Türkiyə IDEF-2023 sərgisinə hazırlaşır

Türkiyə IDEF-2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə hazırlaşır. Bir çox xarici şirkətlərin də ev sahibliyi edəcəyi IDEF-2023 sərgisi iyulun 25-28-də keçiriləcək. IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilir. Qeyd edək ki, 2021-ci ildə baş tutan IDEF-2021 sərgisində 53 ölkənin 1200-dən artıq müdafiə və təhlükəsizlik həlləri istehsal edən şirkəti məhsul və texnologiyalarını nümayiş etdirib. Rizvan FİKRƏTOĞLU

Mavi işıq nədir və ondan necə qorunmalıyıq?

Texnologiyanın inkişafı ilə insan sağlamlığı da ciddi təhlükə altındadır. İstifadə etdiyimiz smartfonlar, noutbuklar və televizorlar kimi, elektron cihazlar da yaydıqları müxtəlif  enerjilər, xüsusilə radiasiya ilə ciddi təhlükə yaradır. Xüsusən də rəqəmsal ekranlı cihazlar insan sağlamlığı üçün son dərəcə zərərli olan “mavi işıq” adlanan işıq növü yayırlar. Bəs mavi işıq nədir və ondan necə qoruna bilərik? Mavi işığın dalğa uzunluqları hər yerdə mövcuddur və bizi əhatə edir. O, görünən işıq spektrinin bir hissəsidir. Ən qısa dalğa uzunluğuna və ən yüksək enerjiyə malik olan bu işıq digər görünən işıqlardan daha çox zərər…

“Startup School” layihəsinin qalibləri məlum olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı ilə ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təsis etdiyi “Startup School” layihəsinin ilk Məzun günü olub. Bu münasibətlə keçirilmiş mərasimdə dövlət rəsmiləri və hökumət nümayəndələri, deputatlar, startap ekosisteminin fəalları, xarici ölkələrdən gəlmiş qonaqlar, özəl sektorun təmsilçiləri və digər şəxslər iştirak ediblər. Newsmedia xəbər verir ki, Məzun gününün rəsmi açılışında İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Özmən Sahibkarlıq Mərkəzinin direktoru Mehmet Serkan Tosun və “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva çıxış ediblər. Çıxışçılar layihə barədə ətraflı məlumat verib, müsabiqəyə təqdim edilmiş…

Türkiyədə bir ilk: Robot müxbir xəbər təqdim etməyə başlayıb

Son illərdə ən çox danışılan mövzulardan biri olan süni intellekt texnologiyası televiziya sahəsində də özünü göstərməyə başlayıb. Belə ki, Türkiyədə süni intellekt texnologiyası ilə hazırlanmış robot müxbirdən istifadə edilib. Sosial media hesabı üzərindən yayımlanan verilişdə robot müxbir gündəmlə bağlı ən son məlumatları izləyicilərinə çatdırıb. Sosial mediada “robotvmedia” kanalında yayımlanan verilişdə  “Alexa” adlı robot müxbir həm ölkə daxilində, həm də dünyada baş verən ən son yenilikləri görüntülərlə müşayiət edir. Süni intelektli xəbər aparıcısı son inkişafları və mühüm xəbərləri türkcə izləyicilərinə çatdırır. “Alexa”, Türkiyədəki seçki gündəmindən tutmuş son dəqiqə hadisələrinə, iqtisadiyyatdan texnologiyaya…

Rusiyadan ChatGPT-yə rəqib

 “ChatGPT” hələ sınaq mərhələsində olsa da, imkanları ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb. “OpenAI” şirkəti tərəfindən hazırlanmış bu süni intellekt hər şeyi bilən şəxsi müəllim kimi bir çox suallara təbii cavab verə bilir. ChatGPT-yə yeni rəqiblərdən biri də Rusiyada hazırlanıb. Belə ki, Rusiyanın ən böyük bankı “Sberbank”, süni intellekt çatbotu “GigaChat” adlı platformanı işə saldığını açıqlayıb. “Sberbank”dan verilən yazılı açıqlamada şirkətin süni intellekt sahəsində qlobal rəqabətə qatıldığı bildirilib. Platformanın başlanğıcda yalnız özəl dəvətlə istifadə oluna biləcəyi qeyd edilib. “GigaChat” çatbotu ilə söhbət edə, kod yaza və şəkillər yaratmaq mümkündür. Beynəlxalq…

Paris metrosu robotlara əmanət

Texnologiyanın sürətli inkişafı sayəsində robotlar artıq həyatımızın hər sahəsində bizə yardımçı olur. Onlar istehsalçı şirkətlərdən müxtəlif qiymət müqabilində alınaraq müəyyən sahələrdə işləri görmək üçün istifadə edilirlər. Belə robotlardan biri 100 illik tarixi olan Paris metrosunda işə başlayıb. “Perceval” adlanan robot itin öhdəliyi metro xəttinin düzgün fəaliyyətini təmin etməkdir. Paris Nəqliyyat İdarəsi robot heyətini 110 min dollara (təxminən 187 000 AZN) satın alındığını bildirib. Qeyd edək ki, boyu bir metrdən az olan robot itin 40 kiloqram çəkisi var. Robot it girilməsi çətin olan tunellərə göndərilir və orada müxtəlif işlər görür. Əfsanə…

İlon Mask “Twitter Abunəlikləri” funksiyasından nə qədər qazanır?

