Aygün Əliyeva COP29 Təşkilat Komitəsinin üçüncü iclasında iştirak edib

Mayın 4-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası olub. Newsmedia xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sonuncu iclasdan ötən müddət ərzində COP29-a hazırlıq prosesi çərçivəsində görülmüş işlər və bu xüsusda COP29 üzrə Tədbirlər Planının icrası barədə məlumat verib. İclasda Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxış edərək, ölkəmizin COP29-a sədrliyi ilə bağlı hazırlıq prosesi, COP29 komandasının xarici ölkələrə…

COP29 həmrəylik və əməkdaşlıq platformasıdır       

Azərbaycanın Respublikasının yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək bir ölkə kimi seçilməsi dövlətimizin daha bir uğuru, eləcə də qlobal miqyasda güclü diplomatiyasının göstəricisidir. Əlbəttə ki, Azərbaycanın beynəlxalq miqyaslı – BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurla sədrlik etməsi ona göstərilən etimadın, inamın təzahürüdür. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. “Bu,…

Kazanda keçirilәcәk BRICS sammitinə hazırlıq işləri davam etdirilir

Aleksandr Şapiro-Suliman: “Biz daimi BRICS ölkələri ilə əməkdaşlıq edirik”  Xəbər verildiyi kimi, BRICS-ə üzv dövlətlərin liderlərinin sammiti bu il Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda baş tutacaq. Rusiya Prezidenti Vladimir Putinin imzaladığı sərəncamla 2024-cü ildə Rusiyada keçiriləcək BRICS-ə üzv dövlətlərin liderlərinin sammitinə ev sahibliyi edəcək şəhər müəyyənləşib. Sərəncama əsasən, Kazan sammitə ev sahibliyi edəcək və Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov sammitə hazırlıq üzrə məsul təşkilat komitəsinin sədri olacaq. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından (CAR) ibarət  olan BRICS-in məqsədi  üzv dövlətlər arasında diplomatik, təhlükəsizlik və iqtisadi…

Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl enerji sahələrinə diqqətinin göstəricisi

  Prezident İlham Əliyev: “Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir”  Ötən həftə Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edib. Bakıda, “Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında qlobal məsələlər müzakirə olunub. Tədbirin qlobal əhəmiyyəti ondan ibarətdir ki, burada Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər. Toplantıda Prezident İlham Əliyevin iştirakı və çıxışı Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl…

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

          Xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə əlaqələrini genişlənirərək uğurla davam etdirən Azərbaycan əməkdaşlığa böyük önəm verməklə etibarlı və sınanmış tərəfdaş olduğunu bir daha təsdiqləyir. Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.           Dünya dövlətləri ilə Azərbaycanın müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlərarası qarşılıqlı anlaşmanın yaranmasına və davamlı inkişafına öz təsirini göstərir. Son 20 ildə cənab İlham Əliyevin apardığı məqsədyönlü müdrik xarici siyasəti nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb. Bu gün dünya dövlətləri ilə…

Enerji istehsalı üçün yeni imkanlar yaradılır

Prezident İlham Əliyev: “İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik”Müasir dövrün ciddi ekoloji qayğılarından sayılan, insanların zəmanətli elektrik enerjisi və yanacaq təminatıdır. Bu gün insanların elektrik enerjisi və yanacağa olan təlabatı əsasən bərpa olunan enerji vasitəsilə təmin olunmasına üstünülük verilir. Bu problemin həlli məqsədi ilə, aparıcı dünya ölkələri tükənməyən və bərpa oluna bilən alternativ enerji mənbəələrinin geniş tətbiq olunmasını öz qarşılarına məqsəd olaraq qoyublar. Dünya ölkələri öz enerji proqramlaında alternativ enerji mənbələrindən alınacaq enerjinin 5 dəfədən çox artırılmasını öhdəlik olaraq qarşılarına qoyubla. İstinad olunan…

Tarixə şahidlik edən Diyarbəkir

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dünyanın ən əhatəli mədəniyyət və incəsənət layihələrindən biri olan Türkiyə Mədəniyyət Yolu Festivalı (Türkiyə Kültür Yolu) davam edir. Festivalların keçirilməsində əsas məqsəd Türkiyənin mədəni dəyərlərini memarlıq, tarix, mədəniyyət və incəsənətini insanlara tanıtmaqdır. Bu festivallara bir sıra ölkələrdən, o cümlədən Türkdilli dövlətlərdən jurnalistlər, video-blogerlər, nüfuzlu media agentliklərin nümayəndələri də qatılıb. 2023-ci ildə bu festivalın 11 fərqli şəhərdə təşkil edilməsi nəzərdə tutulub ki, artıq müxtəlif aylarda Kapadokya Balon, Sümela, Palandöken, Troya, Qastroantep, Başkent, Konya, Beyoğluda keçirilib. Oktyabrın 14-22-də isə Diyarbəkirdə Sur Mədəniyyət Yolu Festivalı keçirilib.…

Azərbaycanda kosmik sənayenin inkişafı gücləndirilir

Bu baxımdan Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsinin xüsusi əhəmiyyəti var  Ölkəmiz həm iqtisadi sahədə, həm də beynəlxalq müstəvidə öz mövqelərini gücləndirir. Beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlı mövcuddur. Qarşılıqlı maraqlar üzərində qurulan bu əməkdaşlıq effektiv nəticə verir. Məhz beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan bir sıra qlobalmiqyaslı tədbirlərə ev sahibliyi edir. Bu baxımdan oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsinin xüsusi əhəmiyyəti var. Onu da deyək belə bir tədbir Azərbaycanda ilk dəfə deyil təşkil edilir. Hələ 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir.…

İstənilən təşkilatda insan kapitalının rolu düzgün anlaşılmalıdır

Bu günlərdə Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə İnsan Resursları Zirvəsi keçirildi. Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli insan resursları mövzusu və bu mövzuda son illərin ən önəmli tədbirinin nəticələri barədə “Xalq qəzeti”nin suallarını cavablandırıb. Aktuallığını nəzərə alaraq müsahibəni təqdim edirik. – Mustafa müəllim, İnsan Resusrları Zirvəsinin keçirilməsində məqsəd nə idi? – Biz Dövlət Məşğulluq Agentliyi olaraq özümüzü dövlətin insan resursları departamenti olaraq gördüyümüz üçün buna bir az fərqli formatda baxmağa çalışdıq. Biz il ərzində karyera inkişaf forumu keçiririk, digər korporativ məsuliyyət tədbirləri…

Türkiyə IDEF-2023 sərgisinə hazırlaşır

Türkiyə IDEF-2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə hazırlaşır. Bir çox xarici şirkətlərin də ev sahibliyi edəcəyi IDEF-2023 sərgisi iyulun 25-28-də keçiriləcək. IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilir. Qeyd edək ki, 2021-ci ildə baş tutan IDEF-2021 sərgisində 53 ölkənin 1200-dən artıq müdafiə və təhlükəsizlik həlləri istehsal edən şirkəti məhsul və texnologiyalarını nümayiş etdirib. Rizvan FİKRƏTOĞLU