Aktyorlar qiymətləndiriliblər

Mayın 28-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami Rayon Komitəsi Gənc Tamaşaçılar Teatrında Azərbaycan şairi, mütəffəkir və filosof Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri əsasında səhnəyə qoyulan eyniadlı əsərin yaradıcı heyətini yüksək peşəkarlıq göstərdiklərinə görə diplomla təltif ediliblər. Komitə sədri Əsədov Sübut tamaşanın rejissoru Əməkdar artist Nicat Kazımovu və yaradıcı heyətini təbrik edərək, onlara gələcək işlərində uğurlar arzu edib. Göstərdikləri diqqətə görə teatrın bədii truppa rəhbəri Ələsgər Muradxanlı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib. Sonra aktyorlarla xatirə şəkili çəkdirilib.

“Balaca kişilər” Gənc Tamaşaçılar teatrının səhnəsində

27-28 may tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Balaca kişilər” tamaşasının premyerası keçiriləcək. Yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsəri İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir. 44 günlük savaş və qələbəmizə ithaf olunan tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı həm də hər bir vətəndaşın istənilən vəziyyətdə torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rahimdir. Tamaşada göstəriləcək döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir. Rolları Əməkdar artistlər Şövqi…

Harrison Ford Kann Film Festivalında Qızıl Palma budağı qazandı

Aktyor Harrison Ford 2023-cü ildə Kann Film Festivalında həyatındakı sənət uğurlarına görə fəxri Palma budağı mükafatı alıb. Bu barədə “The Hollywood Reporter” məlumat yayıb. Mükafatı aktyora Kann rejissoru İris Knoblox təqdim edib. H.Ford böyük ekranda bütün həyatı boyu məşhur filmlərdəki rolları əks etdirən videoya baxdıqdan sonra deyib: “Deyirlər ki, ölüm qapısında olanda bütün həyatınız gözünüzün qabağından keçir və mən, sadəcə, həyatımın gözümün qabağında cərəyan etdiyini gördüm”. Harrison Ford daha əvvəl demişdi ki, “İndiana Cons və taleyin çarxı” franşizanın son filmi ola bilər. “İndiana Cons və Bəxt çarxı” iyunun 30-da kinoteatrlara…

“Mənəm mən…” yenidən səhnədə

YUĞ Dövlət Teatrının yaradıcı heyəti yazıçı İlqar Fəhminin əsəri əsasında hazırlanmış “Mənəm mən…” tamaşası ilə yenidən teatrsevərlərin qarşısına çıxıb. Səhnə əsərində əsas rolu canlandıran Seyid Əli ustadına və onun simasında Allaha, İslam dininə bağlı bir şəxs kimi təsvir edilir. Lakin, onun Tanrıya, dinə olan bu bağlılığının kor-koranə olması hər kəsə məlumdur. Əsas məqsədi  hürufiləri dinsiz kafir hesab edərək onlara divan tutmaq və bütün Şərqdə onların  kökünü kəsməkdir. Səhnənin əvvəlində ustadı ona hürufilərdən kimin  Nəsimi olduğunu axtarmağı tapşırır. Seyid Əli əmrə müntəzir olaraq həqiqi Nəsiminin axtarışına çıxır. Axtardığı adamlar “Nəsimi mənəm”…

Xalq artisti Rasim Balayevin 75 illiyi qeyd olunacaq

Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yaradıcılıq gecəsi keçiriləcək. Newsmedia xəbər verir ki, yaradıcılıq gecəsi Rasim Balayevin 75 illiyinə həsr olunur. Qeyd edək ki, 1948-ci ilin avqustun 8-də Ağsu rayonunda anadan olan Rasim Balayev elə orada orta məktəbi bitirib və 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu olub. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanır. O, həmçinin “Azərbaycanfilm”…

Nikolas Keyc iştirak etdiyi ən sevdiyi filmləri sıraladı

Dünya şöhrətli ABŞ aktyoru Mikolas Keyc iştirak etdiyi ən çox sevdiyi beş filmləlrin adını açıqlayıb. O reytinqini belə tərtib edib. Bu barədə “ComicBook” veb saytı yazır.Sənətçi 2021-ci ilin “Donuz” trillerini reytinqin birinci pilləsinə qoyub. İkinci yerdə 2017 — ci ilin “Mandy dəhşəti”, sonra 1999-cu ilin “Ölüləri diriltmək”, dördüncü yerdə 2009-cu ilin “Pis leytenant”, beşinci yerdə isə 2013-cü ilin “Joe” filminə yer verib. Keyc “Üzsüz” filmindən də bəhs edərək bunun da ciddi bir iş olduğunu əlavə edib. Daha əvvəl Keycin “Marvel” filmin yeni ekran əsərlərinə rol almaqdan imtina etdiyi bildirilmişdi. Aktyor…

