Azərbaycan tibb elminə ağır itki

Yanvarın 11-də Azərbaycan tibb elminə ağır itki üz verib. Ölkəmizin tanınmış tibb mütəxəssisi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Respublika Mama-Ginekoloqlar Cəmiyyətinin sədri Solmaz İsrafilbəyli vəfat edib. Newsmedia xəbər verir ki, bu barədə onun İngiltərədə yaşayan qızı, tarixçi-alim Nigar Maksvel məlumat verib. Qeyd edək ki, Solmaz Hüseyn qızı İsrafilbəyli 1928-i ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.  O 1960-cı ildən başlayaraq, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləmişdir. Burada o, əvvəl assistent vəzifəsində işləmiş, 1967-ci ildə dosent vəzifəsinə seçilmişdir və…

SMA xəstəsi Fatehin valideynlərindən YARDIM ÇAĞIRIŞI

SMA xəstəsi uşağın valideyinləri sosial şəbəkələrdə yardım çağırışı ediblər. Regioninfo valideyinlərin həmin paylaşımını təqdim edir. “Bizim balamıza SMA diaqnozu qoyulub. Müalicəsi çox bahadır. Ən qısa zamanda “Zolgensma” iynəsi vurulmalıdır. Onun qiyməti 2.16 milyon dollardır. Əks halda onu 2 yaşına çatmadan itirəcəyik. Evimizin işığı sönəcək. İndiki halda əlimizdən gələn səbirli olub mübarizə aparmaq, sonadək təslim olmamaqdır. Məbləğdən göründüyü kimi, bu, tək ailəmizin çatacağı hədəf deyil. Sizin yardımınıza ehtiyac var. Hamınızdan xahiş edirik, bu yolda Fatehin sağalması üçün əlinizdən gələni əsirgəməyəsiniz. Artıq məbləğin 9 faizi toplanıb. Şəhriyar Cehremi və Aygün Abbasova – Fatehin valideynləri”.…

“Sağlam ailə -sağlam genofondun təminatıdır” adlı layihə çərçivəsində tədbirlər keçirilib

Abşeron rayonunda və Şirvan şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam ailə – sağlam genofondun təminatıdır” adlı layihə çərçivəsində tədbir keçirilib. Layihənin məqsədi gənc valideynlərinin, eləcə də ailə həyatı qurmağa hazırlaşan gənclərin, həmçinin uşaqların himayədarların erkən uşaqlıq dövrü inkişafı və pozitiv valideynlik üzrə bilik və təcrübəsini təkmilləşdirməkdir.Keçirilən tədbirlərdə “Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək layihənin mövzusunun aktuallığı və erkən uşaqlıq dövründə inkişafla bağlı valideynlərin, himayədarların məlumatlandırılmasının, bilik və bacarıqlarının artırılmasının vacibliyi barədə məlumat verib.Həmçinin “Azərbaycan-Türkiyə Qida…

Ölkəmizdə dopinqə qarşı mübarizə hüququ digər nazirliyə həvalə edilib

Azərbaycanda dopinqə qarşı mübarizə hüququ Gənclər və İdman Nazirliyindən (GİN) alınaraq Səhiyyə Nazirliyinə verilib. Newsmedia.az ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev iki fərman imzalayıb. Belə ki, fərmanla “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. Sənədə əsasən, GİN-in “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, terapevtik istifadəyə icazə, intizam və apellyasiya qurumları yaratma və onların əsasnamələrini təsdiq etmə hüququ ləğv edilib. Prezidentin digər fərmanı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. Sənədə əsasən Səhiyyə Nazirliyinə “İdmanda dopinq…

Ürək-damar xəstələri isti havalarda nə etməli ?

İsti və nəm havalar, xüsusilə də daha əvvəldən bilinən ürək və damar xəstəliyii olan insanlarda şikayətləri artırır. Çünki isti havanın özü ürək-damar sağlamlığı cəhətdən müəyyən riskləri bərabərində gətirir. Aparılan tədqiqatlar göstərir ki, isti havalarda ürək tutmaları və miokard infarktlarının rastgəlmə tezliyi artır. Ürək səbəbi ilə ölüm halları da yay aylarında artır. Bəzi epidemiolojik tədqiqatlar göstərmişdir ki, qızmar hava dalğalarının yaşandığı illərdə, xüsusilə yaşlı və yanaşı xəstəliyi olan xəstələrdə ürəklə əlaqədar ölüm halları daha çox qeydə alınır. Bu fikirləri Avropa Kardioloqlar Assosiasiyasının üzvü, kardioloq Nuranə Əliyeva bildirib. O qeyd edib ki,…

Mayın 1-dən Azərbaycanda maska tələbi ləğv edilir

Ölkə ərazisində mayın 1-dən maska tələbi ləğv edilir. Newsmedia xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib. Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Ölkəmizdə “Omikron”a yoluxanların son sayı bəlli oldu

Azərbaycanda koronavirusun “Omikron” ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur. Newsmedia xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib. Qeyd olunub ki, hazırda həmin şəxslərin vəziyyəti stabildir, evdə müşahidə altındadırlar: “Həmin ştama yoluxan 12 nəfərin 8-dən götürülən təkrar test nümunələri mənfi nəticələnib və bu barədə məlumat “e-tabib” sistemində yer alıb. Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır”. Xatırladırıq ki, ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-sində SARS-CoV-2 21K (“Omikron”) variantı…

Azərbaycanda daha 273 nəfər koronaya yoluxub, 8 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb. Newsmedia xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 617 952 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 645 nəfər müalicə olunaraq sağalıb, 8 383 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 924 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 337, bu günə qədər isə ümumilikdə 5 883 101 test icra olunub.

Azərbaycanı pandemiya baxımından təhlükəsiz ölkələr siyahısına daxil edilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti Azərbaycanı təhlükəsiz səyahət istiqamətləri siyahısına salıb. Newsmedia xəbər verir ki, xarici KİV məlumat yayıb. Məlumata deyilir ki, Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti Afrika və Latın Amerikasının bir sıra ölkələri istisna olmaqla təhlükəsiz səyahət istiqamətləri siyahısını yeniləyib. Departament “yaşıl” adlanan siyahıdakı 95 ölkənin sayını 73-ə endirib. Adları “yaşıl” siyahıya salınan ölkələrdən BƏƏ-yə gələn səyahətçilərin karantindən keçməsinə ehtiyac yoxdur. Yeni qaydalar bu gün qüvvəyə minib. Bildirilir ki, yenilənmələr bir sıra ölkələrdə epidemioloji vəziyyətin pisləşməsinə cavab olub. Təhlükəsiz ölkələr siyahısına Azərbaycanla yanaşı, Belarus,…

Səhər yeməyinə faydalı məsləhət

Dünyada bir milyarddan çox insan hipertoniyadan əziyyət çəkir. Davamlı yüksək qan təzyiqi ürək xəstəliyi, infarkt və insult üçün əsas risk faktorudur. Avstraliyalı və amerikalı alimlərin apardıqları araşdırmalar nəticəsində müəyyən olunub ki, pündəlik süd məhsulları, xüsusən də yoqurt istehlakı hipertoniyaya yoluxma riskini azaldır, artıq bu xəstəliyə tutulmuş insanlarda isə qan təzyiqini aşağı salmağa kömək edir. Newsmedia xəbər verir ki, araşdırmanın nəticələri “International Dairy Journal”da dərc olunub. Belə ki, süd məhsullarının tərkibində qan təzyiqinin tənzimlənməsində iştirak edən bir sıra mikroelementlər, o cümlədən kalsium, maqnezium və kalium var. Yoqurtda isə həm də qan…