Gənc yazıçı Rizvan Fikrətoğlu ilə 20 nömrəli məktəbdə görüş keçirilib

Bakı şəhərində yerləşən Laçın rayon 20 nömrəli tam orta məktəbdə Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar gənc yazıçı Rizvan Fikrətoğlu ilə məktəblilərin görüşü təşkil edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Dünarə Əbdürəhimova Rizvan Fikrətoğlunu salamlayıb, şagirdlərin bilgilər əldə etməsində, dünyagörüşünün formalaşmasında belə görüşlərin əhəmiyyətini vurğulayıb.Dünarə xanım qeyd edib ki, Rizvan Fikrətoğlunun qələmə aldığı “Ayaq səsləri” povesti məktəblilərin sağlam düşüncəyə malik vətəndaş kimi formalaşmalarına güclü təsir göstərəcək. Görüşün təşkilatçısı, məktəbin ibtidai sinif müəllimi Elnurə Ağammədova yazıçıya dəvəti qəbul etdiyi üçün minnətdarlığını bildirib, Rizvan Fikrətoğlunun fəaliyyəti və yaradıcılığı haqqında şagirdlərə geniş…

Rizvan Fikrətoğlu: “Göstəriciləri aşağı olan məktəblərə xüsusi diqqət ayrılmalıdır”

“Azərbaycan təhsilində məktəblərin sıxlığı və müəllimlərin maaşlarında düzgün tənzimləmənin olmaması problemi hələ də qalmaqdadır. Bu amilin hər ikisi təhsilin keyfiyyətinə birbaşa təsir edir”. Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib. “Birinci məktəb sıxlığından başlayaq. Burada iki başlıca amili qeyd etmək yerinə düşərdi. Birinci amil məktəbin və orada öyrədilən təhsilin keyfiyyətinin aşağı olmasıdır. Valideyn və şagirdlər məktəb seçimində keyfiyyətli təhsil verən, infrastrukturu yaxşı olan, dövrün müasir innovativ tələblərinə cavab verə bilən məktəblərə üz tuturlar”. Ekspertin sözlərinə görə, belə məktəblər şagirdlərin yaşadığı ərazidən kənarda yerləşsə belə, yüksək təhsilinə görə həmin…

Ölkədə savadlı zootexnik, aqronom, meşəçi tapılmır … – Ekspertdən ETİRAZ

“Çoxluq belədir ki, abituriyentlər DİM-in keçirdiyi imtahandan müəyyən bal topladıqdan sonra hansısa bir ixtisası seçirlər. İstək, bacarıq qalır kənarda. Məhz hər şey buradan başlayır. İnsanlar populyarlığa qaçırlar. Amma “xalxın uşağı” həkim, İT, hüquqşünas kimi sahələrdə uğur qazanıbsa, aya 10 min manat əldə edirsə, bu o demək deyil ki, sizdə də bu belə olacaq”. Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib. Ekspertin sözlərinə görə, burada şəxsin bacara bilməsi, potensialı məsələsi önəm daşıyır. “Ölkədə nə qədər işini bilməyən hüquqşünas, həkim, İT mütəxəssisi var. Bunlar bizə heç nə qazandırmır. Amma gəl…

“Dövlətin bu jesti tələbələrə maddi dəstəkdir” — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavr və abituriyentlər arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib. Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 319, bakalavriat səviyyəsi üzrə isə 1800 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Newmedia xəbər verir ki, təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında qeyd edib ki, region universitetlərində də ödənişli əsaslarla qəbul olub, dövlət sifarişi əsasında təhsil almaq şansı əldə edən tələbələr az deyil. Özəl universitetlərdə də bu…

Şairə Nigar Həsənzadə dünyanın ilk poeziya konqresində ölkəmizi təmsil edir

Bu günlərdə Kolumbiya və Venesuellada planetin ən böyük poeziya günləri keçirilir. Belə ki, iyulun 1-dən başlayan 33-cü Beynəlxalq Medelin Şeir Festivalı davam edir. Bununla yanaşı iyulun 13-dən 18-dək Venesuelanın paytaxtı Karakasda Dünya Poeziya Hərəkatının I Konqresi baş tutacaq. 104 ölkədən 60-a yaxın şairin qatıldığı Medelin beynəlxalq şeir festivalının əsas məqsədi demokratik azadlıqlara, sosial dəyişikliklərə və tam sülhə həsr olunub. Newsmedia xəbər verir ki, Azərbaycanı bu nüfuzlu poeziya tədbirlərində tanınmış şairə Nigar Həsənzadə təmsil edir. N.Həsənzadə bildirib ki, festivalda Azərbaycan dilində öz şeirlərini səsləndirəcək: İstər Medelindəki 33-cü Beynəlxalq Şeir Festivalında, istərsə də…

