Aygün Əliyeva COP29 Təşkilat Komitəsinin üçüncü iclasında iştirak edib

Mayın 4-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası olub. Newsmedia xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sonuncu iclasdan ötən müddət ərzində COP29-a hazırlıq prosesi çərçivəsində görülmüş işlər və bu xüsusda COP29 üzrə Tədbirlər Planının icrası barədə məlumat verib. İclasda Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxış edərək, ölkəmizin COP29-a sədrliyi ilə bağlı hazırlıq prosesi, COP29 komandasının xarici ölkələrə…

COP29 həmrəylik və əməkdaşlıq platformasıdır       

Azərbaycanın Respublikasının yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək bir ölkə kimi seçilməsi dövlətimizin daha bir uğuru, eləcə də qlobal miqyasda güclü diplomatiyasının göstəricisidir. Əlbəttə ki, Azərbaycanın beynəlxalq miqyaslı – BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurla sədrlik etməsi ona göstərilən etimadın, inamın təzahürüdür. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. “Bu,…

Artıq dünya Azərbaycan həqiqətlərini qəbul edir

Erməni lobbisi ötən ilin dekabrın 12-də Laçın-Xankəndi yolunda Azərbaycanın faydalı qazıntılarının qanunsuz istismarına qarşı ekofəalların və QHT nümayəndələrinin etiraz aksiyası ilə bağlı qarayaxma kampaniyasını davam etdirirlər. Hətta bu kampaniyaya müxtəlif ölkələri, eləcə də beynəlxalq təşkilatları da cəlb ediblər. Yanvarın 18-də Avropa Partlamentinin, yanvarın 21-də isə Niderland parlamentinin Azərbaycanın əleyhinə növbəti ermənipərəst qətnamə qəbul etmələri bu kampaniyanın tərkib hissəsidir. Çünki qətnamələrin qəbul edilməsindən əvvəl erməni icma strukturları Avropa Parlamentinin və Niderland parlamentinin binası qarşısında günlərlə sükut aksiyası keçirmişdilər. Eyni zamanda, erməni lobbisi Haaqada Beynəlxalq Ədalət Məhkəməsi qarşısında da aksiya keçirərək Laçın-Xankəndi…

Viləş çayına balıq körpələri buraxılıb

Biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Masallı rayonunda keçirilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Su Nəqliyyatında Polis İdarəsinin və Masallı “ASAN xidmət” Mərkəzinin nümayəndələrinin iştirakı ilə Viləş çayının Masallı rayonu ərazisindən keçən hissəsinə 87 000 ədəd çəkikimi balıq körpəsi buraxılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

Qanunsuz balıq ovunun və qeyri-qanuni əldə edilmiş ov məhsullarının satışının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Bakı şəhərində qanunsuz ovlanmış balıqların satışı ilə məşğul olan şəxslər müəyyən edilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı onların Bakı şəhər sakinləri Şamo Ələbbasov, Sabir Həsənov, Mehbarə Abdullayeva, Tofiq Həsənov və Mingəçevir şəhər sakini Tahir Əhmədov olduğu məlum olub. “Qanunsuz ovlanmış balıqların satışı ilə məşğul olan şəxslər barəsində akt tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.…

Ekoaksiyanın 68 gündür davam edir

Azərbaycanlı ekofəalların və könüllü gənclərin Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 68 gündür davam edir. Newsmedia xəbər verir ki, aksiya iştirakçıları hər gün olduğu kimi, bu səhər də Dövlət Himnini səsləndiriblər. Aksiyanın məramı dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılmasını tələb edirlər. Fəallar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Aksiya iştirakçıları üzərində rus və ingilis dilində yazılmış plakatlar qaldırır, “Azərbaycan milləti, qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə…

Qarabağın sərvətləri sahibsiz deyil!

Laçın dəhlizindən reportaj Artıq bir neçə gündür ki, Azərbaycanın qeyri-hökumət təşkilatları nümayəndələrinin tanınmış ictimai fəalların, jurnalistlərin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası davam edir.  Laçın–Xankəndi yolunda nə baş verir? Durumu daha yaxından müşahidə etmək, təfərrüatları dəqiqləşdirmək üçün Şuşaya ezam olunmuş əməkdaşımız Anar Turan xəbər verir: –Başıqarlı Kirs dağının ətəklərindən keçən Laçın–Xankəndi yolunun kənarında ilin bu vədəsində bayırda dayanmaq insandan möhkəm fiziki güc və sarsılmaz iradə tələb edir. Bir neçə gündür ki, burada gecəli-gündüzlü mitinq keçirən soydaşlarımız təbiətin bu məqamdakı sərtliyinə yurd sevgisindən qaynaqlanan yüksək mənəvi enerji və…

Bakıda “Sağlam Qidalanma və Qida Təhlükəsizliyi forumu”

Mayın 11-də “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan – Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi və ”AZ FP CO LTD” MMC-nin tərəfdaşlığı ilə “Sağlam Qidalanma və Qida Təhlükəsizliyi forumu” həyata keçirildi. Newsmedia xəbər verir ki, forumun keçirilməsində əsas məqsəd sağlam qida istehlakçılarını məlumatlandırmaq, qida təhlükəsizliyi sahəsində görülən işlər barəsində ictimaiyyəti məlumatlandırmaq və maarifçilik işi həyata keçirməkdir. Forum çərçivəsində “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, layihə rəhbəri Məhsəti Hüseynovanın təqdimatında “Qida Qatqı Maddələri” adlı kitab,…

Dünyanın nüvə enerji tələbatı artır

Dünya ölkələri ilbəil nüvə enerjisinə olan tələbatını yeni reaktorlar tikməklə artırmaqdadır. Newsmedia xəbər verir ki, hazırda dünyanın 32 ölkəsində 441 nüvə reaktoru fəaliyyət göstərir. 14 ölkədə 68 reaktorun inşaatı davam edir və 2030-cu ilə qədər daha 164 nüvə reaktorunun tikilməsi layihələşdirilib. Qardaş ölkə Türkiyə də bu sahədə ilk addımlarını atmaqdadır. Artıq plana görə 2023-cü ildə AKKUYU NGS’in ilk reaktoru işə başlayacaq və növbəti hər ildə bir reaktor tikilib istifadəyə veriləcək. Qeyd edək ki, reaktorların hər biri 1200 meqavat elektrik enerjisi hasil edəcək. Bununla da dörd reaktorun işləməsi nəticəsində Türkiyədə istehsal…

Dünyanın ən az yağıntı düşən səhrası, Atakama

Atakama səhrası Yer kürəsinin ən quru səhrası hesab edilir. Atakama Çilinin şimalında, Cənubi Amerika materikində yerləşir. Qərbdə Sakit okean, şimalda Peru və cənubda Boliviya və Argentina ilə həmsərhəddir. Newsmedia National Geographic fotoqrafnın çəkdiyi bir fotonu sizə təqdim edir. Qeyd edək ki, səhranın bəzi yerlərində yağıntı on ildə bir dəfə düşür. Çilinin Antofaqasta regionunda orta yağıntı miqdarı ildə 1 mm təşkil edir. Hətta tarixboyu bəzi dövrlərdə Atakamada bəzi meteostansiyalar yağış qeydə almayıb. Məsələn, 1570-ci ildən 1971-ci ilə qədər Atakamada əhəmiyyətli yağıntı qeydə alınmayıb. Bu səhrada ən aşağı hava rütubətliliyi 0 % təşkil etmişdir.