Azəri-Türk Qadınlar Birliyi yubiley tədbiri keçirdi

3 May Türkçülük Günündə Nizami Kino Mərkəzində Azərbaycan Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri münasibəti ilə tədbir keçirilib.  Azəri–Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Azərbaycan–Türkiyə qardaşlığından, ulu öndər Heydər Əliye­vin bu istiqamətdəki fəaliyyətindən, eyni zamanda, birliyin keçdiyi yol barədə ge­niş məlumat verərək bildirib ki, əlamətdar tarixlərin, günlərin qovuşduğu bir vaxtda toplaşmaq unudulmaz hadisədir. Bizim tək məqsədimiz millətimiz üçün çalışmaqdır.  Tənzilə Rüstəmxanlı Vətən mühari­bəsindəki zəfərimizi qeyd edərək bildirib: “Var olsun cənab Ali Baş Komandan. Var olsun Azərbaycanın Müzəffər Ordusu. Var olsun şəhid…

Milli Muğam Müsabiqəsinin birinci mərhələsinə seçim turu başlayıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Konservatoriyasında 24 Apreldə növbəti Milli Muğam Müsabiqəsi başlayıb. “Newsmedia”nın xəbərinə görə, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqənin 1-ci turu 24-25-apreldə, 2-ci turu isə 26-apreldə keçiriləcək. Müsabiqənin yekun konserti isə Aprelin 30-da baş tutacaq. Qeyd edək ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. Xanəndəlik üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artisti Qəzənfər Abbaşovdur. İnstrumental ifaçılıq üzrə…

Parisdə Azərbaycan musiqilərinə dair gecə keçirilib

Fransanın Paris şəhərində Azərbaycan musiqilərindən ibarət “Alov və İpək yurdu” adlı konsert keçirilib. Newsmedia xəbər verir ki, Fransa paytaxtının 8-ci rayonunun meriyası, “Arts Au Diapason” Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən konsertdə azərbaycanlı bəstəkarların əsərlərini pianoçu Səidə Zülfüqarova, violonçeldə Lor Volpato ifa ediblər. Proqramda Oqtay Zülfüqarov, Fikrət Əmirov, Arif Məlikov, Adelya Hüseynzadə, Əşrəf Abbasov, Cövdət Hacıyev, Cahangir Zülfüqarov, Fərhad Bədəlbəylinin əsərləri yer alıb. Konsertdə Azərbaycan bəstəkarları, onların yaradıcılığı, musiqimiz, habelə muğam, milli musiqi alətlərimiz tar və kamança haqqında qonaqlara geniş məlumat verilib. Konsertdə muğamın və kamançanın UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil edildiyi…

“Mən peyğəmbər deyiləm…” böyük maraq doğurdu

Dünən Beynəlxalq Muğam Mərkəzində (BMM) “BakuOperArt”ın layihəsi çərçivəsində dahi rus bəstəkarı S.V.Raxmaninovun romanslarından ibarət kamera-vokal konserti keçirildi. Bu gün dünya musiqi mədəniyyətində özünəməxsus yerə malik görkəmli bəstəkar S.V.Raxmaninovun anadan olmasının 150 illik yubileyi münasibətilə bir sıra ölkələrdə konsert proqramları keçirilir. Newsmedia xəbər verir ki, gecədə  S.Raxmaninovun bir-birindən gözəl, insanın ruhunu oxşayan musiqi nümunələri ilə, düşünməyə sövq edən poeziyanın fərqli səs tembrinə malik ifaçıların  çıxışları dinəyicilərin marağına səbəb oldu. “Mən peyğəmbər deyiləm…” adı ilə maraq doğuran konsertin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının müəllimi Yuliya Kərimova (piano) solistlər Əməkdar artistlər Fəridə Məmmədova…

Məşhur musiqiçi vəfat edib

Dünya şöhrətli caz pianoçusu, bəstəkar Əhməd Camal (Frederik Rassel Cons) 92 yaşında vəfat edib. Newsmedia xəbər verir ki, xəbəri musiqiçinin qızı Sumaya Camal təsdiqləyib. S. Camal atasının prostat xərçəngindən dünyasını dəyişdiyini bildirib. Qeyd edək ki, Frederik Rassel Cons 1930-cu ildə ABŞ-nin Pensilvaniya ştatına aid Pittsburq şəhərində doğulub. O 1950-ci ildə Çikaqoya köçüb, orada İslamı qəbul edib və adını Əhməd Camal olaraq dəyişdirib. (New York Times)

