Arxangelskdəki diaspor rəhbərinin 50 illik yubileyidir

Mayın 5-i “Arxangelsk vilayətində Azərbaycan diasporu” regional ictimai təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımovun doğum günüdür. Xatırladaq ki, Qasımov Tərlan Qasım oğlu 1974-cü ilin 5 mayında Ucar rayon Qəzyan kəndində anadan olub. 1990- ci ildə Qəzyan kəndində 1 nömrəli orta məktəbi bitirib. Azərbaycan İctimai-Siyasi Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1995-1997-ci illərdə Ucar rayon Pambıqtəmizləmə zavodunda hüquqşünas işləyib.1997-ci ildən taleyini Arxangelsk şəhərinə bağlayıb. 2016-cı ildən “Arxangelsk vilayətində Azərbaycan diasporu” regional ictimai təşkilatının İdarə Heyətinin sədridir. Diaspor rəhbəri olaraq Arxangelskdə bir sıra tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. Onun təşəbbüsü ilə 2017-ci ildə Arxangelsk…

Diaspor rəhbəri Şahin Məmmədova  “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasında Azərbaycanlılar Konqresinin fəxri prezidenti Şahin Məmmədovla görüşüb.Qonağı salamlayan sədr hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. Xaricdə yaşayan azərbaycanlı alimlərin Komitə tərəfindən daim diqqət mərkəzində saxlanılmasının da bunun məntiqi davamı olduğunu qeyd edib.Şahin Məmmədov fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib. O, bildirib ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycanın ərazi bütövlüyünü təmin edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasəti…

Azərbaycanlı gənc Moskva vilayətində keçirilən gözəllik müsabiqəsinin qalibi olub

16 aprel 2024-cü il tarixində Moskva vilayətinin Mədəniyyət Sarayında Prezident Akademiyasının Moskva Regional Bölməsinin “Cənab və Miss” gözəllik müsabiqəsi keçirilib. Müsabiqə yüksək səviyyədə təşkil olunub. 6 oğlan və eyni sayda qız dörd müxtəlif kateqoriyada öz istedadlarını nümayiş etdiriblər. Onların arasında həmyerlimiz, 2-ci kurs tələbəsi Elcan İmanbəyli də olub. Elcan müsabiqə proqramının bütün mərhələlərini inamla keçərək, Azərbaycan xalq rəqsi “Nazeləmə”ni yaradıcı tamaşaya hazırlayıb. “Mən bu rəqslə Azərbaycan xalqının mədəniyyətini, gözəlliyini göstərmək istədim. İstərdim ki, tamaşaçılar xalq ritmlərinə uyğun zərif hərəkətləri görəndə həzz alsınlar”. Gənc Elcan bacardı. Tamaşaçılar ifaçıları uzun sürən alqışlarla…

Moskvadakı soydaşlarımız “Crocus City Hall”dakı terror aktı qurbanlarının xatirəsini yad ediblər

Martın 24-də “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti” ictimai təşkilatının nümayəndələri “Crocus City Hall”da terror aktı qurbanlarının xatirəsinə hadisənin baş verdiyi yerə gül dəstələri qoyublar. “Moskva sakinləri olaraq biz vətəndaşlıq borcumuzu yerinə yetirdik. Hadisə zamanı bütün ölənlərin yaxınlarına başsağlığı veririk”, – deyə təşkilatın sədri Əli Kazımov  saytmıza bildirib. Xatırladaq ki, martıqn 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da insanlara atəş açılıb. Baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 140 nəfərə yaxındır.

Azərbaycan diasporu tərəfindən Leninoqorskda iftar məclisi təşkil edilib

Rusiya Federasiyasının Tatarıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporu Leninoqorskdakı “İxlas” məscidində martın 22-də xeyriyyə məqsədilə iftar məclisi təşkil edib. “Leninoqorsk şəhəri və Leninoqorsk vilayətinin “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Ramiz Məmmədovun təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının, “Tatarıstan” ictimai birliyinin, yerli ictimaiyyətin 200 nəfərdən çox nümayəndəsi iştirak edib. Bunlar Leninoqorsk vilayətində yaşayan Azərbaycan icmasının nümayəndələri, veteranlar, ağsaqqallar, ictimai xadimlər, müsəlmanlardır. Mübarək Ramazan ayında iftar İslamın bütün qanunlarına uyğun olaraq baş tutub. Axşam namazından əvvəl möminlər ənənəvi olaraq dua edib. Sonra namaz qıldıqdan sonra yeməyə başlayırdılar. Xatrırladaq  ki,…

Krasnoyarskdakı soydaşlarımız  “Crocus City Hall”da baş vermiş terror qurbanlarını anıblar

Krasnoyarsk diyarının Azərbaycan milli-mədəni muxtariyyətinin nümayəndələri martın 22-də “Crocus City Hall”da terror aktı qurbanlarının xatirəsinə Krasnoyarskda qırmızı meydandakı abidə önünə gül dəstələri qoyublar. “Bütün ölkə ilə birlikdə kədərlənir və başsağlığı veririk. Qəlbimiz və dualarımız bu dəhşətli faciədən əziyyət çəkənlərlədir”, – deyə təşkilatın yaydığı məlumatda bildirilir.

