Şairə Nigar Həsənzadə dünyanın ilk poeziya konqresində ölkəmizi təmsil edir

Bu günlərdə Kolumbiya və Venesuellada planetin ən böyük poeziya günləri keçirilir. Belə ki, iyulun 1-dən başlayan 33-cü Beynəlxalq Medelin Şeir Festivalı davam edir. Bununla yanaşı iyulun 13-dən 18-dək Venesuelanın paytaxtı Karakasda Dünya Poeziya Hərəkatının I Konqresi baş tutacaq. 104 ölkədən 60-a yaxın şairin qatıldığı Medelin beynəlxalq şeir festivalının əsas məqsədi demokratik azadlıqlara, sosial dəyişikliklərə və tam sülhə həsr olunub. Newsmedia xəbər verir ki, Azərbaycanı bu nüfuzlu poeziya tədbirlərində tanınmış şairə Nigar Həsənzadə təmsil edir. N.Həsənzadə bildirib ki, festivalda Azərbaycan dilində öz şeirlərini səsləndirəcək: İstər Medelindəki 33-cü Beynəlxalq Şeir Festivalında, istərsə də…

Xalq artisti Rasim Balayevin 75 illiyi qeyd olunacaq

Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yaradıcılıq gecəsi keçiriləcək. Newsmedia xəbər verir ki, yaradıcılıq gecəsi Rasim Balayevin 75 illiyinə həsr olunur. Qeyd edək ki, 1948-ci ilin avqustun 8-də Ağsu rayonunda anadan olan Rasim Balayev elə orada orta məktəbi bitirib və 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu olub. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanır. O, həmçinin “Azərbaycanfilm”…

Nikolas Keyc iştirak etdiyi ən sevdiyi filmləri sıraladı

Dünya şöhrətli ABŞ aktyoru Mikolas Keyc iştirak etdiyi ən çox sevdiyi beş filmləlrin adını açıqlayıb. O reytinqini belə tərtib edib. Bu barədə “ComicBook” veb saytı yazır.Sənətçi 2021-ci ilin “Donuz” trillerini reytinqin birinci pilləsinə qoyub. İkinci yerdə 2017 — ci ilin “Mandy dəhşəti”, sonra 1999-cu ilin “Ölüləri diriltmək”, dördüncü yerdə 2009-cu ilin “Pis leytenant”, beşinci yerdə isə 2013-cü ilin “Joe” filminə yer verib. Keyc “Üzsüz” filmindən də bəhs edərək bunun da ciddi bir iş olduğunu əlavə edib. Daha əvvəl Keycin “Marvel” filmin yeni ekran əsərlərinə rol almaqdan imtina etdiyi bildirilmişdi. Aktyor…

İctimai fəal Naxçıvan rəhbərliyinə müraciət etdi

QHT sədri, ictimai fəal Emin Tarverdiyev Prezidentin Naxçıvan Muxtar Respublikasındakı xüsusi nümayəndəsi Fuad Nəcəfliyə açıq məktub yazıb. Newsmedia aktuallığını nəzərə alaraq müraciəti təqdim edir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə Hörmətli Fuad müəllim! Azərbaycanın ən qədim ərazilərindən biri olan Naxçıvan tarixi, mədəniyyəti, abidələri, ənənələri və mətbəxi ilə nəinki yerli, hətta xarici alimlərin əsərlərində də xüsusi olaraq qeyd edilir. Məlumdur ki, Naxçıvan Muxtar Respublikasında 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bu abidələrin 58-i dünya, 455-i ölkə, 649-u isə yerli əhəmiyyətlidir. Məmləkətimizin ayrılmaz parçası olan bu diyarda ilk insanların yaşadıqları…

Leyla Əliyeva və Mətin Kadikin müəllifi olduğu kitabın təqdimatı keçirilib

Dekabrın 28-də Bakı Kitab Mərkəzində “Sevgi” adlı musiqili-poeziya gecəsi və eyniadlı kitabın təqdimatı baş tutub. Bakı Kitab Mərkəzində təşkil olunan gecədə Leyla Əliyevanın təşəbbüsü ilə “SÖZ” ədəbi layihəsi çıxış edib. Çıxışda gənc şairlər Şəhriyar Del Gerani, Qismət Rüstəmov, Həsən Kür, Cavid Qasımov, Sahib Məmmədov, Səidə Subhi və musiqiçilər Vüsal Aydəmirov, Oksana Veliyeva, Elizaveta Polishük və yeniyetmə iştirakçı M. Rastropoviç adına musiqi məktəbinin şagirdi Amir Hüseynli iştirak edib. Həmçinin, gecədə Leyla Əliyeva və Metin Kadikin müəllifi olduqları “Sevgi. Şəkərsiz, amma şirin” kitabında yer alan xeyirli və ləzzətli təamlar qonaqlara təqdim olundu.…

