Krasnoyarsk azərbaycanlıları: Cavadov Səbuhi – idmançı və məşqçi

Krasnoyarskda müxtəlif sahələrdə öz nailiyyətləri ilə seçilən tanınmış azərbaycanlıları haqqında yazıları davam etdiririk. Bu gün biz Cavadov Səbuhi Elşən oğlu – idmançı və məşqçi haqqında danışmaq istəyirik. 2003-2008-ci illərdə- məktəb illərində böyük qardaşı Samir Verdiyev və Aqil Cəfərovun rəhbərliyi altında karate ilə məşğul olub: Şəhər və rayon yarışlarının çempionu və mükafatçısı. 2009-cu ildə Novosibirskdə karate üzrə çempion olub. Yaşıl kəmər alıb. 2019-cu ildə M.F. Reshetnev adına Sibir Dövlət Aerokosmik Universitetində Meşə mühəndisliyi ixtisası üzrə ali təhsil alıb. 2020-ci ildə “Bədən tərbiyəsi və idman: Təlimçi-Müəllim” proqramı üzrə ikinci diplom alıb. Məktəb…

Diaspor rəhbərinin oğluna ABŞ-da ciu-citsu idman növü üzrə bənövşəyi kəmər verildi – VIDEO

ABŞ-ın Florida ştatının Hollivud şəhərində azərbaycanlı idmançı Taleh Mahmudova ciu-citsu idman növü üzrə bənövşəyi kəmər verilib. “Diaspornews.az” xəbər verir ki, təqdimat mərasimi Hollivud şəhərində Cənubi Florida Braziliya Ciu-Citsu Alyanısının zalında keçirilib. Bənövşəyi kəməri və sertifikatı Taleh Mahmudova Braziliya Ciu-Citsu Alyanısının baş təlimçi master Carlos Rollyson təqdim edib. Xatırladaq ki, Taleh Mahmudov Rusiyanın Krasnoyarsk diyarının “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudovun oğludur. Gənc idmançı Taleh Mahmudov uzun müddətdir ki, ABŞ-da yaşyır, eyni zamanda ciu-citsu idman növü ilə məşğul olur. Onun atası da idman ustası, Krasnoyarsk diyarının Ağır Atletika Federasiyasının…

Azərbaycan Strongmençilərindən inamlı nəticə

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “WRPF” üzrə 9-cu Dünya çemionatı keçirilib.Dünyanın 29 ölkəsinin 4000-dən çox idmançısı bu mötəbər yarışda iştirak edib.Güc İdman Növləri üzrə keçirilən yarışda ölkəmizi başda Federasiya Rəhbəri Bəxtiyar Quliyev olmaqla Vitse Prezidentlər Raif Süleymanov, Namiq Cəfərov və komandamızın digər üzvləri təmsil edib. Yarışda “Deadlift” hərərki üzrə 40-49 yaş kateqoriyasında (dopinq testlə) Bəxtiyar Quliyev 290 kg çəkinin öhdəsindən gələrək qızıl medala layiq görülüb. Bəxtiyar Quliyev bu nəticəsi ilə öz idman koryerasında 9 qat Dünya Çempionu adını yazdırıb. Qeyd edək ki, Güc İdman Növləri üzrə keçirilən bu çempionatda…

““Qarabağ”ın sağ əli Türkiyə klublarının başına!” – Fazil Mustafa

““Qarabağ” Avropa Liqasında qrup ikincisi olaraq yoluna davam edir. Azərbaycan adına çox böyük uğurdur! Qurban Qurbanov və komandasını təbrik edirəm, ağır zəhmət bahasına başa gələn bir nəticədir bu”. Kanal 20 TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. O qeyd edib ki, komandanın dəyişməz özəlliyi sistem və intizamdır. “Ulduz oyunçusu yox, ancaq oyunda ulduzlaşan komanda var. Uduzanda belə, komanda ərimir, tokülmür, mücadilədən qopmur. “Qarabağ”ın sağ əli milyonlarla vəsait xərcləyib bahalı oyunçular alan və sabit, ağıllı oyun göstərə bilməyən qardaş Türkiyənin klublarının başına! Bundan sonrası daha çətindir, ancaq inandığımız budur ki,…

