Müdafiə naziri Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb

Noyabrın 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən birində olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, general-polkovnik Z.Həsənov komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki bacarıqlarını, eləcə də bölmələrin döyüş hazırlığını yoxlayıb. Sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə bölmələrinin praktiki döyüş atışlarını izləmək üçün təlim poliqonuna gəlib. General-polkovnik Z.Həsənov komanda-idarəetmə məntəqəsində HHM bölmələrinin döyüş hazırlığı və döyüşə hazırolma vəziyyəti barədə məruzələri dinləyib. Komanda-qərargah maşınında Hava…

İDF hərbiçisini cəzalandırıb

İsrail Müdafiə Qüvvələri məscidə səs qumbarası atan əsgəri vəzifəsindən uzaqlaşdırıb. Bu barədə “Tayms of İsrail” məlumat yayıb. Qeyd edilir ki, hadisə İordan çayının qərb sahilindəki Budrus kəndindəki məsciddə baş verib. İmam möminləri səhər namazına çağırmağa başlayanda İsrail əsgəri binaya səs qumbarası atıb.

Şanlı Qələbə Bəyanatı

Azərbaycan Respublikası Qarabağa dair Üçtərəfli Bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinə ilk gündən çalışmışdır  Regionda sabitliyin yaranması və humanitar problemlərin aradan qaldırılması Azərbaycan üçün hər zaman prioritetdir. Azərbaycan öz gücünə Qarabağda münaqişələrin tamamilə dayandırılmasına nail olub. Rəsmi Bakı hər zaman bəyan edib ki, Azərbaycan Qarabağda erməni əhalisinin hüquq və təhlükəsizliyinə təminat verir. Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanmış Üçtərəfli Bəyanata əsasən əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi, erməni nümayəndələri arasında sülh danışıqlarının aparılmasına böyük əhəmiyyət verir. Azərbaycan Respublikası ilk gündən Qarabağa dair Üçtərəfli Bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinə…

Şəhid qardaşı nələr danışdı ?

Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb.  Mən Şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov.Şəhid qardaşım haqqında Sizə qısa məlumat vermək istəyirəm. Toğrul 2016-cı ildə düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmışdır. 2010-cu ildə Ağdamda xidmətə başlayıb, 5 il ön cəbhədə xidmət etdikdən sonra, Bakıda yerləşən hərbi hissəyə xidmət rəyisi təyin olunub. Qısa müddət sonra öz istəyi ilə, Ağdamda xidmət etdiyi hərbi hissəyə geri dönüb, baxmayaraq ki, himayəsində özündən kiçik bacı və qardaşı var hər zaman ön cəbhədə xidmət etməyi düşünüb. Toğrul 2014-cü ildə…

Qarabağda uğurlu antiterror tədbirləri

Müzəffər Azərbaycan Ordusu az müddətdə Qarabağda qanunsuz erməni hərbi qüvvələrinin bütün istiqamətlərdə müdafiə xəttini yararaq qələbə qazanıb Son zamanlar Azərbaycanın Qarabağ bölgəsində gərginlik artmışdır. Qarabağdakı separatçı erməni hərbi birləşmələri məqsədli şəkildə Azərbaycana qarşı terror siyasəti yürdürdülər. Xüsusən, son bir neçə ayda Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv şəkildə müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulurdu. Həmçinin bu bölgənin minalanması davam etdirilirdi. Bundan başqa Ermənistan ordusu döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayını artırmağa çalışırdı. Bütün bunlar gərginliyin daha da artmasına səbəb olmuşdur.…

Qarabağda təhlükəsizliyin qrantı

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətdə gediş-gəlişinə şərait yaradılıb  Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan ərazilərində bir sıra qanunsuz fəaliyyətlər göstərmişdir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı məğlubiyyətə uğradaraq torpaqlarımzı işğaldan azad etdi. Əlbəttə ki, bununla bütün dünya azərbaycanlıları qürurlu anlar yaşadı. Artıq iğşaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işləri aparılır, Böyük Qayıdışa start verilib. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək sərəhdlərinin nəzarərtini yükəsk səviyyədə həyata keçirir. Bu baxımdan tarixi hadisə olaraq Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində…

Slovakiya Ukraynaya növbəti dəfə hərbi yardım göstərəcək

TASS agentliyinin etibarlı mənbələrdən aldığı məlumata görə, Slovakiya Ukraynaya növbəti dəfə hərbi yardım göstərəcək. Yardımın məbləğinin 4,2 milyon avrodan çox olacağı bildirilir. Rusiya-Ukraynaya müharibəsi fonunda göndəriləcək yardım Slovakiya respublika hökuməti tərəfindən təsdiq edilib. Yardımın Ukraynanın müraciəti əsasında göndəriləcəyi qeyd olunur. Rizvan FİKRƏTOĞLU

Almaniya Ukraynaya növbəti hərbi yardım paketi göndərir

Almaniya hökuməti Ukraynaya növbəti hərbi yardım paketi göndərir. Bu barədə hökumətin rəsmi saytında məlumat dərc edilib. Bildirilir ki, buraya zirehli döyüş maşınları, hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatları, kəşfiyyat PUA-ları, dronaşkarlama sistemləri və digər hərbi döyüş sursatları daxil edilib. Məlumatda o da bildiorilir ki, müharibə davam etdiyi müddətcə Almaniya Rusiyaya qarşı Ukraynaya dəstəyini davam edəcək. Rizvan FİKRƏTOĞLU

Fransanın köməyi ilə Hindistan Ermənistanı yenidən silahlandırır

Yaxın vaxtlarda Hindistandan Ermənistana Parisin köməyi və rəsmi icazəsi ilə silahların çatdırılmasına başlanılacaq. Bu barədə “Caliber” Fransadakı erməni diasporu ilə geniş əlaqələri olan insayderə istinadən məlumat yayıb. Məlumata görə, söhbət “Nexter Systems” və Hindistan şirkətlərinin iştirakı ilə istehsalı bu ölkədə lokallaşdırılan “Caesar” özüyeriyən artilleriyanın hind analoqundan gedir. Bildirilir ki, sifariş edilən artilleriya qurğularının sayı ilə bağlı ətraflı məlumat yoxdur. Lakin məlumdur ki, Fransanın erməni diasporu Parisin hərbi-siyasi rəhbərliyinin və şəxsən prezident Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb. Razılaşmanın icrasını gizlətmək üçün 155 mm/52 kalibrli silahların birbaşa uçuşlarla…

Türkiyə IDEF-2023 sərgisinə hazırlaşır

Türkiyə IDEF-2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə hazırlaşır. Bir çox xarici şirkətlərin də ev sahibliyi edəcəyi IDEF-2023 sərgisi iyulun 25-28-də keçiriləcək. IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilir. Qeyd edək ki, 2021-ci ildə baş tutan IDEF-2021 sərgisində 53 ölkənin 1200-dən artıq müdafiə və təhlükəsizlik həlləri istehsal edən şirkəti məhsul və texnologiyalarını nümayiş etdirib. Rizvan FİKRƏTOĞLU