Qalib Liderlə qələbələrə doğru!

Azərbaycan daha bir tarixi qürur yaşadı. 7 fevral Prezident seçkiləri həm yüksək xalq coşqusu, həm demokratik gedişatı və ən əsası nəticələri ilə yaxın tariximizdə möhtəşəm günə çevrildi. Azərbaycan xalqı yalnlz fikir və dünşüncə həmrəyliyi ilə deyil, həm də seçim qətiyyəti ilə dünyaya dövlətin gələcək taleyini Qalib Liderə etibar etdiyi mesajını verdi. Çağdaş dünyanın suyasi sistemində və çeçki tarixində görünməmiş bir nəticə ortaya qoyuldu. Seçicilərin mütləq əksəriyyətinin İlham Əliyevə səs verməsi ideologiyasızlaşdırılan, lidersizlik və ümidsizlik pessimizmi yaşayan dövlətlər üçün bir Azərbaycan örnəyi idi. Bu isə heç şübhəsiz Prezident İlham Əliyevin şəxsiyyətinin…

7 fevral seçkilərinin böyük rəmzi mənası var

2024-cü ilin 7 fevral tarixində xalqımızın yenidən öz siyasi iradəsini ortaya qoyacağına əminəm. Əvvəlki seçkilərlə müqayisədə 2024-cü il Prezident seçkisinin üzərimizdəki mənəvi yükü daha böyükdür. Bir xalqın və bir dövlətin yaşamının 30 il boyunca hər sahəsinə öz təsirini göstərmiş, ümümxalq yarasına çevrilmiş Qarabağ Savaşının bitməsi və ərazi bütövlüyünün bərpası Azərbaycanın yeni şanlı tarix səhifəsinin açılması deməkdir. Bu baxımdan 7 fevral seçkilərinin böyük rəmzi mənası var. newsmedia xəbər verir ki, bu fikirləri Azərbaycan-Türk Evinin sədri, “Azəri-Türk Qadınlar” Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı bildirib. O qeyd edib ki, bu il xalq olaraq, ölkəmizin…

Azərbaycandakı növbədənkənar seçkilər tarixi dövrə təsadüf edir

Bu gün bizlər hətta bizdən öncə gələn əcdadlarımızın həsəd aparacağı möhtəşəm tarixi hadisələrə şahidlik edirik. 44 günlük Vətən müharibəsi, arda-arda keçirilən böyük tədbirlər 2023 ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, bizlərin qalib xalqa çevrilməyimizə gətirib çıxartı. Artıq bölgədə ortaya qoyduğumuz yeni geosiyasi reallıq yeni mandat, yeni yanaşma, yeni yol xəritəsinin formalaşdırılmasını tələb edir və nəzərdə tutulan Prezident seçkiləri məhz bu ehtiyacı təmin edəcək.Newsmedia xəbər verir ki, bu fikirləri Rusiya Azərbaycanlıları İttifaqının sədri Füzuli Məmmədov bildirib. O qeyd edib ki, bu dəfəki seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində keçiriləcək.Azərbaycanın…

Rizvan Fikrətoğlu: “Göstəriciləri aşağı olan məktəblərə xüsusi diqqət ayrılmalıdır”

“Azərbaycan təhsilində məktəblərin sıxlığı və müəllimlərin maaşlarında düzgün tənzimləmənin olmaması problemi hələ də qalmaqdadır. Bu amilin hər ikisi təhsilin keyfiyyətinə birbaşa təsir edir”. Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib. “Birinci məktəb sıxlığından başlayaq. Burada iki başlıca amili qeyd etmək yerinə düşərdi. Birinci amil məktəbin və orada öyrədilən təhsilin keyfiyyətinin aşağı olmasıdır. Valideyn və şagirdlər məktəb seçimində keyfiyyətli təhsil verən, infrastrukturu yaxşı olan, dövrün müasir innovativ tələblərinə cavab verə bilən məktəblərə üz tuturlar”. Ekspertin sözlərinə görə, belə məktəblər şagirdlərin yaşadığı ərazidən kənarda yerləşsə belə, yüksək təhsilinə görə həmin…

Şirvan şəhəri ərazisində avtomat və tüfənglər tapılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd “AKS-U” markalı avtomat, 2 ədəd daraq və 60 ədəd patron aşkarlanaraq götürülüb. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 5 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.

“Milli və mənəvi dəyərlərin formalaşmasında ailə institutunun rolu” layihəsi çərçivəsində yekun tədbir keçirilib

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 26.10.2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli və mənəvi dəyərlərin formalaşmasında ailə institutunun rolu” adlı qrant layihəsi çərçivəsində sonuncu tədbirini Bakı şəhəri Nəsimi rayonu Tiblisi prospekti 72A ünvanında universitet tələbələri ilə həyata keçirdi. Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan layihə rəhbəri Eldəniz Salmanov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Layihənin həyata keçirilməsinin başlıca məqsədinin gənclərə milli və əxlaqi dəyərlərimiz, adət və ənənələrimiz, ailə dəyərlərimiz haqqında məlumatın verilməsi və gənclərə ailə qurarkən milli dəyərlərimizə bağlılığın zəruriliyi…

Yevlaxda “Milli-mənəvi dəyərlərin və ictimai davranş qaydalarının təbliği” mövzusunda tədbir keçirilib

Yevlax şəhəri Sahib Əliyev adına 1 nömrəli tam orta məktəbində “Milli-mənəvi dəyərlərin və ictimai davranş qaydalarının təbliği” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai birliyininin layihəsi çərçivəsində həyata keçirilib. Tədbirin keçirilməsində məqsəd mədəni, sivil gənc nəslin formalaşdırılmasına səy göstərmək, mədəni inteqrasiya şəraitində milli-mənəvi, əxlaqi dəyərlərin daha da inkişaf etdirilməsində cəmiyyətin rolunun artırılması və məktəblilər arasında ictimai davranış qaydaları ilə bağlı maarifləndirmənin aparılmasıdır. İlkin olaraq “İctimai Davranış Mədəniyyəti” adlı sosial çarx izlənlib. Daha sonra layihə rəhbəri Bəsti Nəsibova məktəblilərə…

Lisey şagirdlərinə milli ailə dəyərləri təbliğ edilib

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 12.10.2023-cü il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli və mənəvi dəyərlərin formalaşmasında ailə institutunun rolu” adlı layihənin icrasına Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində başladı. Tədbiri açıq elan edən layihə rəhbəri Eldəniz Salmanov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Layihənin həyata keçirilməsində başlıca məqsədin gənc nəslə ailə dəyərlərimiz, adət və ənənələrimiz haqqında məlumatın verilməsi və əxlaqi dəyərlərimizi təbliğ etmək olduğu tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Layihə rəhbəri sonra sözü mühazirəçi professor və tanınmış pedaqoq Fərahim Sadıqova verdi. Fərahim müəllim…