İsmayıl Şıxlının anadan olmasının 105 illik yubileyi qeyd olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində görkəmli yazıçı, pedaqoq, dramaturq, ictimai-siyasi xadim İsmayıl Şıxlının 105 illik yubileyi ilə əlaqədar tədbir keçirdi. Tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin, Böyük Vətən müharibəsində həlak olan həmvətənlərimizin və xalq yazıçısı İsmayıl Şıxlının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq qonaqları salamladı. O, xalq yazıçısının həyat və yaradıcılığından danışdı, onun…

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

Xalq Bankın “Xalq Əmanəti” layihəsinin 24-cü nəşri azərbaycanlı rəssam Cahid Camala həsr olunub. Azərbaycan, ingilis və rus dillərində hazırlanmış bədii albom Cahid Camalın həyat və yaradıcılığına nəzər salır, onun irsini açıqlayır. Mayın 3-də Bakıda görkəmli rəssamlar, ziyalılar və digər incəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilib. Gecədə çıxış edənlər kitabın zəngin mənbə olduğunu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınması istiqamətində xüsusi rol oynaycağını qeyd edib, bütövlükdə “Xalq Əmanəti” layihəsinin milli irsin qorunması sahəsində əhəmiyyətindən danışıblar. Cahid Camal 15 noyabr 1928-ci ildə Qarabağ torpağında, Ağdam rayonunun Gülablı kəndində anadan olub.…

Nigar Həsənzadə beynəlxalq poeziya festivalında iştirak edib

Aprelin 25-30-da Mərakeş Mədəniyyət Nazirliyi və Mərakeş Poeziya Evinin təşkilatçılığı ilə ərəb dünyasının tanınmış şairləri, eləcə də dünyanın bir sıra ölkələrindən tanınmış şairlərin dəvət olunduğu Beynəlxalq Poeziya Festivalı keçirilib.   XQ-nin aldığı məlumata görə, festivalda Azərbaycanı “Söz” və “İgidlərin sözü” layihələrinin yaradıcısı Nigar Həsənzadə təmsil edib. Onun şeirləri ərəb dilində festival antologiyasına daxil edilib. Ərəb dilinə tərcüməni məşhur şair-tərcüməçi, professor Moncif Zouitni həyata keçirib. Şair Nigar Həsənzadə bildirib ki, festivalda təsəvvüfün mistisizmi ilə sıx qarışmış müasir poeziya sanki bütün dinləyiciləri və iştirakçıları hipnoz vəziyyətinə salıb. Festivalın keçirilmə yeri kimi Mərakeşin ən…

Milena Nəbiyevanın rəsm sərgisi keçirilib

Aprelin 26-da “Alov qüllələri” kompleksində  tanınmış rəssam Milena Nəbiyevanın “Alovun ahəngi” adlı sərgisi təşkil olunub. Qonaqları salamlayan rəssam öz yaradıcılığı barədə məlumat verib və təqdim olunan əsərlərin özəllikləri barədə söhbət açıb. Tədbirdə tanınmış incəsənət və ictimaiyyət nümayəndələri, modelyerlər, iş adamları, media mənsubları iştirak ediblər. newsmedia xəbər verir ki, rəssam sərgidə ümumilikdə 20 əsərin təqdim olunduğunu bildirdi. O qeyd etdi ki, onların hər biri mövzu və süjetinə görə bir-birindən fərqlənir: “Burada təqdim olunan əsərləri əsasən şəxsi emalatxanamda çəkmişəm və burada yağlı boyadan geniş istifadə olunub. Bu, rəssamlıqda texniki cəhətdən vacib şərtlərdən hesab…

“Həmin gün…” musiqili-poeziya gecəsində

Aprelin 18-də “Atəşgah Məbədi” iştirak etdiyimiz ənənəvi ədəbi-musiqili tədbirlər formatından xeyli fərqli, amma unudulmaz bir söz axşamına evsahibliyi etdi. “Həmin gün…” adlı gecə müasir poeziyamızın tanınan isimlərindən olan şair-publisist, “Söz” Ədəbi Dərnəyinin rəhbəri Nigar Həsənzadənin şeir yaradıcılığına həsr olunmuşdu. Poeziya gecəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, ictimai xadim Leyla Əliyeva da iştirak edirdi. Ədəbi gecəyə, həmçinin tanınmış şairlər, yazıçılar, bəstəkarlar, aktyorlar,  ictimai xadimlər də qatılmışdılar.   Qonaqları salamlayan Nigar Həsənzadə öncə öz şeir çələngindən ibarət təsirli nümunələr səsləndirərək maraqlı açılış etdi. Sonra Əməkdar artistlər Firdövsi Atakişiyev və Gülzar Qurbanova  Leyla Əliyevanın,…

