İlon Mask yenə dünyanın ən varlı adamı seçilib

Dünya şöhrətli mühəndis İlon Mask yenidən dünyanın ən varlı şəxsi seçilib. United Press International (UPI)  xəbər verir ki, aprel ayında dünyanın ən varlı adamı titulunu Louis Vuitton markası da daxil olmaqla lüks istehlak malları qrupu LVMH-nin prezidenti Bernard Arnault-a təhvil verən Mask, sözüagedən şirkətin səhmlərinin dəyər itirməsi səbəbindən yenidən dünyanın ən zənginləri siyahısında birinci yeri tutub. Bloomberg Milyarderlər İndeksinin “Dünyanın ən zəngin 500 adamı” siyahısına əsaslanan xəbərə görə, Twitter, Tesla və SpaceX-in sahibi Mask 192 milyard dollar təxmin edilən xalis sərvəti ilə siyahıda ilk yerdə qərarlaşıb. Qeyd edək ki, Cənubi…

“AzerGold”-un rəhbəri Pakistanın nümayəndə heyəti ilə görüşüb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov iyunun 2-də Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Məsud Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “Xalq qəzeti” xəbər verir ki,  qonaqları salamlayan İdarə Heyətinin sədri dost və qardaş Pakistanın torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən mübarizədə ölkəmizin haqlı mövqeyinə göstərdiyi siyasi dəstəyin hər zaman xatırlandığını və heç zaman unudulmayacağını qeyd edib. Azərbaycan-Pakistan əlaqələrinin bir çox sahələrdə inkişaf etdiyini vurğulayan Zakir İbrahimov daha sonra “AzerGold” QSC-nin fəaliyyəti, əldə etdiyi uğurlar, dövlət şirkətinin uzunmüddətli strateji təşəbbüsləri, əlvan və qara…

Kapital bank “Müştəri bank” sistemindən vacib məlumat

Kapital Bankın Müştəri Bank internet bankçılıq sistemindən istifadəçilərə Ramazan bayramı ilə əlaqədar vacib məlumat göndərilib. Məlumatda deyilir ki,  qeyri-iş günləri ilə əlaqədar 21-24 aprel tarixlərində bankdaxili hüquqi şəxs və sahibkarların cari hesabları arasında köçürmələr istisna olmaqla, Müştəri bankda köçürmə və əməliyyatların icrası mümkün olmayacaq. Növbəti iş gününün 25 aprel tarixində başlayacağı bildirilir və istifadəçilərin nəzərə almağı xahiş olunur. Qeyd edək ki, “Müştəri Bank” internet vasitəsi ilə hüquqi şəxs və sahibkar fiziki şəxslərə bank hesablarının real vaxt rejimində idarə etmək imkanını yaradan sistemdir və ödənişlərin icra zamanını minimuma endirir.

Səftər Rəhimli: Bu il 50-dən artıq əmək yarmarkası keçiriləcək

Dövlət Məşğulluq Agentliyi əmək yarmarkalarının təşkilində yaxından iştirak edir. Ötən il təşkil edilən 63 əmək yarmarkasında 9 min 833 nəfər işlə təmin edilib.Newsmedia xəbər verir ki, bunu Bakıda qonaqpərvərlik sahəsində iş axtaranlar üçün karyera günü ilə başlı təşkil olunmuş tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Səftər Rəhimli söyləyib.Nazirlik rəsmisi əlavə edib ki, bu il 50-dən artıq əmək yarmarkası keçiriləcək: “ Həmçinin yarmarkalarda sosial cəhətdən həssas və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Dövlət Məşğulluq…

Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının ilk iclası keçirilib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının ilk iclası keçirilib. Newsmedia xəbər verir ki, Ər-Riyad şəhərində keçirilmiş Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının ilk iclasında iş adamları arasında əlaqələrin genişləndirilməsi, birgə təşəbbüslərin reallaşdırılması, biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.  Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının, İnvestisiya Nazirliyinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş iclasda hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər.  İclasdakı çıxışlarında Səudiyyə Ərəbistanının investisiya nazirinin müavini Məhəmməd Əl Hassnah, Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının həmsədrləri – Əhməd…

Samir Nuriyev: “Avropa İttifaqı Azərbaycanın nəqliyyat infrastrukturuna böyük maraq göstərir”

Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 65 faizdən çoxu məhz Azərbaycanın payına düşür”. Newsmedia.az xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu və müasir inkişaf strategiyası” adlı məqaləsində öz əksini tapıb. “2003-cü illə müqayisədə Azərbaycan iqtisadiyyatında 3 dəfədən çox artım qeydə alınıb. 2003-2021-ci illər ərzində Azərbaycanda sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, qeyri-neft ixracı 5,2 dəfə, valyuta ehtiyatları 27 dəfədən çox artıb. 2003-cü ildə 1,8 milyard dollar valyuta ehtiyatlarına malik…

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar ödənilib

Prezident İlham Əliyevin 19 aprel 2022-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin müharibədə iştirak etmiş şəxslərin – 81 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödəyib. Newsmedia xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Qeyd olunub ki, sərəncamla nazirlik həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa…

Putin qazın rublla satılması haqqında fərman imzalayıb

Rusiya Prezidenti Vladimir Putin ölkə qazının dost olmayan ölkələrə rublla satışının yeni qaydası haqqında fərman imzalayıb. Newsmedia xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “Biz belə ölkələrdən (“dost olmayan” – “Report”) olan müqavilə tərəflərinə aydın və şəffaf sxem təklif edirik. Rusiya təbii qazını almaq üçün onlar Rusiya banklarında rubl hesabları açmalıdırlar. Ödənişlər sabahdan – bu ilin aprelin 1-dən başlayaraq bu hesablar üzərindən edilməlidir”, – V.Putin aviasiya sənayesi ilə bağlı müşavirədə çıxış edib. O əlavə edib ki, həmin ölkələrin yanacağın rublla ödənişindən imtina etməsi öhdəliyi icra etməmələri kimi hesab…

Putin bir sıra ixrac və idxala məhdudiyyətlər tətbiq edib

Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasının təhlükəsizliyini təmin etmək məqsədilə xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərman imzalayıb. Newsmedia “İnterfaks”a istinadən xəbər verir ki, fərmanda Rusiya Federasiyası Hökuməti tərəfindən müəyyən edilmiş siyahılara uyğun olaraq məhsulların və ya xammalın Rusiyadan ixracına və ya idxalına qadağa və müvafiq məhdudiyyətlər barədə bildirilir. Sənəd həmçinin Rusiya Federasiyası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şəxsi istifadə üçün məhsulların və ya xammalın Rusiyadan ixracı və idxalı üçün istisnalar müəyyən edir. Rusiya Federasiyası Hökuməti bu tədbirlərin tətbiqi üçün nəzərdə tutulan xarici dövlətlərin siyahısını 2…

Gələn aydan yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılır – Sahil Babayev

Prezident İlham Əliyev tərəfindən yeni sosial islahatların tərkib hissəsi olaraq 2021-ci il dekabrın 20-də imzalanan yeni Sərəncam və Fərmanlarla müavinət və təqaüd artımı əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər, yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları, beşdən çox uşağı olan qadınlar, 1 yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr, övladlığa uşaq götürənlər, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları, fəxri adı olanlar, doktorant və tələbələri əhatə edir.…