Türk dünyasının məşhur ozanı “Xalq qəzeti”ndə

Dünya azərbaycanlılarının, o cümlədən Türk ellərinin sevimli ozanına çevrilən, öz bənzərsiz ifası və fərqli imici ilə sevilən sənətkarlardan sayılan Araz Elsəs artıq bir neçə gündür ki, Bakıdadır. Newsmedia xəbər verir ki, illərdir milli vətənpərvərlik üslubunu dəyişməyən, Güney Azərbaycan mövzusunu öz repertuarına daşıyan məşhur el sənətkarı bu gün “Xalq qəzeti”nin qonağı olub. Qəzetin baş redaktoru, respublikanın Əməkdar jurnalisti Əflatun Amaşov Araz Elsəsə dəvəti qəbul edib gəldiyi üçün təşəkkürünü bildirib və onun xalqımız tərəfindən sevilən sənətkar olmasını, yaradıcılığında vətənpərvərlik ruhuna böyük yer verməsini və gənclərin milli şüurda yetişməsinə töhfə verdiyini qeyd edib.…

Anar Kərimov: Festival vasitəsilə həm şuşalılara, həm də bütün xalqımıza xoş günlər yaşadırıq

“Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı çərçivəsində üç gündür ki, möhtəşəm bayram keçirilir. Builki festival beynəlxalq miqyasda keçirilməsi ilə əlamətdar oldu. Doqquz ölkədən qonağımız vardı. Proqram isə olduqda rəngli və əsrarəngiz çıxışlarla zəngin idi”. Newsmedia xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov deyib. Nazir xatırladıb ki, artıq ikinci ildir festival Şuşada qeyd olunur: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Şuşanı azad edib. Festival vasitəsilə həm şuşalılara, həm də bütün xalqımıza xoş günlər yaşadırıq. Bir daha festivalın keçirilməsində əməyi olan hər kəsə minnətdarlığımı…

Şuşada keçirilən tədbirlər dünya mədəniyyətinə töhfədir

Bu gün ölkənin mədəniyyət paytaxtının sürətlə dirçəldilməsinin bütün Türk dünyası və hər birimiz üçün strateji əhəmiyyətindən danışmaq son dərəcə vacibdir. Şuşanın 30 illik işğaldan sonra mədəni dirçəlişi uzun illər irsimizi məhv edən şər, yalan və nəhayət, qaranlıq üzərində Qələbə deməkdir. Bu gün artıq dünya xəritəsində ədalətin bərpa olunduğu, sevginin, gözəlliyin, həyatı diriltdiyi bir məkan var. Bu, öz əzəmətini yenidən qaytardığımız Şuşa şəhəridir. Newsmedia xəbər verir ki, bu fikirləri “Söz” ədəbi-bədii dərnəyinin rəhbəri, AYB-nin üzvü, şair-publisist Nigar Həsənzadə bildirib. O deyib ki, mədəniyyət bəşəriyyətin mənəviyyatının istinad etdiyi və qidalandığı nöqtədir. Bu…

Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub

Bu gün İsmayıllı rayonunun Buynuz kəndinin qəbirstanlığında dahi Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib. Newsmedia xəbər verir ki, mərasimdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev, AYB-nin katibləri Rəşad Məcid, Elçin Hüseynbəyli, İsmayıl Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatları, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər M.Yaqubla bağlı xatirələrini bölüşüblər, yaradıcılığı barədə danışıblar. Abidəni Xalq rəssamı, heykəltəraş Natiq Əliyev hazırlayıb. Qeyd edək ki, bu gün eyni zamanda, şairin ölümündən bir il ötür. M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə 84…

“Söz yaddaşındakı Xocalı” adlı tədbir keçirilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu ilə birgə Xocalı soyqırımına həsr olunan “Söz yaddaşındakı Xocalı” adlı tədbir keçirib. Newsmedia xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. “Söz” ədəbi layihəsinin rəhbəri, tanınmış şair-publisist Nigar Həsənzadə tərəfindən təqdim edilən xatirə axşamında İkinci Qarabağ müharibəsi veteranları, işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsində medallara təltif edilən gənc istedadlı şairlər Cavid Əli, Nicat Ağayev, Həsən Kür və Kərəm Aydın Xocalıya həsr etdikləri şeirlərini söyləyiblər. Xatirə axşamında Xocalı faciəsinin şahidləri Əsəd Fərəcov, Valeh Hüseynov…