Milena Nəbiyevanın rəsm sərgisi keçirilib

Aprelin 26-da “Alov qüllələri” kompleksində  tanınmış rəssam Milena Nəbiyevanın “Alovun ahəngi” adlı sərgisi təşkil olunub. Qonaqları salamlayan rəssam öz yaradıcılığı barədə məlumat verib və təqdim olunan əsərlərin özəllikləri barədə söhbət açıb. Tədbirdə tanınmış incəsənət və ictimaiyyət nümayəndələri, modelyerlər, iş adamları, media mənsubları iştirak ediblər. newsmedia xəbər verir ki, rəssam sərgidə ümumilikdə 20 əsərin təqdim olunduğunu bildirdi. O qeyd etdi ki, onların hər biri mövzu və süjetinə görə bir-birindən fərqlənir: “Burada təqdim olunan əsərləri əsasən şəxsi emalatxanamda çəkmişəm və burada yağlı boyadan geniş istifadə olunub. Bu, rəssamlıqda texniki cəhətdən vacib şərtlərdən hesab…

ABŞ-da azərbaycanlı rəssamının fərdi sərgisi keçiriləcək-FOTO

İyunun 23-də ABŞ-ın Portlend şəhərindəki Oregon Contemporary İncəsənət Mərkəzində Azərbaycanın Əməkdar mədəniyyət işçisi, rəssam Surayə Muğanlının “Primordiality Unfading Light” (“Primordiality Unfading Light”) adlı fərdi sərgisi açılacaq. Sərginin kuratorları İncəsənət platformasının həmtəsisçiləri Əsli Səmədova və Azad Asifoviçdir. Ə. Səmədovanın sözlərinə görə, rəssamın xaricdə ilk fərdi sərgisini hazırlamaq ideyası ötən ilin payızında, kurator ABŞ-da CEC ArtsLink International təqaüdləri iqamətgahı çərçivəsində olarkən gəldi. “Mən Portlend, Los-Anceles, Vaşinqton və Nyu-Yorkda müasir incəsənətlə məşğul olan bir çox institutlara baş çəkdim və həmvətənlərimin yaradıcılığını amerikalı həmkarlarıma təqdim etmək imkanım oldu. Bir müddət ABŞ-da Müasir İncəsənət İnstitutunda…

Rəssamların “Şuşa” adlı qrup sərgisi açılıb

Bu gün Muzey Mərkəzinin sərgi salonunda bir qrup rəssamın mədəniyyətimizin beşiyi sayılan Şuşa şəhərinə həsr olunmuş “Şuşa” adlı qrup sərgisinin açılışı olub. Newsmedia xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Muzey Mərkəzinin dəstəyi ilə reallaşıb. Öncə Xalq rəssamı Arif Hüseynov sonra isə Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək, sərginin əhəmiyyətindən söhbət açıblar. Natiqlər bildirib ki, sərgi qədim Qarabağın, Şuşa şəhərinin illər öncəki və bugünkü vəziyyətini geniş tamaşaçı kütləsinə təqdim etmək, doğma yurdun gözəlliklərinə korifey və müasir rəssamların gözü ilə nəzər yetirmək imkanı yaratmaq məqsədilə…

“Bir günəşin altında!” sərgi nümayiş olunub

Cəfər  Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı “Bir günəşin altında!” adlı tədbir keçirildi. Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) dəstəyi ilə baş tutan  bu tədbirdə sağlamlıq imkanları məhdud uşaqların əl işləri və rəsm əsərləri üzrə sərgi nümayiş etdirildi. Tədbir çərçivəsində iştirakçılar müxtəlif janrlarda musiqi nömrələri ilə də çıxış etdilər. Həmçinin onlara muzey tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim edildi.  Sərgidə əl işləri nümayiş etdirilən Şamxal Xələflinin anası Zəhra Xələfova fikirlərini bizimlə bölüşdü. Bildirdi ki, sərgidə uşaqların muncuq və digər aksessuarlarlardan düzəltdikləri əl işləri böyük marağa səbəb oldu.…

Milli Xalça Muzeyində “İrsi izlər” adlı sərgi

Bu gün Milli Xalça Muzeyində “İrsi izlər” adlı sərgi açılıb. Newsmedia xəbər verir ki, sərgi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Liatris” şirkətinin dəstəyi, “Art Studio and Gallery Turan” yaradıcılıq studiyasının təşkilatçılığı ilə  təşkil olunub. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgidə 28 rəssamın 40-a yaxın əsəri  nümayiş etdirilir. Açılış mərasimində Tanınmış rəssamlar,  mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri açılış mərasimində iştirak ediblər. Azərbaycanın tarixini, adət-ənənələrini, mədəniyyətini, ailə dəyərlərini kətan üzərində sənətsevərlərə təqdim etmək sərginin əsas məqsədlərindən biridir. Rəssamlar Turan Muxtarzadə, Şəmirə Ağayeva, Nuranə Babayeva, Kəmalə Əliyeva, Reyhan Osmanova…