“Neftçi” bu gün “Zenit”lə qarşılaşacaq

Futbol üzrə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan “Neftçi” klubu bu gün yoldaşlıq oyunu keçirəcək. XQ klubun mətbuat xidmətinə istinadən bildirir ki, Adrian Mutunun baş məşqçisi olduğu kollektiv Rusiyanın “Zenit” komandası ilə üz-üzə gələcək. “Neftçi Arena”da oynanılacaq matç saat 21:00-da start götürəcək. Hər iki klubun milli komandalara qoşulan oyunçuları bugünkü qarşılaşmada iştirak etməyəcəklər. Onu da əlavə edək ki, “Neftçi” bu ilin iyulunda Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Matç TV” turnirində “Zenit”lə qarşılaşıb və rəqibinə 1:3 hesabı ilə uduzub. Elçin ABBASOV

Bu gün Türkiyənin günü idi

Bu gün Bakının ev sahibliyi etdiyi taekvondo üzrə sayca 26-cı dünya çempionatının 4-cü yarış gününə yekun vurulub. Bu gün daha iki dəst medal sahibini tapıb. Belə ki, kişilərin yarışında 63 kiloqram çəki dərəcəsində Türkiyə taekvondoçusu Hakan Recber dünya çempionu tituluna yiyələnib.  H.Recber finalda Tailand idmançısı Banlunq Tumtimdanqdan üstün olub. Bu görüşdən sonra Banlunq gümüş medala yiyələnib. Bu çəki dərəcəsində bürünc medalları isə Xuan Jorquera Sala (İspaniya) və Karlos Navarro (Meksika) qazanıblar.  Qeyd edək ki, qadın taekvondoçular arasında +73 kiloqram çəkidə dünyanın ən güclü taekvondoçusu da Türkiyə idmançısı Nafiya Kuş olub.…

“Mançester Siti” 5-ci dəfə İngiltərə çempionu olub

Avropanın 5 ən yaxşı  futbol liqası hesab olunan İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A Seriyası, Almaniya Bundesliqası və Fransada Liqa 1-də həftəsonu maraqlı matçlarla yadda qalıb. Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb. Bildirilir ki, İtaliya A Seriyasında “Napoli”,  La Liqada isə “Barselona”dan sonra İngiltərənin “Mançester Siti” klubu cari mövsüm üçün birinci yeri özü üçün təmin edərək 5-ci dəfə İngiltərə çempionu olub. Elçin ABBASOV

Musa Mikayılzadə “Tour of Albania” yarışının ilk mərhələsində 6-cı olub

Albaniyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışına start verilib. Şose velosipedinin qrup ötüşməsi növü üzrə keçirilən 5 mərhələli veloturun ilk mərhələsində velosipedçilər Tirane – Dushk – Kerrabe marşrutu üzrə 142.3 km məsafə qət ediblər. Yarışda 10 ölkədən 13 komandanın tərkibində, ümumilikdə, 79 idmançı medallar uğrunda mübarizə aparıblar. Veloturda iştirak edən Azərbaycanın kişilərdən ibarət Elit/U23 milli yığma komandası mərhələni uğurla başa vurub. Millimizin üzvlərindən Musa Mikayılzadə yarışda əzmkarlıq göstərərək 3 saat 21 dəqiqə 15 saniyə nəticə ilə 6-cı yerə layiq görülüb. Digər velosipedçilərimizdən Samir Cəbrayılov (03:22:35) 12-ci,…

Paraatletlərimiz Notvil Qran-Prisində mübarizə aparırlar

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəlumatına görə, atletika idman növü üzrə milli komandanın üzvləri baş məşqçi, ikiqat paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi ilə İsveçrənin Notvil şəhərində keçirilən Qran-Pridə iştirak edir. Məlumatda qeyd edilir ki, Qran-Pri cari ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək Dünya çempionatına lisenziya qazandırır.

Azərbaycanlı alpinist Makalu zirvəsini fəth edib

Dünyanın ən hündür zirvəsi sayılan Everesti və Şimal qütbünü fəth edən ilk azərbaycanlı alpinist hesab olunan İsrafil Aşurlu Nepalda yerləşən Makalu zirvəsini fəth edərək Azərbaycanın Bayrağını dalğalandırıb. Hündürlüyü 8 min 485 metr olan Makalu səkkizminlik zirvələr arasında ən çox çətinlik yaradan dağ hesab olunur və ekspedisiyaların ancaq 30 faizi uğur qazana bilir. Bu İ.Aşurlunun fəth etdiyi sayca altıncı səkkizminlik zirvədir. Qeyd edək ki, İsrafil Aşurlu 2007-ci ildə Everest (8848 m), 2009-cu ildə Qələbə (7439 m), 2011-ci ildə Kançencanqa (8586 m), 2019-cu ildə isə Lxotze (8516 m) və Manaslu (8163 m)…