“Bu axşam dünyanın hansısa bir yerində “Qladiator”u göstərəcəklər” – Rassel Krou

Dünya şöhrətli aktyor Rassel Krou “Collider”-ə verdiyi müsahibədə Ridley Skotun çəkdiyi “Gladiator” -un  ikinci hissəsində rol alacaq aktyorlara həsəd apardığını etiraf edib. – “Bu barədə hiss etdiyim tək şey yüngül paxıllıqdır, bilirsinizmi? Çünki mən gənc idim və bu, həyatımda böyük bir təcrübə idi. Bu film mənim həyatımı dəyişdirmişdi.”–deyə Krou bildirib.   Aktyor qeyd edib ki, oynadığı “Qladiator” da çəkilişdən sonra insanların ona münasibəti dəyişib. Aktyor bir çox gözəl layihələrdə rol aldığını etiraf bildirsə də,  “Qladiator” filmindəki təcrübəsini “inanılmaz”adlandırıb: “Mən zəmanət verirəm ki, bu axşam dünyanın hansısa bir yerində” Qladiator ”…

Milli kinomuzun ilk qaranquşları

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası – Azərbaycan Dövlət Kinostudiyası 1920-ci ildə “Azərbaycan XMK-nın İncəsənət Şöbəsi” adı altında təsis olunaraq tarixi təşəkkül və inkişaf mərhələləri keçib. Yubiley ərəfəsində təqdim etdiyimiz növbəti yazı milli kinomuzda qadın sənətkarların rolu barədədir. Onların kino naminə şərəfli olduğu qədər də çətin əməyinin tarixi gənc nəslə nümunədir.  Teatr və kino tarixindən bizə yax­şı məlumdur ki, nəinki qadınlar, hətta kişilər – xalqımızın mütərəqqi fikirli in­sanları adamların maariflənməsi üçün çalışdıqlarına görə təhdidlərə məruz qalırdılar. “Dəli Kür” filmindəki rus Əh­mədlə Çernyayevskinin uşaqları Qori seminariyasına oxumağa göndərmək barədə kəndlilərlə söhbətlərinin az…

Di Kaprio məhkəmədə ifadə verib

Amerikalı məşhur aktyor Leonardo Di Kaprio milyardlarla dollarlıq dələduzluq işi ilə bağlı məhkəmədə ifadə verib. Newsmedia xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb. Qeyd olunur ki, prosesdə əsas müttəhim iş adamı Cho Loudur. Həmin şəxs beynəlxalq çirkli pulların yuyulması dələduzluğunu təşkil etməkdə ittiham olunur. Hüquq-mühafizə orqanları Lounun hərəkətlərinin Malayziyanın  dövlət investisiya fondundan milyardlarla dolların mənimsənilməsinə səbəb olduğunu deyirlər. Ehtimallara görə, reper Pras Mişel sahibkarın şəriki olub. Müstəntiqlərin fikrincə, o, Lowun sxemində vasitəçi olub. Prokurorluq orqanları iddia edir ki, 2012-ci ilin iyun-noyabr ayları arasında Lou 2012-ci il prezident seçkilərinə…

Əl-Cəzirə Media Şəbəkəsi Qarabağda sənədli filmlər çəkəcək

Əl-Cəzirə Media Şəbəkəsi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birgə Azərbaycanın işgaldan azad olunmuş ərazilərində mina problemi ilə baglı beynalxalq auditoriyalarda yayımlanması ücün sənədli filimlərin cəklişini həyata kecirəcək. Newsmedia xəbər verir ki, bu barədə BAMF-ın prezidenti Umud Mirzəyev məlumat verib. O qeyd edib ki, fevralın 23-də Əl-Cəzirə Media Şəbəkəsinin Sənədli Filimlər Departamentin direktoru Əhmed Mahfouz və qurumun Planlaşdırma şöbəsinin rəhbəri Adel Ksiksi ilə görüş zamanı belə bir razılıga gəldik. Ümumi anlaşmamıza görə Sənədli Filimlər Departamentin rəhbəliyi mart ayının ortalarında ölkəmizə problemlə tanış olmaq üçün səfər edəcək və bundan sonra hazırlayacagımız…