“Türkiyədən sevgilərlə” adlı fərdi sərgi açılıb 

Bu gün Heydər Əliyev Mərkəzində tanınmış türk rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılıb. newsmedia xəbər verir ki, açılışda Heydər Əliyev Mərkəzinin direktor müavini Fərqan Novruzov çıxış edərək sərgi barədə məlumat verib. F. Novruzov bildirib ki, Heydər Əliyev Mərkəzi fəaliyyəti dövründə bir çox yerli və beynəlxalq tədbirlərlə, konsertlərlə yanaşı türk incəsənətinin nümayişi və təbliğatı istiqamətində bir sıra layihələr həyata keçirib: “Bu istiqamətdə növbəti layihəmiz Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisidir. Sərgidə rəssamın bir sıra məşhur əsərləri nümayiş olunur, o cümlədən bəzi əsərlər ilk dəfə Heydər Əliyev Mərkəzində…

“Can Laçın” adlı fərdi sərgi

44 günlük Vətən müharibəsi nəticəsində Laçın şəhərinin erməni işğalından azad edilməsinin ildönümünə həsr olunmuş fərdi sərgi keçirilib. Newsmedia xəbər verir ki, Muzey Mərkəzinin Sərgi Qalereyasında keçirilən sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Sərgidə Laçın şəhərinin erməni işğalından azad edilməsinin birinci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Rəssamlar İttifaqının üzvü Yusif Mirzənin “Can Laçın” adlı fərdi sərgisi nümayiş etdirilib. Sərgidə onun Laçına həsr olunmuş bir neçə seriyadan olan əsərləri nümayiş etdirilir. Bunlar “İlin fəsilləri”, “Nostalji” və “Müharibə siluetləri”dir. “İlin fəsilləri” istənilən mövsümdə Laçının…

İtaliyada fərdi sərgisi açılan azərbaycanlı rəssam

Kəmalə Zeynalova 16 dekabr 1990-cı ildə Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə orta məktəbdə oxuyub. Eyni illərdə Bakı Musiqi Akademiyasının nəzdində musiqi məktəbində fortepiano şöbəsində musiqi təhsili alıb. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının modelyer-rəssam fakültəsinə daxil olub və 2012-ci ildə bakalavr təhsilini müvəffəqiyyətlə başa vurub. 2012-ci ildəəvvəl “Università per stranieri di Perugia”da italyan dili və italyan mədəniyyəti kurslarını bitirdikdən sonra həmin ildən başlayaraq Accademia Italianada fashion design-da 2 illik magistr təhsili alıb. ADRA-da oxuduğu muddətdə Azərbaycanda və xaricdə (Moskva, İstanbul, Kipr) müxtəlif sərgilərə qatılıb.  Azərbaycan Rəssamlar İttifaqı , Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Təhsilini bitirdikdən sonra İtaliyada müxtəlif moda evlərində modelyer rəssam, rəssam dizayner kimi  çalışıb. Hal-hazırda Salvatore Ferragamo muzeyində işləyir.…

Azərbaycan-Türkiyə-Gürcüstan gəncləri “Qarabağ Zəfəri”nə həsr olunmuş müsabiqələrə qatılacaq

“Gənclərin Töhfəsi” İctimai Birliyi 01 oktyabr 2021-ci ildən etibarən “Qarabağ Zəfəri”nin ildönümünə həsr olunmuş “Zəfərə doğru addımla” adlı layihənin icrasına başlayır. Newsmedia xəbər verir ki, bu barədə təşkilatın sədri Asim Vəliyev məlumat verib. Məlumata görə, layihənin donoru Azərbaycan Respublikasının Gənclər Fondu, tərəfdaşları isə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Qardabani Gənclər Mərkəzidir. Layihənin məqsədi 44 günlük Vətən savaşında rəşadətli, müzəffər Azərbaycan Ordusunun hərb meydanında yazdığı qəhrəmanlıq dastanlarını yeniyetmə və gənc…

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak ediblər

Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub. Newsmedia xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər. Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi. -Hörmətli mərasim iştirakçıları. Xahiş edirəm ki, ilk növbədə, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz böyük Azərbaycan şairi, dövlət xadimi,…