Gənc yazıçı Rizvan Fikrətoğlu ilə 20 nömrəli məktəbdə görüş keçirilib

Bakı şəhərində yerləşən Laçın rayon 20 nömrəli tam orta məktəbdə Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar gənc yazıçı Rizvan Fikrətoğlu ilə məktəblilərin görüşü təşkil edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Dünarə Əbdürəhimova Rizvan Fikrətoğlunu salamlayıb, şagirdlərin bilgilər əldə etməsində, dünyagörüşünün formalaşmasında belə görüşlərin əhəmiyyətini vurğulayıb.Dünarə xanım qeyd edib ki, Rizvan Fikrətoğlunun qələmə aldığı “Ayaq səsləri” povesti məktəblilərin sağlam düşüncəyə malik vətəndaş kimi formalaşmalarına güclü təsir göstərəcək. Görüşün təşkilatçısı, məktəbin ibtidai sinif müəllimi Elnurə Ağammədova yazıçıya dəvəti qəbul etdiyi üçün minnətdarlığını bildirib, Rizvan Fikrətoğlunun fəaliyyəti və yaradıcılığı haqqında şagirdlərə geniş…

Başsağlığı

Özbəkistandakı Azərbaycan Səfirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Özbəkistan Respublikasındakı Hərbi Attaşesi Samir Əfəndiyevin qaynanası İsayeva Əminə Səlvər qızının vəfatından kədərləndiyini bildirir və Əminə xanımın ailəsinə,  yaxınlarına dərin hüznlə başsağlığı verir.

Rizvan Fikrətoğlu: “Göstəriciləri aşağı olan məktəblərə xüsusi diqqət ayrılmalıdır”

“Azərbaycan təhsilində məktəblərin sıxlığı və müəllimlərin maaşlarında düzgün tənzimləmənin olmaması problemi hələ də qalmaqdadır. Bu amilin hər ikisi təhsilin keyfiyyətinə birbaşa təsir edir”. Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib. “Birinci məktəb sıxlığından başlayaq. Burada iki başlıca amili qeyd etmək yerinə düşərdi. Birinci amil məktəbin və orada öyrədilən təhsilin keyfiyyətinin aşağı olmasıdır. Valideyn və şagirdlər məktəb seçimində keyfiyyətli təhsil verən, infrastrukturu yaxşı olan, dövrün müasir innovativ tələblərinə cavab verə bilən məktəblərə üz tuturlar”. Ekspertin sözlərinə görə, belə məktəblər şagirdlərin yaşadığı ərazidən kənarda yerləşsə belə, yüksək təhsilinə görə həmin…

Filippində zəlzələ baş verib

Filippinin cənubundakı Burias bölgəsində dünən baş verən 6,7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 6-ya yüksəlib və 2 nəfər itkin düşüb. Newsmedia xəbər verir ki, zəlzələdən zərər çəkmiş bölgələrdə ən azı 450 nəfərin tibbi yardıma ehtiyacı var. Qeyd edək ki, dünyada ən çox seysmik bölgəyə malik ölkələrdən biri olan Filippin “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.

Ölkədə savadlı zootexnik, aqronom, meşəçi tapılmır … – Ekspertdən ETİRAZ

“Çoxluq belədir ki, abituriyentlər DİM-in keçirdiyi imtahandan müəyyən bal topladıqdan sonra hansısa bir ixtisası seçirlər. İstək, bacarıq qalır kənarda. Məhz hər şey buradan başlayır. İnsanlar populyarlığa qaçırlar. Amma “xalxın uşağı” həkim, İT, hüquqşünas kimi sahələrdə uğur qazanıbsa, aya 10 min manat əldə edirsə, bu o demək deyil ki, sizdə də bu belə olacaq”. Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib. Ekspertin sözlərinə görə, burada şəxsin bacara bilməsi, potensialı məsələsi önəm daşıyır. “Ölkədə nə qədər işini bilməyən hüquqşünas, həkim, İT mütəxəssisi var. Bunlar bizə heç nə qazandırmır. Amma gəl…

