Qərbi azərbaycanlıların qayıdış haqqı

Məlumdur ki, Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmış qurama dövlətdir. Qərbi azərbaycanlılar yüz illər idi ki, bu ərazilərdə yaşayıb, yaratmışdılar. Lakin tarixin müxtəlif çağlarında Qərbi azərbaycanlılar öz ata-baba yurdlarından məqsədli şəkildə deportasiya olunublar. Sovet hakimiyyətinin Qərbi azərbaycanlıların bu deportasiyasına göz yummaqda məqsədi Ermənistanı gələcək təhlükələrdən qorumaq olub. Buna görə də sovet rəhbərləri Qərbi Azərbaycanda etnik təmizləmənin aparılmasında Ermənistana dəstək veriblər. Məqsəd türksüz Ermənistan yaratmaq olub. Lakin ermənilər Qərbi azərbaycanlıları etnik təmizləməyə məruz qoysalar da, onları siyasi ambisiyalarından, Vətənə qayıdış istəyindən çəkindirə bilmədilər. Bu gün Qərbi azərbaycanılar öz ata-baba yurdlarına qaytımaq ideyası,…

Özbəkistan Dövlət Televiziyasının “Manbalar sözləşəndə” adlı verilişi Qarabağa həsr olunub – FOTO

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə bir qrup Özbəkistanlı KİV nümayəndəsinin növbəti dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər ediblər. Səfər çərçivəsində bir çox reportaj və verilişlər hazırlanıb.Özbəkistan Dövlət Televiziyasının «Manbalar sözləşəndə» adlı verilişi Azərbaycanın 30 ildən sonra Ermənistan işğalından azad olunmuş Ağdam, Füzuli, Şuşa və Laçın rayonlarına həsr olunmuş veriliş yayımlayıb. Aparıcı – tanınmış jurnalist Dildora Həsənova olan televiziya verilişdə azad olunmuş Azərbaycan rayonlarında işğalın ağır nəticələri, infrastrukturun tamamilə dağıdılması və Azərbaycan dövləti tərəfindən reallaşdırılan yenidənqurma layihələri geniş işıqlandırılıb.Verilişdə ilk öncə Ağdam şəhərinin erməni…

Ptolemeylər və Fironlara aid yeni tapıntılar aşkarlanıb

Misirin Giza şəhərinin tarixi Sakkara bölgəsində Ptolemeylər və 30-cu Fironlar sülalələrinə aid yeni tapıntılar ortaya çıxıb. Bu barədə Misir portalları məlumat yayıb. Bölgədə aparılan arxeoloji qazıntılar zamanı emalatxanalar, türbələr, heykəllər, insan və heyvanların mumiyalanmasında istifadə olunan saxsı qab parçaları tapılıb. Misirin Antik Əsərlər üzrə Ali Şurasının baş katibi Mustafa Vəziri sözügedən mövzu ilə bağlı deyib: “Emalatxanalar insanlar və müqəddəs saydıqları heyvanların mumiyalanması üçün istifadə olunub. Buradan arxeoloqlar gil və ritual qablar tapıblar”. Sakkara Arxeoloji Qrupunun rəhbəri Səbri Fərəc isə bunu söyləyib: “Tapılan məzarlar antik Misir Krallığından yüksək vəzifəli şəxsə və…

Rusiyalı arxeoloqlarla görüş

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa Universitetinin “Arxeologiya 2.0” Elm Təhsil Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, professor İlşat Baxşiev, universitetin Arxeoloji abidələrin qorunması üzrə Elmi İstehsalat Mərkəzinin nümayəndələri Ramil Nəsrətdinov və Roman Qabitov AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar. Görüşdə professor İlşat Baxşiev Başqırdıstanda aparılan arxeoloji tədqiqat işlərindən danışıb və “Rəqəmsal arxeologiya” metodundan istifadə etdiklərini bildirib. Alim qeyd edib ki, bu metoddan Avropa ölkələrində geniş istifadə edilsə də, biz son zamanlar tətbiq etməyə başlamışıq. O, ”Rəqəmsal arxeologiya”nın üstünlüklərindən söz açaraq bu sahədə Azərbaycan arxeoloqlarını əməkdaşlığa dəvət edib. Bu metodla…

Tarixin hökmü

Prezident İlham Əliyevin sərəncamı ilə Qubada “Soyqırımı memorial kompleksi” tikilərək 31 mart şəhidlərinin xatirəsi əbədiləşdirilib  Ermənilər tarixin müxtəlif çağlarında Azərbaycan türklərinə qarşı soyqırımı törədiblər. Amma 1918-ci ilin 31 martında erməni-daşnakları tərəfindən Azərbaycan türklərinin soyqırımı daha kütləvi şəkildə həyata keçirilib. Ermənilər hələ 1905-ci ildə Bakıda dəhşətli qırğınlar törətmişdilər. Qafqazdakı bütün türkləri, o cümlədən Tiflis, Borçalı, Axalkalaki türklərini məhv edərək ancaq ermənilərdən ibarət Ermənistan yaratmaq istəyirdilər. Azərbaycan türklərinin soyqırımı 1918-ci ilin 17-21-də (30 mart – 1 aprel) daha dəhşətli şəkildə həyata keçirildi. Təkcə Bakı, Gəncə, Quba, Şamaxı, Lənkəran, Göyçayla deyil, Güney Azərbaycanın…

