Moskvada gənc azərbaycanlı alimin uğurlu dissertasiya müdafiəsi olub

29 mart 2024-cü il tarixində Rusiyanın Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində “Moskvada Azərbaycan icmasında dillərin funksional paylanması” mövzusunda namizədlik dissertasiyasının uğurlu müdafiəsi olmuşdur. Filologiya elmləri namizədi alimlik dərəcəsinə namizəd RUDN-nin aspirantı Məmmədəli Məqsəd oğlu Həsənov olmuşdur. Həmyerlimizin elmi işi müsbət rəylər alıb. Gənc alimin işinin mövzusu mühüm və əhəmiyyətlidir, çünki mədəniyyətlərarası ünsiyyət hər yerdə lazımdır: elmdən, pedaqogikadan və incəsənətdən tutmuş biznes və beynəlxalq təşkilatlara qədər. Qeyd edək ki, gənc aspirantı dəstəkləməyə soydaşlarımız da gediblər. Belə ki, Moskva şəhərinin qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin, eyni zamanda “İki dəfə Sovet…

Etik qaydalardan bəhs edən yeni kitabın təqdimat mərasimi keçirilib

Martın 29-da Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında “Etik həyat: nəzakət, rəsmiyyət və sosial uğurun açarı” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri kitabın müəllifi, Azərbaycan Motivasiya və Kouçinq Əməkdaşlığı MMC-nin direktoru Ziya Allahverdiyev açaraq bütün qonaqları salamlayıb. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Ardınca Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev kitabın əhəmiyyəti haqqında danışaraq öz fikir və rəyini bildirib: “Bu kitab hamıya aiddir. Bütün cəmiyyətə bunun faydası var. Çünki cəmiyyət üçün etik qaydalar ən vacib qaydalardır.…