İDF hərbiçisini cəzalandırıb

İsrail Müdafiə Qüvvələri məscidə səs qumbarası atan əsgəri vəzifəsindən uzaqlaşdırıb. Bu barədə “Tayms of İsrail” məlumat yayıb. Qeyd edilir ki, hadisə İordan çayının qərb sahilindəki Budrus kəndindəki məsciddə baş verib. İmam möminləri səhər namazına çağırmağa başlayanda İsrail əsgəri binaya səs qumbarası atıb.

İspaniyada Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq beynəlxalq forum

İspaniyanın paytaxtı Madrid şəhərində ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumu baş tutub.  Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Azərbaycanın İspaniyadakı Səfirliyinin rəsmi tərəfdaşlığı ilə keçirilən tədbir zamanı Avropa Birliyində fəaliyyət göstərən diplomatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri bir araya gəliblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı qonaqları salamlayaraq forumun keçirilməsinin məqsəd və məramlarını açıqlayıb. Tarixi faciələrin mütəmadi olaraq xatırlanmalı olduğuna diqqət çəkən Tənzilə Rüstəmxanlı…

Slovakiya Ukraynaya növbəti dəfə hərbi yardım göstərəcək

TASS agentliyinin etibarlı mənbələrdən aldığı məlumata görə, Slovakiya Ukraynaya növbəti dəfə hərbi yardım göstərəcək. Yardımın məbləğinin 4,2 milyon avrodan çox olacağı bildirilir. Rusiya-Ukraynaya müharibəsi fonunda göndəriləcək yardım Slovakiya respublika hökuməti tərəfindən təsdiq edilib. Yardımın Ukraynanın müraciəti əsasında göndəriləcəyi qeyd olunur. Rizvan FİKRƏTOĞLU

Almaniya Ukraynaya növbəti hərbi yardım paketi göndərir

Almaniya hökuməti Ukraynaya növbəti hərbi yardım paketi göndərir. Bu barədə hökumətin rəsmi saytında məlumat dərc edilib. Bildirilir ki, buraya zirehli döyüş maşınları, hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatları, kəşfiyyat PUA-ları, dronaşkarlama sistemləri və digər hərbi döyüş sursatları daxil edilib. Məlumatda o da bildiorilir ki, müharibə davam etdiyi müddətcə Almaniya Rusiyaya qarşı Ukraynaya dəstəyini davam edəcək. Rizvan FİKRƏTOĞLU

Fransanın köməyi ilə Hindistan Ermənistanı yenidən silahlandırır

Yaxın vaxtlarda Hindistandan Ermənistana Parisin köməyi və rəsmi icazəsi ilə silahların çatdırılmasına başlanılacaq. Bu barədə “Caliber” Fransadakı erməni diasporu ilə geniş əlaqələri olan insayderə istinadən məlumat yayıb. Məlumata görə, söhbət “Nexter Systems” və Hindistan şirkətlərinin iştirakı ilə istehsalı bu ölkədə lokallaşdırılan “Caesar” özüyeriyən artilleriyanın hind analoqundan gedir. Bildirilir ki, sifariş edilən artilleriya qurğularının sayı ilə bağlı ətraflı məlumat yoxdur. Lakin məlumdur ki, Fransanın erməni diasporu Parisin hərbi-siyasi rəhbərliyinin və şəxsən prezident Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb. Razılaşmanın icrasını gizlətmək üçün 155 mm/52 kalibrli silahların birbaşa uçuşlarla…

Aİ fəlakətlə əlaqədar Ukraynaya yardım göndərib

Avropa İttifaqı (Aİ) iyunun 6-sı səhər saatlarında Kaxovka su anbarının vurulması ilə əlaqədar yaranan fəlakətlə əlaqədar Ukraynaya yardım göndərib. Yardımın tərkibinə Avstriya, Almaniya, Litvanın su konteynerləri, nasoslar, düşərgə çarpayıları və müvəqqəti sığınacaq üçün materiallar daxil edilib. Qeyd edək ki, su anbarının partladılması nəticəsində hazırda Dnepr çayı boyunca ərazilər, Xerson vilayətinin böyük bir hissəsi su altındadır. Rizvan FİKRƏTOĞLU

Türkiyə IDEF-2023 sərgisinə hazırlaşır

Türkiyə IDEF-2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə hazırlaşır. Bir çox xarici şirkətlərin də ev sahibliyi edəcəyi IDEF-2023 sərgisi iyulun 25-28-də keçiriləcək. IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilir. Qeyd edək ki, 2021-ci ildə baş tutan IDEF-2021 sərgisində 53 ölkənin 1200-dən artıq müdafiə və təhlükəsizlik həlləri istehsal edən şirkəti məhsul və texnologiyalarını nümayiş etdirib. Rizvan FİKRƏTOĞLU

“Atmaca” hədəflərinə zərbələr endirib

Türkiyənin “Atmaca” raketi bu yaxınlarda Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarına daxil olub. Türkiyənin yerli ROKETSAN şirkətinin istehsalı olan bu raket ölkənin ilk dəniz raketi hesab olunur. Şirkətin hazırladığı yeni videoda “Atmaca”nın hədəfini vurduğu anlar yer alıb. “Atmaca”, gəmi əleyhinə raketlərin yeni nəsli sayılır. “Səth-səth” tipli bu raket, aşağı radar izinə, yüksək dəqiqlikliyə, hədəfləri yeniləyə bilmə, yenidən hücum və tapşırığın ləğvi, habelə hər cür hava şəraitində missiyanın icrasına, hərəkətli və sabit təhlükələri zərərsizləşdirmək imkanına sahibdir. Rizvan FİKRƏTOĞLU

ABŞ Ukraynaya əlavə yardım paketləri hazırlayır

ABŞ Kaxovka Su Elektrik Stansiyasının (SES) partlayışının fəsadlarının aradan qaldırılması məqsədilə Ukraynaya əlavə yardım paketləri hazırlayır. Yardımlar beynəlxalq təşkilatlar vasitəsilə həyata keçiriləcək. Bu barədə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. O bildirib ki, yeni yardım paketləri təhlükəsizlik sektoruna aid olacaq. Qeyd edək ki, dünən Kaxovka SES-də partlayış fəsadlara yol açıb. Partlayışın Rusiya, yoxsa Ukraynanın törətməsi isə mübahisə doğurur, tərəflər bir-birini ittiham edirlər. Rizvan FİKRƏTOĞLU

BMT TŞ-yə yeni qeyri-daimi üzvlər seçilib

193 üzvdən ibarət BMT Baş Assambleyasında keçirilən seçki yolu BMT Təhlükəsizlik Şurasının 2024-2025-ci illər üçün yeni qeyri-daimi üzvləri seçilib. Qayana 191, Syerra-Leone 188, Əlcəzair 184, Cənubi Koreya 180, Sloveniya isə 153 səslə üstünlük qazanaraq, qeyri-daimi üzv seçiliblər. Yeni üzvlər 2024-cü il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olmaqla, 2 il fəaliyyət göstərəcəklər. Rizvan FİKRƏTOĞLU