Tarixə şahidlik edən Diyarbəkir

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dünyanın ən əhatəli mədəniyyət və incəsənət layihələrindən biri olan Türkiyə Mədəniyyət Yolu Festivalı (Türkiyə Kültür Yolu) davam edir. Festivalların keçirilməsində əsas məqsəd Türkiyənin mədəni dəyərlərini memarlıq, tarix, mədəniyyət və incəsənətini insanlara tanıtmaqdır. Bu festivallara bir sıra ölkələrdən, o cümlədən Türkdilli dövlətlərdən jurnalistlər, video-blogerlər, nüfuzlu media agentliklərin nümayəndələri də qatılıb. 2023-ci ildə bu festivalın 11 fərqli şəhərdə təşkil edilməsi nəzərdə tutulub ki, artıq müxtəlif aylarda Kapadokya Balon, Sümela, Palandöken, Troya, Qastroantep, Başkent, Konya, Beyoğluda keçirilib. Oktyabrın 14-22-də isə Diyarbəkirdə Sur Mədəniyyət Yolu Festivalı keçirilib.…

Bakıda aviasiya təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub

Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin aktual məsələləri ilə bağlı müzakirə təşkil olunub. Newsmedia verir ki, Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyasının 4-cü iclasında “Azərbaycan Hava Yolları” QSC-nin, Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatında güc strukturlarının və digər aviasiya subyektlərinin rəhbərləri iştirak edib. Tədbir iştirakçıları aviasiya təhlükəsizliyinin təmin edilməsinin mövcud vəziyyətini və onun gələcək inkişaf strategiyası ilə bağlı dəyərləndirmə aparıblar. Aviasiya təhlükəsizliyi sahəsində yeni texnologiya və metodların tətbiqi, hava limanının sərnişin və yük terminallarında təhlükəsizliyin təmin edilməsi və həyata keçirilən tədbirlərin təkmilləşdirilməsinin zəruriliyi ilə bağlı fikirlər səsləndirilib. Həmçinin gələcəkdə aviasiya…

Ölkəmizin BƏƏ ilə viza rejimi ləğv edildi

Hər iki ölkənin ümumvətəndaş pasportları olan Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları vizasız səfər edə, 3 ay müddətində qala biləcəklər. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Newsmedia xəbər verir…

“Köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq”

Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq.  Newsmedia xəbər verir ki, bu fikirləri Salyanda dövlət televiziyasına müsahibəsində Prezident İlham Əliyev bildirib. Ölkə rəhbərinin sözlərinə görə, Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir: “Yəni, biz bu işi vaxtından tez görürük və əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi…

Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib. AZƏRTAC xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına sanatoriyada görüləcək işlərlə bağlı məlumat verdi. Bildirildi ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır. Diqqətə çatdırıldı ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və…

Qışı da yaz nəfəsli Şuşamız… (Qeydlər, təəsüratlar)

Dekabrın 28-i, saat 06:20-dir. Ölkənin vətəndaş cəmiyyəti qurumlarının təmsilçilərindən ibarət heyətlə Bakının cənub giriş-çıxışındakı görüş yerimizdən – Bayıl  qəsəbəsindən, yeni salınan Bakı bulvarında yerləşən Su Polosu İdman Kompleksinin yanından milli ruhumuzun qibləgahı saydığımız, mədəniyyət paytaxtımız seçdiyimiz Şuşaya yola düşürük. Səfər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə həyata keçirilir. Öncədən deyim ki, təşkilatçılar, xüsusilə bizimlə bərabər Şuşaya səfər edən Agentliyin məsul nümayəndələri və işçi qrupda olan digər şəxslər də öz işlərini  peşəkarlıqla icra etdilər. Çox sağ, olsunlar… Doğrusu, axşamdan ehtiyat edirdim ki, birdən yatıb yuxuya qalaram, aylardan, illərdən həsrətində olduğum…

Füzuli və Zəngilanda Azərbaycan–Türkiyə qardaşlığının yeni səhifəsi yazıldı

Oktyabrın 26-da qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə səfərə gəldi. Əlamətdarlığı ilə seçilən əsas hadisə o idi ki, qardaş ölkənin liderini gətirən təyyarə həmişəki kimi paytaxt Bakıya deyil, birbaşa Füzuliyə – 8 ay əvvəl təməli qoyulmuş və bu qısa zaman ərzində artıq istifadəyə verilmiş hava limanına eniş etdi. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülməsi, Prezident İlham Əliyevin onu şəxsən bu hava limanında qarşılaması işğaldan azad edilən torpaqlarda yeni və müzəffər tarixi səhifələrin yazılmasına doğru atılmış mühüm və…

Ağsuda “Tarixi Yerlər və Abidələr” adlı III Beynəlxalq Simpozium keçirilib

Ağsuda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gürcüstan Qafqaz İrsi Tədqiqat İnstitutu, İtaliya YOCOCU Assosiasiyası və Ağsu Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış arxeoloq, professor, mərhum Kamil İbrahimovun xatirəsinə həsr olunan “Tarixi Yerlər və Abidələr” adlı III Beynəlxalq Simpozium keçirilib. Newsmedia xəbər verir ki, simpozium iştirakçıları Ağsu şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin və Kamil İbrahimovun xatirəsi…

Kəlbəcərə işıq çəkilib

“Azərişıq” ASC Kəlbəcər rayonun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətlərini bərpa edib. Newsmedia xəbər verir ki, bu barədə qurumdan məlumat verilib. Məlumata görə, hazırda Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyətli etmək üçün əsaslı işlər görülür. 110 kV-lıq Kəlbəcər xəttinə elektrik enerjisi ötürəcək Daşkəsəndə yerləşən 110 kV-luq yeni “Daşkəsən” yarımstansiyası inşa edilir. Həmçinin mənbə kimi istifadə olunacaq “Gəncə-2” yarımstansiyasından Daşkəsənə, 110 kV-luq “Daşkəsən” yarımstansiyasını qidalandıracaq yeni çəkilən 110 kV-luq elektrik verliş xəttinin dayaqlarının tikilməsi prossesi də davam edir. Bu xətt Azərbaycanda ən mürəkkəb…

“Buta Airways” Alanya istiqamətində uçuşların sayını artırır

Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviadaşıyıcısı  kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır. Newsmedia xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən məlumat verilib. Şənbə günləri həyata keçirilən reyslərdən əlavə, 4 iyul tarixindən etibarən bu istiqamət üzrə  uçuşlar  çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri də həyata keçiriləcəkdir. Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat  opsiyaları daxildir. Həmin uçuşlara biletləri daşıyıcının…