Hindistanın “Aqni-1” raketi sınaqdan keçirildi

Hindistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, bu ölkənin “Aqni-1” ballistik raketi sınaqdan keçirildi. Orta mənzilli raketlər sinfinə daxil olan “Aqni-1”in sınağı Hindistanın Əbdül-Kəlam adasında baş tutdu. Raketin hədəfi çox yüksək dəqiqliklə vurduğundan sınaq atışın uğurla baş tutduğu bildirilir. Rizvan FİKRƏTOĞLU

Rusiyada yeni model avtomobillərin istehsalına başlanılacaq

Rusiya sənaye və ticarət naziri Denis Manturov mətbuata açıqlamasında deyib ki, Qorki Avtomobil Zavodu (QAZ) yaxın gələcəkdə texniki tərəfdaşlıq haqqında qərar qəbul etmək niyyətindədir. Bu qərar qəbul olunduğu təqdirdə zavod gələn il yeni texnoloji tərəfdaşın dəstəyi ilə “Volqa” brendi altında avtomobillərin istehsalına başlayacaq. Rusiyalı nazir bildirib ki, yeni avtomobilin hazırlanması təxminən 8-9 ay çəkəcək. Rizvan FİKRƏTOĞLU

Ərdoğan böyük qələbə və “Türkiyə əsrinin” başlandığını elan etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda qalib gəldikdən sonra “Türkiyənin böyük qələbəsi” və “Cümhuriyyət əsrinin başlanğıcı” elan edib. Türkiyə lideri bu barədə öz “Twitter” səhifəsində yazıb. “Böyük Türk Zəfəri ilə… Türkiyə əsri başlasın!”- cənab Ərdoğan qeyd edib. Mayın 28-də Türkiyənin Yüksək Seçki Şurasının (YSK) rəhbəri Ahmet Ener prezident seçkilərinin ikinci turunda ölkənin hazırkı prezidentinin qalib gəldiyini açıqlayıb. Rüfət Sahiboğlu

Qədr gecəsində kosmosdan Məkkənin foto və videosunu paylaşılıb

Birləşmiş Ərəb Əmirliklərinin astronavtı Sultan əl-Neyadi Beynəlxalq Kosmik Stansiyadan müqəddəs Məkkə şəhərinin foto və videosunu paylaşıb. Bu barədə “Emirates” informasiya agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, ərəb astronavt Qədr gecəsində müqəddəs məscidlərin olduğu ərazini paylaşmaq istədiyini, bundan sevinc və qürur hissi keçirdiyini özünün tviter səhifəsində yazıb. Qeyd edək ki, Sultan əl-Neyadi aprelin 28-də Beynəlxalq Kosmik Stansiyadan açıq kosmosa çıxacaq ilk ərəb astronavtı olacaq.

“Bu axşam dünyanın hansısa bir yerində “Qladiator”u göstərəcəklər” – Rassel Krou

Dünya şöhrətli aktyor Rassel Krou “Collider”-ə verdiyi müsahibədə Ridley Skotun çəkdiyi “Gladiator” -un  ikinci hissəsində rol alacaq aktyorlara həsəd apardığını etiraf edib. – “Bu barədə hiss etdiyim tək şey yüngül paxıllıqdır, bilirsinizmi? Çünki mən gənc idim və bu, həyatımda böyük bir təcrübə idi. Bu film mənim həyatımı dəyişdirmişdi.”–deyə Krou bildirib.   Aktyor qeyd edib ki, oynadığı “Qladiator” da çəkilişdən sonra insanların ona münasibəti dəyişib. Aktyor bir çox gözəl layihələrdə rol aldığını etiraf bildirsə də,  “Qladiator” filmindəki təcrübəsini “inanılmaz”adlandırıb: “Mən zəmanət verirəm ki, bu axşam dünyanın hansısa bir yerində” Qladiator ”…