomatik Əlaqələr Haqqında Vyana Konvensiyasının tələblərinə uyğun…

SEPAH terror təşkilatı elan edilməlidir

“Beynəlxalq ictimaiyyət İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu təşkilatlar siyahısına daxil edilməsi üçün səylərini artırmalıdır”. Newsmedia xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Almaniyanın “Deutsche Welle” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, əvvəllər SEPAH İran rejiminin mövcudluğunu təmin etmək üçün mexanizm idi: “İndi isə inqilabın yayılması, rejimin qorunması üçün alətə çevrilib”. Rza Pəhləvi beynəlxalq ictimaiyyətdən Tehrandakı hakimiyyətə təzyiqləri artıraraq İran xalqına daha çox dəstək verməsini istəyib. O, ölkədə keçirilən etiraz aksiyaları iştirakçılarına verilən ölüm hökmlərini pisləyib: “Beynəlxalq ictimaiyyət rejimə təzyiq göstərməklə yanaşı, İran xalqını da dəstəkləməlidir.…

Hücuma məruz qalan jurnalistlə bağlı agentlikdən açıqlama

Media Agentliyi dünən hücuma məruz qalmış jurnalist Aytən Məmmədova ilə bağlı açıqlama yayıb. Newsmedia xəbər verir ki, məlumatda deyilir: Mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalan jurnalist Aytən Məmmədova ilə əlaqə saxlanılıb, onun vəziyyəti barədə ətraflı məlumat əldə olunub.Telefon danışığı zamanı bildirilib ki, Medianın İnkişafı Agentliyi baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır.“Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə…

Saakaşvili məhkəmədə gizli diplomatiyadan danışıb

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu gün Tbilisi Məhkəməsində çıxışı zamanı ölkə rəhbəri olduğu dövrdə Londonda Belarus lideri Aleksandr Lukaşenko ilə gizli görüş keçirdiyini açıqlayıb. Newsmedia xəbər verir ki, onun sözlərinə görə, görüşlərdə məqsədi Belarusun Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaması olub. “Mən 3-4 dəfə Londonda olmuşam, yayılan bu sənədlər gizli saxlanılmalı idi. Bir haldakı ki, Lukaşenko Putinin deyəcəyi halda ərazilərin müstəqilliyini tanıyacağını bildirib, bu gürcü hakimiyyətinin fəaliyyətsizliyinin nəticəsidir. Mən həqiqətən dörd dəfə Londonda olmuşam və Lukaşenko ilə gizli görüşlər keçirmişəm. Bu barədə ilk dəfə danışıram, bu gizli diplomatiya idi.…