“Şərq və Qərbin astanasında”

Bu gün M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində “Şərq və Qərbin astanasında” adlı konsert keçirildi. Newsmedia -nın məlumatına görə, konsertdə Respublika və beynəlxalq müsabiqələr laureatları, solistlər Aytən Rüstəmli (kamança) və Canel Nəcəfli (violin), Əli Talıbov (piano), Kənan Sadıqov (kontrsaz), Cəfər Həsənovun (kajon) müşaiyəti altında öz ifalarını dinləyicilərə təqdim etdilər. Qeyd edək ki, musiqili gecədə yerli bəstəkarlardan Tofiq Quliyevin, Vasif Adıgözəlovun, əcnəbilərdən isə Astor Piazzolla, Yohannes Bramsın əsərləri səslənib.

Xalq artisti Arif Babayevin 85 illik yubileyi qeyd olunub

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, xanəndə Arif Babayevin 85 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub. Newsmedia.az xəbər verir ki, musiqili gecədə xalq artistləri, ictimaiyyət nümayəndələri və sənətçinin yaxınları iştirak ediblər. A.Babayev yubileyində iştirak edən hər kəsə xoş günündə yanında olduqları üçün təşəkür edib. Daha sonra dinləyicilərə yubilyarın repertuarından əsərlər təqdim edilib. Qeyd edək ki, Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. Azərbaycan Dövlət Filarmoniyasında və Azərbaycan Dövlət Opera…

Türk dünyasının məşhur ozanı “Xalq qəzeti”ndə

Dünya azərbaycanlılarının, o cümlədən Türk ellərinin sevimli ozanına çevrilən, öz bənzərsiz ifası və fərqli imici ilə sevilən sənətkarlardan sayılan Araz Elsəs artıq bir neçə gündür ki, Bakıdadır. Newsmedia xəbər verir ki, illərdir milli vətənpərvərlik üslubunu dəyişməyən, Güney Azərbaycan mövzusunu öz repertuarına daşıyan məşhur el sənətkarı bu gün “Xalq qəzeti”nin qonağı olub. Qəzetin baş redaktoru, respublikanın Əməkdar jurnalisti Əflatun Amaşov Araz Elsəsə dəvəti qəbul edib gəldiyi üçün təşəkkürünü bildirib və onun xalqımız tərəfindən sevilən sənətkar olmasını, yaradıcılığında vətənpərvərlik ruhuna böyük yer verməsini və gənclərin milli şüurda yetişməsinə töhfə verdiyini qeyd edib.…

“Nizami” baleti yenidən səhnələşdirilib

Noyabrın 20-də “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkarımız Fikrət Əmirovun “Nizami” baleti yenidən səhnəyə qoyulub. Newsmedia xəbər verir ki, SSRİ Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, görkəmli bəstəkar Fikrət Əmirovun musiqisi əsasında səhnəyə qoyulmuş tamaşa teatrın dahi Nizaminin poetik sənətinin valehedici inciləri, onun çoxşaxəli, mistik, cazibədar dünyası ilə əlaqə yaratmaq üçün bir təşəbbüsüdür. Xoreoqrafik triptix kimi düşünülmüş və həyata keçirilmiş baletdə böyük şairin həyatının üç məqamı – şair və hakimiyyət, şair və məhəbbət, şair və ilham pərisi təsvir olunur. Nizami poeziyasının real…

“Əllərimizdə səslənən igidlərin sözü” adlı poeziya gecəsi

Noyabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində “Söz” ədəbi layihəsi çərçivəsində “Əllərimizdə səslənən igidlərin sözü” adlı poeziya gecəsi keçirilib. Newsmedia xəbər verir ki, şanlı Qələbəmizin ildönümünə həsr olunan tədbir “Ümid var” Könüllülər Təşkilatının və Deaf Community MMC-nin təşkilatçılığı ilə baş tutub. Tədbirdə ölkəmizdə ilk dəfə olaraq eşitmə məhdudiyyətli şəxslər II Qarabağ müharibəsində iştirak edən igid əsgərlərimizin yazdıqları şeirləri jest dilində təqdim ediblər. Tədbir əməkdar artist Fərqanə Qasımovanın solo ifasında səslənən dövlət himninin jest dilində təqdimatı ilə başlayıb. Tanınmış ictimai-siyasi xadimlərin, ziyalıların, dövlət nümayəndələrinin iştirakı ilə keçən tədbiri Milli Xalça Muzeyinin direktoru…