Ağbaba-Şörəyel mahalı haqqında bilmədiklərimiz

Qərbi Azərbaycanın Ağbaba-Şörəyel mahalı… Cənub-Qərbi Qafqazda Ələyəz (Alagöz) dağının ətəklərindən tutmuş Arpaçay boyunca uzanan və Arpa gölünün ətrafını əhatə edən ərazinin dağlıq hissəsi Ağbaba, aran hissəsi isə Şörəyel adlanır. İndiki Ermənistanın ərazisində qalan, sonralar Amasiya rayonu adlandırılan Ağbaba Qərbdən Çıldır, Şimaldan Axılkələk və Şərqdən Qızılqoç (Qukasyan) rayonu ilə əhatə olunmuş dağlıq ərazidir. AMEA-nın elmi işçisi Nazim Mustafanın uzun illər apardığı tədqiqatlardan bəlli olur ki, Arpaçay Şörəyelin özünü iki hissəyə ayırır. Qars vilayəti ərazisində qalan hissə Qərbi Şörəyel, bir hissəsi indiki Ermənistan ərazisində qalan ərazi isə Şərqi Şörəyel adlanır. 1918-ci ilədək…

ABŞ alimi: ”Ermənilərin bütün iddiaları miflər üzərində qurulub”

Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər” kitabının müəllifi ilə geosiyasi məsələlərə dair müzakirələr aparılıb. Newsmedia.az xəbər verir ki, Türk Ağsaqqalları Birliyi – TAİB-in mərkəzi ofisində ABŞ-ın nüfuzlu Yuta Universitetinin professoru, siyasi-analitik Hakan Yavuzla görüş keçirilib. TAİB-in İdarə Heyəti və Gənclər Təşkilatının üzvlərinin iştirak etdiyi görüşdə Hakan Yavuz əvvəlcə ADA Universitetində təşkil olunmuş, “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” beynəlxalq konfrans barədə təəssüratlarını bölüşüb, özünün də çıxış etdiyi bu tədbirin əhəmiyyətindən söz açıb. Professor müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər” adlı kitabın əhatə etdiyi mövzu və…

“Şairlər qurultayı”nda

Bu “qurultay” min ildir keçirilir. Mən də Təbrizdə olarkən həmin ölməz “qurultayı” ziyarət elədim. Söz nəhənglərini görmək, onlarla xəyali söhbət etmək istədim. Yol boyu irili-xırdalı Azərbaycan şəhərlərindən keçdim. İlahi, havası, suyu, səfası adama necə də doğma təsir bağışlayır… Təbrizə çatan kimi “qurultayın” keçirildiyi yerə – şəhərin qədim Surxab deyilən məhəlləsinə – buranın rəsmi adı “Məqbərətüş-şüara”dır.  Şairlər məqbərəsinə tələsdim. Çatan kimi gördüyüm mənzərədən heyrətə gəldim. Burada kimlər yoxdur ki… “Qurultay”ın “təşkilatçıları” ulu soydaşlarımız, böyük Xaqani Şirvani, Mücirəddin Beyləqani, Qətran Təbrizi, Fələki Şirvani, Zülfüqar Şirvani, Həsən Naxçıvani və başqaları.  Sanki nurani şairlər…

Zabux – yüz il əvvəl və indi

“Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan! “ Dövlət başçısının “Twitter” sosial şəbəkə hesabında paylaşdığı bu fikirlər bizə 44 günlük Vətən müharibəsində anbaan keçirdiyimiz həyəcanlı günləri bir daha xatırlatdı. Laçın rayon mərkəzi, Zabux və Sus kəndləri istisna olmaqla, rayonun qalan əraziləri müharibədən sonra ordumuzun nəzarətində idi. Lakin 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtləri gec-tez icra olundu və Laçın şəhəri, o cümlədən tarixi Zabux…

9 May Qələbə günü, yaxud“Dövranın çərxi” düzgün dolanmayanda…

9 may 2022-ci il. Faşist Almaniyası üzərində Qələbənin 77-ci ildönümü. Yeniyetmə vaxtımdan tarixə marağım, geniş qiraətim, tarixçi atamla uzun söhbətlərimizin və sözsüz ki, Sovet ideoloji maşınının güclü təbliğatı nəticəsində mənim üçün çox həssas mövzu olan bu hadisəyə bu gün ilk dəfə tamamilə başqa bir rakursda baxıram… Bütün dünyanın 8 may, Sovet dövlətinin isə guya saat fərqi nəzərə alınmaqla keçmiş 9 mayda qeyd etdiyi Qələbənin möhtəşəmliyi və tarixi əhəmiyyətini yenə də inkar etmirəm, yox. “Sovet ideoloji maşınının güclü təbliğatı” ifadəsini də sırf mənfi anlamda işlətmirəm. Çünki ağıla, məntiqə, insaniyyətə sığmaz fəlakətlər…