İlon Maskın rəhbərliyi altında “Twitter” məzmun yaradıcıları üçün yeni gəlir qapısı açıb. “Twitter Abunəlikləri” funksiyası bir müddət əvvəl istifadəyə verilib. Artıq izləyicilər istədikləri məşhur üçün “Twitter”dakı hesablarına abone olurlar.  Həmçinin bu funksiya ilə şəxslər abunəçilərilə xüsusi tvit və məzmunlar paylaşa bilirlər. Digər tərəfdən isə məzmun yaradıcıları bu abonəliklərdən maddi qazanc əldə edirlər. İlon Maskın özünün 25 min “Twitter” abunəçisi var. Bəs görəsən Mask bundan nə qədər qazanır? “Twitter Abunəlikləri” funksiyası izləyicilərə öz sevimli məzmun yaradıcılarına birbaşa dəstək olmağa imkan verir.  Twitter-in CEO-su Elon Musk bu xüsusiyyəti tanıtmaq üçün paylaşdığı ekran…

Texnologiyanın həyatımızda rolu

Texnologiya hər gün sürətlə inkişaf edir. Bəzi insanlar texnologiyaya çox əhəmiyyət verməsə də, digərləri ən son texnoloji xəbərləri daim izləyir və ondan yüksək səviyyədə yararlanırlar. Artıq texnoloji yenilikləri demək olar ki, həyatımızın hər sahəsində istifadə edirik. Bəs texnologiya həyatımıza necə təsir göstərir? Gəlin birlikdə texnologiyanın gündəlik həyatımıza təsirini araşdıraq. Ünsiyyət. Pandemiya dövrü bizi texnologiyaya daha da yaxınlaşdırdı.  Çoxumuz evdən işləməyə, üzbəüz görüşləri video konfranslarla əvəz etməyə başladıq. Uzaqda olan ailəmiz, dostlarımız və sevdiklərimizlə “Zoom” və müxtəlif proqramlar vasitəsilə asan və sağlam şəkildə ünsiyyət saxlaya bildik. Beləliklə, texnologiya insanlarla daha rahat…

Çindən “ChatGPT”yə rəqib

Dünyada geniş istifadəçiyə sahib olan süni intellektli söhbət robotu “ChatGPT”yə yeni rəqib hazırlanıb. Çin texnologiya nəhəngi Alibaba tərəfindən istehsal edilən süni intellekt qabaqcıl xüsusiyyətlər vəd edir. Xəbəri “cnn.com” saytı verib. “Tongyi Qianwen” adlandırılan söhbət çatbotunun mənası Çin dilində “Min sualla həqiqəti axtarmaq” deməkdir. Bu yeni süni intellekt müxtəlif dillərdəki suallara cavab verə bilir və mürəkkəb anlayışları qavramaq qabiliyyətinə malikdir. Bundan əlavə, “Tongyi Qianwen” smartfon proqramlarına, eləcə də şirkət tərəfindən istehsal olunan rəqəmsal köməkçi və ağıllı ev sistemlərinə inteqrasiya olunacaq. Şirkət hazırda yazılı mətndən şəkillər yaratmaq və rəsmləri tanımaq üçün süni…

Cənubi Koreyadan “Google”a cərimə

Cənubi Koreya dünyanın aparıcı axtarış sistemi “Google”u 32 milyon dollar cərimələyib. Şirkətin mobil proqramlar bazarındakı nüfuzundan istifadə edərək yerli rəqibini sıxışdırdığı iddia olunur. Xəbəri “bbc.com” verib. Cənubi Koreya Ədalətli Ticarət Komissiyası “Google”un  Çin oyun şirkətlərinə yeni oyunlarını “Google Play Store”da dərc etmələri üçün xüsusi dəstək verdiyini açıqlayıb. Bu şirkətlərin xarici bazarlara açılmasının həyati əhəmiyyət daşıdığı, “Google”un isə bu oyun şirkətlərinin oyunlarını axtarış sistemində üst sıralara yerləşdirərək oyunlarının görünməsinə xüsusi yardım etdiyi qeyd edilib. Komissiya, “Google”un Cənubi Koreyada fəaliyyətə başladığı 2016-cı ildən 2018-ci ilə qədər “One Store”a yeni oyunlar daxil etməsinin…