Bayramların şahı

Zaman keçir, vaxt ötür, dövran dəyişir, nəsillər bir-birini əvəz edir, gündəlik olaylar, insanlar unudulur… Amma zamanın yaddaşına həkk olunub nəsillərdən-nəsillərə ötürülən mənəvi dəyərlər  unudulmur və unudulmamalıdır. Çünki onlar millətin özünütəsdiq dəlilləri, mənəvi pasportudur. Novruz bayramı kimi… Bu bayramın hər bir atributu, hər bir nüansı özündə bir tarix, bir fəlsəfə, bir mədəniyyət çaları gizlədir. Kitabsız-məktəbsiz alimlərin – eradan əvvəlki  insanlarımızın  mifik təfəkküründən tutmuş çağdaş  ağıllı texnikaları idarə edən müasirlərimizin mürəkkəb elmi kəşflərinə qədər keçdiyi yolun yol yoldaşıdır Novruz bayramı. Azıx mağarasında, Qobustan qayalarının əhatəsində qalanmış tonqallar ətrafında yaranmış mifik təfəkkür məhsulları…

Türkiyədəki zəlzələnin ildönümünə həsr olunmuş povest kitabxanaya təqdim edildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  Yasamal rayon  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” lahiyəsi uğurla davam edir.          Kitabxananın Fəxri oxucusu, Azərbaycan Yazıçılar Birliyinin üzvü,  Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü, Prezident təqaüdçüsü, H.Zərdabi mükafatçısı Gülzar İbrahimova kitabxanada həyata keçirilənlayihəyə  çərçivəsində  “Mən böyüdüm, sən də böyü…” povestini  təqdim etdi.  Povest Kahramanmaraş zəlzələsində (6 fevral 2023-cü il) faciə yaşamış uşaqlara,  zəlzələ zamanı inşa etdiyi binaların heç biri dağılmamış tikinti mühəndisi Hasan Oktaya həsr olunub.          Bu povest çətin anlarda  insanların bir-birinə dayaq olmağından, dar gündə insana kömək etməkdən,…

Azərbaycanlı kulturoloq beynəlxalq mükafata layiq görülüb

“Simurq” Azərbaycan Mədəniyyət Asossiasiyasının prezidenti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, kulturoloq Fuad Məmmədov sivilizasiyalararası dialoqun və tərəfdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə Birləşmiş Millətlər Təşkilatının əsas orqanı ECOSOC-un məşvərət statusuna malik Pitirim Sorokin-Nikolay Kondratyev Beynəlxalq İnstitutunun Qızıl medalına layiq görülüb. Newsmedia.az xəbər verir ki, mükafat barədə xəbəri alim Fuad Məmmədov təsdiqləyib.Medal yalnız görkəmli diplomatlara, siyasi, mədəniyyət və elm xadimlərinə təqdim edilir. Hazırda bu ali mükafata BMT-nin keçmiş baş katibi Kofi Annan, UNESCO-nun iki keçmiş baş katibi, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev, Rusiyanın xarici işlər…

ABŞ-da yaşayan tanınmış rəssam Prezident İlham Əliyevi təbrik edib

Səidə Haqverdi (Fagala): “Biz hər zaman dövlətimizin, Prezidentimizin yanında olacağıq” Cənab İlham Əliyevə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyi münasibətilə digər ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, xaricdəki soydaşlarımız da təbriklər göndərirlər. Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində yaşayan tanınmış keramika rəssamı, “The Post Oak School”un müəllimi Səidə Haqverdi (Fagala) Prezident İlham Əliyevi 7 fevral seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib. “Diaspornews.az” Prezidentin saytına istinadla Səidə Haqverdinin (Fagala) təbrik məktubunu təqdim edir: “Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçirilməsi tarixi hadisədir. Azərbaycan xalqı ilk dəfə olaraq ərazi bütövlüyünü tam bərpa…

Gənc yazıçı Rizvan Fikrətoğlu ilə 20 nömrəli məktəbdə görüş keçirilib

Bakı şəhərində yerləşən Laçın rayon 20 nömrəli tam orta məktəbdə Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar gənc yazıçı Rizvan Fikrətoğlu ilə məktəblilərin görüşü təşkil edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Dünarə Əbdürəhimova Rizvan Fikrətoğlunu salamlayıb, şagirdlərin bilgilər əldə etməsində, dünyagörüşünün formalaşmasında belə görüşlərin əhəmiyyətini vurğulayıb.Dünarə xanım qeyd edib ki, Rizvan Fikrətoğlunun qələmə aldığı “Ayaq səsləri” povesti məktəblilərin sağlam düşüncəyə malik vətəndaş kimi formalaşmalarına güclü təsir göstərəcək. Görüşün təşkilatçısı, məktəbin ibtidai sinif müəllimi Elnurə Ağammədova yazıçıya dəvəti qəbul etdiyi üçün minnətdarlığını bildirib, Rizvan Fikrətoğlunun fəaliyyəti və yaradıcılığı haqqında şagirdlərə geniş…