Azərbaycan dialoq və tolerantlıq mərkəzidir

Azərbaycan xalqı böyük sivizilizasiya keçmiş xalqdır. Bu xalq öz mədəniyyəti, incəsənət xadimləri, neftçiləri, mütəfəkkirləri ilə dünyada tanınır. Bu baxımdan, Azərbaycanı dialoq və tolerantlıq mərkəzi hesab etmək olar. Newsmedia xəbər verir ki, bunu ABŞ-ın Yuta Universitetinin professoru, politoloq Hakan Yavuz bildirib. Amerikalı alim bildirib kİ, hazırda Azərbaycanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş böykü tədbirlər həyata keçirilir. Bu şəxsiyyətə nə qədər böyük önəm verdiyinizi izləyirik. Onun fəaliyyəti həqiqətən təqdirəlayiq olub. Azərbaycanda qeyd etdiyim sağlam milli münasibətləri, tolerantlıq ənənələrini məhz Heydər Əliyev möhkəmləndirmişdir. Professor əlavə edib ki, möhkəm və…

Uşaq evində Ramazan bayramı qeyd olunub

Müqəddəs Ramazan bayramı münasibətilə Nizami rayonunda yerləşən 1 saylı uşaq evində bayram tədbiri keçirilib.   Newsmedia xəbər verir ki, Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvləri, QHT və media təmsilçiləri tədbirdə iştirak edib. Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib ki, belə bir müqəddəs və əziz gündə uşaq evlərini ziyarət etmək, uşaqların bayramlarını təbrik etmək mənəvi borcumuzdur. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin təbirincə desək, uşaqlar bizim gələcəyimizdir və biz bu gələcəyin sağlam qurulması üçün səfərbər olmalıyıq. Bu gün valideyn himayəsindən məhrum olan uşaqlar dövlətimizin…

Hacı Şahin vəfat etdi

Bu gün səhər saatlarında ölkəmizin tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli dünyasını dəyişib. Newsmedia xəbər verir ki, bu barədə onun rəsmi feysbuk səhifəsində məlumat verilib: “Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək”. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hacı Şahin səhər saat 5 radələrində Yasamal rayonunda yerləşən evində dünyasını dəyişib. O, bu gün dəfn ediləcək. Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi. Allah rəhmət eləsin!

“Əfsanəvi tabor”un ölməzlik yolu

– Ata bunlar kimdir?– Şəhidlərimizdir, oğlum.– Şəhidlərimizdir? Harada şəhid olublar?– Aprel döyüşlərində və Vətən müharibəsində.– Ata, o gün dediyin “Əfsanəvi tabor” bunlardır?– Yox oğlum, “Əfsanəvi tabor” un hekayəsi uzundur. Evdə danışaram. Azadlıq metrostansiyasının yanında eyni adlı prospektdə bir yerüstü keçid var. Keçidin aynabəndlərinə şəhidlərimizin şəkilləri vurulub. Yolum tez-tez oradan keçir. Bir neçə gün əvvəl keçiddə 10–12 yaşlı oğlan uşağının atasına verdiyi sualları eşitdim. Həm qəhərləndim, həm də fərəhləndim. Məşhur bir Hollivud filmi var: “300 spartalı”. Yunan–İran müharibələrində qəhrəmancasına döyüşən, lakin təslim olmayan 300 nəfər spartalı igiddən bəhs edir. Bizim “Əfsanəvi tabor” adlanan…

Mübariz Göyüşlü sərt danışdı: “Heç kim Azərbaycanda dini və etnik münaqişə yarada bilməz”

“Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasında rolu” adlı layihə çərçivəsində növbəti – üçüncü tədbirini Lənkəran rayonunda keçirib. Tədbirdə Müasir İnkişaf Birliyinin sədri, layihənin rəhbəri Mübariz Göyüşlü geniş çıxış edib, ictimai təşkilatın 17 illik fəaliyyətindən, milli-mənəvi dəyərlərin, vətənpərvərliyin təbliği istiqamətində çoxsaylı fəaliyyətlər həyata keçirməsindən bəhs edib. Azərbaycanda multikulturalizmin həyat tərzi və dövlət siyasəti olduğunu vurğulayan M.Göyüşlü ölkəmizin dini-milli zənginliyini, müxtəlifliyini dünyaya çatdırmağın əhəmiyyətini vurğulayıb. O, cənub bölgəsinin sakinlərinin vətənpərvərliyini, Azərbaycan dövlətçiliyinə sadiqliyini diqqətə çatdıraraq II Qarabağ müharibəsində bu…

“Müasir İnkişaf” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

“Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi və 2 aylıq müddəti (1 sentyabr – 1 noyabr 2022-ci il) əhatə edən “Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasında rolu” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən, ictimai rəyə təsir imkanları olan internet televiziyalarda bir neçə videomüsahibə təqdim ediləcək. Müsahibələrdə Azərbaycanın multikulturalizm modelinin dünya və region üçün faydaları, bu modelin mənəvi-mədəni irsimizin qorunmasındakı önəmli rolu qabardılacaq. Bundan başqa təşkilat Bakı şəhərində və Lənkəran rayonunda bir neçə tədbir keçirəcək. Tədbirlərdə Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni…

Şəhid ailələrinin və qazilərin rifahına yönəlmiş bütün nəcib layihələri dəstəkləyəcəyik

Hər bir vətəndaşımız, hər bir soydaşımız şəhid ailələrinin, qazilərimizin yanında olmalı, onlara hər zaman mənəvi dəstək olmağa çalışmalıdır. Şəhidlərimiz bizim and yerimizdir, qazilərimiz qürurumuzdur. Onlar canlarını, qanlarını verərək bu məqama yüksəliblər. Bu baxımdan, onların problemlərini də öz problemimiz kimi qəbul edib dəstək olmağa tələsməliyik. Bu fikirləri newsmedia.az-a Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev bildirib. Deputat qeyd edib ki, gücümüz cəmiyyətimizin, xalqımızın, millətimizin milli birlik məsələlərində vahid mövqe nümayiş etdirməsindədir. Bir məsələdən agah olmalıyıq ki, Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsində dünya azərbaycanlılarının lideri, Ali Baş Komandan…

Torpaqlaşan igid ömrü

Ötən il nəinki Azərbaycanın hərb, eyni zamanda yeni tarixinə qızıl hərflərlə həkk olunan hadisələr baş verdi. Hadisələr onu görə deyirik ki, Vətən müharibəsinin başlama səbəbləri, başlanması və bitməsi, alınan nəticələr sanki vahid bir orqanizm kimi o qədər sistemli baş verdi ki, bunu hadisələr kimi qeyd etsək daha məntiqli olar. 27 ildən çox düşmən tapdağında qalan ərazilərimiz bir-birinin ardınca sanki “domino effekti” tək azad edildi. Qədim xalq dastanımız olan “Kitabi-Dədəm Qorqudda” deyildiyi kimi, düşmən basıldı. Müqəddəs amallarla… Birinci Qarabağ müharibəsində ermənilərin qorxulu röyasına çevrilən, “Yəhudi buterbrodu” kimi məşhurlaşan dəqiq atəşləri ilə…

Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurmadan sonra açılışı olub

Noyabrın 1-də Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Newsmedia xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Şamaxı rayonunda Pirsaat çayının sahilində yerləşən Pirsaat Baba ziyarətgahı əhalinin ən çox ziyarət etdiyi müqəddəs ocaqlardan biridir. 2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə burada bərpa-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına başlanıldı. Elə həmin il mayın 25-də Prezident İlham Əliyev və birinci…