Hollandiyada gənclərimiz Novruz bayramını qeyd ediblər

Hollandiyanın böyük şirkətlərindən birində işləyən bir qrup azərbaycanlı gənc Novruz bayramını qeyd ediblər. Novruz bayramını qeyd edən digər ölkə vətəndaşları ilə birlikdə bu bayram haqqında kollektivlərinə məlumat verən gənclərimizin təbliğat stendi ən gözəl stend kimi qiymətləndirilib. Milli geyimlərdə rəqslərimizi də ifa edən gənclər ölkəmiz, eləcə də Novruz bayramı haqqında 200 nəfərə məlumat verərək Novruz atributları ilə qonaqları tanış ediblər. Xususən Elvin Əsədov və Jalə  Fərzəliyevanın milli geyimlərdə çıxısları iştirakçıların rəğbətini qazanıb.

Həzi Aslanov adına veteran təşkilatı Moskva Müharibə Veteranları Komitəsinə üzv seçilib

Bu günlərdə “İki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi” adlı veteran təşkilatı Moskva Müharibə Veteranları Komitəsinə üzv seçilib. Bu haqda “Diaspornew.az”a veteran təşkilatının sədri Əli Kazımov məlumat verib. “Bizim təşkilat yaranandan sonra ilk olaraq sənədləri Moskva Müharibə Veteranları Komitəsinə təqdim etmişdik. Səbirsizliklə cavab gözləyirdik. Nəhayət Moskva Müharibə Veteranları Komitəsinin Plenumunun 29 fevral 2024-cü il tarixli iclasında bu müsbət qərar qəbul edilib. Komitə ilə əməkdaşlıq çərçivəsində Rusiyada daha geniş formada qəhrəman Vətən övladlarını tanıdacağıq”. Xatırladaq ki, Əli Kazımov Moskva Müharibə Veteranları Komitəsində təmsil olunan…

Moskvada “Azərbaycan xalq nağılları” kitabının təqdimatı keçirildi

Favral ayının 27- də Rusiyaya Federasiyasının Moskva vilayəti Mıtişi şəhərində D.Kedrin adına kitabxanada “Azərbaycan xalq nağılları” kitabının təqdimatı keçirildi.Təqdimatı Mıtişi Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin rəhbəri Kamil Bayramov və həmən təşkilatın qadınlar bölməsinin rəhbəri Ulduz Əskərova təşkil ediblər. Moskvada çap olunmuş bu kitabın ideya müəllifi Leyla Əliyeva, layihənin rəhbəri Tamilla Axundovadır. Təqdimatda Mıtış şəhər administrasiyasının, Heydər Əliyev Fondunun RF -dakı təmsilçiliyinin əməkdaşları, Moskva və Moskva viləyitində yaşayan həmvətənlilərimiz iştirak edib. Tədbirdə Mıtiş şəhər İH müavini O.Sidorkina, Heydər Əliyev Fondunun təmsilçisi N.İsmailzadə,p.e.d,professor N.Əliyev, Rusiya yazıçılar İttifaqının üzvü P. Rojedestvenski, Moskva Vilayəti MMM rəhbəri…

Varşava Azərbaycan Evində yeni layihəyə start verilib

Polşada yaşayan və təhsil almaq niyyətində olan gənclər üçün yeni karyera təliminə start verilib. Təlimlərin Polşanın paytaxtı Varşava şəhərində yerləşən Azərbaycan Evinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 10 ildən artıq maliyyə təcrübəsi olan təlimçi Elçin Eyvazovun rəhbərliyi ilə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi Polşada yaşayan azərbaycanlıların beynəlxalq şirkətlərdə maliyyə və mühasibatlıq sahəsi üzrə iş tapmasına, eyni zamanda, yeni iş imkanlarını daha yaxşı dəyərləndirmələrinə dəstək olmaqdır. Elçin Eyvazov, Mülayim Quliyeva və Həmid Bayramovun mentorluğu altında 2 ay davam edəcək təlimlərdə iştirak edənlərin B1 səviyyəsində ingilis dili…