Gənc yazıçı Rizvan Fikrətoğlu ilə 20 nömrəli məktəbdə görüş keçirilib

Bakı şəhərində yerləşən Laçın rayon 20 nömrəli tam orta məktəbdə Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar gənc yazıçı Rizvan Fikrətoğlu ilə məktəblilərin görüşü təşkil edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Dünarə Əbdürəhimova Rizvan Fikrətoğlunu salamlayıb, şagirdlərin bilgilər əldə etməsində, dünyagörüşünün formalaşmasında belə görüşlərin əhəmiyyətini vurğulayıb.Dünarə xanım qeyd edib ki, Rizvan Fikrətoğlunun qələmə aldığı “Ayaq səsləri” povesti məktəblilərin sağlam düşüncəyə malik vətəndaş kimi formalaşmalarına güclü təsir göstərəcək. Görüşün təşkilatçısı, məktəbin ibtidai sinif müəllimi Elnurə Ağammədova yazıçıya dəvəti qəbul etdiyi üçün minnətdarlığını bildirib, Rizvan Fikrətoğlunun fəaliyyəti və yaradıcılığı haqqında şagirdlərə geniş…

Başsağlığı

Özbəkistandakı Azərbaycan Səfirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Özbəkistan Respublikasındakı Hərbi Attaşesi Samir Əfəndiyevin qaynanası İsayeva Əminə Səlvər qızının vəfatından kədərləndiyini bildirir və Əminə xanımın ailəsinə,  yaxınlarına dərin hüznlə başsağlığı verir.

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin ilk qrupu 2024-cü ildə qayıdacaq

2024-cü ildə Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin ilk qrupu qayıdacaq. AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bildirib. “İlkin mərhələdə təxminən 846 mənzilə 3000 min nəfərin köçürülməsi nəzərdə tutulur”, – deyə o əlavə edib.