Ekspert DİM-in yeniliyinə etiraz edir – SƏBƏB

“Esse tələbi o zaman ağlabatan qərar olar ki, ümumi təhsil məktəblərinin məzunlarının ən azı 50 faizi xarici dil bilgisinə sahib olsun. Ali məktəb məzunlarının isə ən azı 70 faizi universitet auditoriyasından xarici dili öyrənib, çıxa bilsin. Daha aydın desək, DİM-in abituriyent və tələbələrdən təhsil müddətində aldıqları bilikləri tələb etməsi daha düzgündür”. Bunu Newsmedia-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu magistratura imtahanlarına edilən dəyişikliklə bağlı fikirlərini bölüşərkən deyib.   Ekspert sözügedən yeniliyin müəyyən problemlər yaradacağını düşünür: “Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzinin magistraturaya qəbul qaydalarını çətinləşdirməsi yenidən tələbə olmaq istəyənlərin müxtəlif proqramlara müraciət edərək rahat…

Qərbi azərbaycanlıların qayıdış haqqı

Məlumdur ki, Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmış qurama dövlətdir. Qərbi azərbaycanlılar yüz illər idi ki, bu ərazilərdə yaşayıb, yaratmışdılar. Lakin tarixin müxtəlif çağlarında Qərbi azərbaycanlılar öz ata-baba yurdlarından məqsədli şəkildə deportasiya olunublar. Sovet hakimiyyətinin Qərbi azərbaycanlıların bu deportasiyasına göz yummaqda məqsədi Ermənistanı gələcək təhlükələrdən qorumaq olub. Buna görə də sovet rəhbərləri Qərbi Azərbaycanda etnik təmizləmənin aparılmasında Ermənistana dəstək veriblər. Məqsəd türksüz Ermənistan yaratmaq olub. Lakin ermənilər Qərbi azərbaycanlıları etnik təmizləməyə məruz qoysalar da, onları siyasi ambisiyalarından, Vətənə qayıdış istəyindən çəkindirə bilmədilər. Bu gün Qərbi azərbaycanılar öz ata-baba yurdlarına qaytımaq ideyası,…

“Milli və mənəvi dəyərlərin formalaşmasında ailə institutunun rolu” layihəsi çərçivəsində yekun tədbir keçirilib

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 26.10.2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli və mənəvi dəyərlərin formalaşmasında ailə institutunun rolu” adlı qrant layihəsi çərçivəsində sonuncu tədbirini Bakı şəhəri Nəsimi rayonu Tiblisi prospekti 72A ünvanında universitet tələbələri ilə həyata keçirdi. Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan layihə rəhbəri Eldəniz Salmanov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Layihənin həyata keçirilməsinin başlıca məqsədinin gənclərə milli və əxlaqi dəyərlərimiz, adət və ənənələrimiz, ailə dəyərlərimiz haqqında məlumatın verilməsi və gənclərə ailə qurarkən milli dəyərlərimizə bağlılığın zəruriliyi…