“Dövlətin bu jesti tələbələrə maddi dəstəkdir” — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavr və abituriyentlər arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib. Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 319, bakalavriat səviyyəsi üzrə isə 1800 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Newmedia xəbər verir ki, təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında qeyd edib ki, region universitetlərində də ödənişli əsaslarla qəbul olub, dövlət sifarişi əsasında təhsil almaq şansı əldə edən tələbələr az deyil. Özəl universitetlərdə də bu…

Şairə Nigar Həsənzadə dünyanın ilk poeziya konqresində ölkəmizi təmsil edir

Bu günlərdə Kolumbiya və Venesuellada planetin ən böyük poeziya günləri keçirilir. Belə ki, iyulun 1-dən başlayan 33-cü Beynəlxalq Medelin Şeir Festivalı davam edir. Bununla yanaşı iyulun 13-dən 18-dək Venesuelanın paytaxtı Karakasda Dünya Poeziya Hərəkatının I Konqresi baş tutacaq. 104 ölkədən 60-a yaxın şairin qatıldığı Medelin beynəlxalq şeir festivalının əsas məqsədi demokratik azadlıqlara, sosial dəyişikliklərə və tam sülhə həsr olunub. Newsmedia xəbər verir ki, Azərbaycanı bu nüfuzlu poeziya tədbirlərində tanınmış şairə Nigar Həsənzadə təmsil edir. N.Həsənzadə bildirib ki, festivalda Azərbaycan dilində öz şeirlərini səsləndirəcək: İstər Medelindəki 33-cü Beynəlxalq Şeir Festivalında, istərsə də…

Ukraynada yerli PUA-nın ilk sınağı uğurlu olub

Ukraynanın “Ukroboronprom” şirkəti yerli pilotsuz uçuş aparatının (PUA) sınağını keçirib. Sınaq uçuşunun uğurla baş tutduğu bildirilir. “Ukroboronprom” şirkətinin mətbuat katibi Nataliya Sad TASS-a açıqlayıb ki, PUA min kilometr məsafə qət edib. Ukraynanın xəbər agentliklərinin yaydığı məlumatlarda qeyd olunur ki, 2022-ci ilin avqustundan “Ukroboronprom” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ilə birlikdə hərbi pilotsuz sistemlərin inkişafı proqramını hazırlayıb. Sınaq uçuşu keçirilən PUA da həmin proqramın bir hissəsidir. Rizvan FİKRƏTOĞLU

Slovakiya Ukraynaya növbəti dəfə hərbi yardım göstərəcək

TASS agentliyinin etibarlı mənbələrdən aldığı məlumata görə, Slovakiya Ukraynaya növbəti dəfə hərbi yardım göstərəcək. Yardımın məbləğinin 4,2 milyon avrodan çox olacağı bildirilir. Rusiya-Ukraynaya müharibəsi fonunda göndəriləcək yardım Slovakiya respublika hökuməti tərəfindən təsdiq edilib. Yardımın Ukraynanın müraciəti əsasında göndəriləcəyi qeyd olunur. Rizvan FİKRƏTOĞLU

Fransanın köməyi ilə Hindistan Ermənistanı yenidən silahlandırır

Yaxın vaxtlarda Hindistandan Ermənistana Parisin köməyi və rəsmi icazəsi ilə silahların çatdırılmasına başlanılacaq. Bu barədə “Caliber” Fransadakı erməni diasporu ilə geniş əlaqələri olan insayderə istinadən məlumat yayıb. Məlumata görə, söhbət “Nexter Systems” və Hindistan şirkətlərinin iştirakı ilə istehsalı bu ölkədə lokallaşdırılan “Caesar” özüyeriyən artilleriyanın hind analoqundan gedir. Bildirilir ki, sifariş edilən artilleriya qurğularının sayı ilə bağlı ətraflı məlumat yoxdur. Lakin məlumdur ki, Fransanın erməni diasporu Parisin hərbi-siyasi rəhbərliyinin və şəxsən prezident Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb. Razılaşmanın icrasını gizlətmək üçün 155 mm/52 kalibrli silahların birbaşa uçuşlarla…