Bələdiyyə məsələləri haqqında yeni nəşr

Bələdiyyə məsələləri üzrə ekspert Fərman Salmanlının “Yerli özünüidarəetmənin təməl prinsipləri  və tarixi inkişaf mərhələləri”adlı kitabı işıq üzü görüb. Kitabda bələdiyyələrin tarixi,fəaliyyəti və idarəçilik formaları haqqında geniş məlumatlar əksini tapıb.  Kitabda Azərbaycan bələdiyyələrinin  tarixi inkişaf mərhələləri, Çar Rusiyası dövrü, cümhuriyyət dövrü və müstəqillik dövrü olmaqla 3 mərhədən ibarət araşdırmalar yer alıb. Nəşrdə yerli özünüidarəetmənin nəzəri-hüquqi cəhətləri, bələdiyyənin strukturu  və idarəçilik forması, dövlət və bələdiyyə idarəçiliyinin oxşar və fərqli cəhərləri, bələdiyyə seçkilərinin keçirilməsi qaydaları, sosial bələdiyyəçilik, bələdiyyə üzvü və bələdiyyə qulluqçusu, bələdiyyə qərarlarının qəbul edilmə prinsipləri, xarici ölkələrin yerli özünüidarəetmə təcrübələri və…

Rizvan Fikrətoğlu: “Göstəriciləri aşağı olan məktəblərə xüsusi diqqət ayrılmalıdır”

“Azərbaycan təhsilində məktəblərin sıxlığı və müəllimlərin maaşlarında düzgün tənzimləmənin olmaması problemi hələ də qalmaqdadır. Bu amilin hər ikisi təhsilin keyfiyyətinə birbaşa təsir edir”. Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib. “Birinci məktəb sıxlığından başlayaq. Burada iki başlıca amili qeyd etmək yerinə düşərdi. Birinci amil məktəbin və orada öyrədilən təhsilin keyfiyyətinin aşağı olmasıdır. Valideyn və şagirdlər məktəb seçimində keyfiyyətli təhsil verən, infrastrukturu yaxşı olan, dövrün müasir innovativ tələblərinə cavab verə bilən məktəblərə üz tuturlar”. Ekspertin sözlərinə görə, belə məktəblər şagirdlərin yaşadığı ərazidən kənarda yerləşsə belə, yüksək təhsilinə görə həmin…

Ölkədə savadlı zootexnik, aqronom, meşəçi tapılmır … – Ekspertdən ETİRAZ

“Çoxluq belədir ki, abituriyentlər DİM-in keçirdiyi imtahandan müəyyən bal topladıqdan sonra hansısa bir ixtisası seçirlər. İstək, bacarıq qalır kənarda. Məhz hər şey buradan başlayır. İnsanlar populyarlığa qaçırlar. Amma “xalxın uşağı” həkim, İT, hüquqşünas kimi sahələrdə uğur qazanıbsa, aya 10 min manat əldə edirsə, bu o demək deyil ki, sizdə də bu belə olacaq”. Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib. Ekspertin sözlərinə görə, burada şəxsin bacara bilməsi, potensialı məsələsi önəm daşıyır. “Ölkədə nə qədər işini bilməyən hüquqşünas, həkim, İT mütəxəssisi var. Bunlar bizə heç nə qazandırmır. Amma gəl…

“Dövlətin bu jesti tələbələrə maddi dəstəkdir” — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavr və abituriyentlər arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib. Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 319, bakalavriat səviyyəsi üzrə isə 1800 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Newmedia xəbər verir ki, təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında qeyd edib ki, region universitetlərində də ödənişli əsaslarla qəbul olub, dövlət sifarişi əsasında təhsil almaq şansı əldə edən tələbələr az deyil. Özəl universitetlərdə də bu…

Vətəndaşların hələ də məlumat alma mənbəsi televiziyalardır

Vətəndaşların məlumat mənbələri arasında televiziya ilk sırada qərarlaşıb. Belə ki, bu istiqamətdə növbəti rəy sorğusundan əldə olunan nəticələr yerli, yoxsa xarici televiziya yayımlarına üstünlük verildiyini, eləcə də daha çox hansı növ proqramların izlənildiyini müəyyən etməyə imkan verib. Alınan nəticələr Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun mətnində bildirilib. Mətndə qeyd olunur ki, respondentlərin 81.8 faizi televiziya kanallarını izlədiyini, 18.2 faizi izləmədiyini bildirib. O cümlədən, sorğuda iştirak edənlərin 69.8 faizi  əsasən yerli televiziya kanallarına, 12.0 faizi xarici televiziya kanallarına üstünlük verdiyini ifadə edib.

Agentlik Müşahidə Şurasının üzvünə 20 min manat qrant ayırdı

QHT Agentliyi bu gün 2023-cü ildə elan etdiyi müsabiqəsnin nəticələrini elan edib. QHT.az xəbər verir ki, müsabiqə nəticələrində görə QHT-lərə adətən 6-7 min manat vəsait ayrılıb! QHT Agentliyi “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin ““Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda respublika elmi konfransının keçirilməsi”  layihəsinə 20 min manat qrant ayırıb. Qeyd edək ki, həmin təşkilatın sədri Mehdiyev Nurəddin eyni zamanda Muşahidə Şurasının üzvü və Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisidir.

Repetitorluq barədə

Repetitorluq barədə müzakirələr cəmiyyətimizdə həmişə getsə də, son zamanlar bir az da aktuallaşıb. Xüsusilə də bəzi “ekspertlər” heç bir elmi tədqiqata söykənmədən ölkəmizdə geniş yayılmış bu fəaliyyəti birbaşa olaraq ölkəmizdə təhsilin səviyyəsi ilə bağlayır, bunun məhz Azərbaycanda bu qədər geniş yayılmasını, digər ölkələrdə belə yayğın olmamamsını iddia edirlər. Bəri başdan deyim ki, bu yazı ilə repetitorluğa haqq qazandırmaq fikrində deyiləm. Azərbaycanda repetitorluğun geniş yayılmasının ümumi təhsil müəssisələrində keyfiyyətlə birbaşa bağlı olmaması ilə bağlı tədqiqat da aparmamışam. Amma və lakin… Dünya ölkələrində repetitorluq və onun ən müxtəlif aspektləri ilə bağlı geniş…

“Agentliyin heç bir qrant müsabiqəsində iştirak etmirəm, maliyyə də almıram”

Müsabiqənin nəticələrini tənqid, yaxud təqdir etmək əvəzinə kimlərisə hədəfə almaq “niyə burda da mən yoxam?” kimi başa düşülür. Hər yerdə olmaq istəyənlər bir az da irəli gedib Müşahidə Şurasını ədalətsizlikdə qınayanda çoxlu suallar yaranır. Bəziləri o suallara cavab verə bilərmi?Şəxsən mən Agentliyin heç bir qrant müsabiqəsində iştirak etmirəm, maliyyə də almıram. Newsmedia xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova özünün sosial şəbəkə hesabında paylaşıb. G. Səfərova yazır: Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr etdiyi xüsusi qrant müsabiqəsinin nəticələrindən razı qalanlar…

DOST agentliyinin fəaliyyəti yüksək qiymətləndirilib

“Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılaraq 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi və  Agentliyin DOST mərkəzləri sosial sahədə vətəndaş məmnunluğuna yönəlik köklü islahatların ən mühüm nailiyyətlərindən biridir”. Newsmedia xəbər verir ki, bunu olunmuş “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.  O bildirib ki, DOST konsepsiyası dövlət sosial xidmətlərinin (156 növdə xidmət) “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam…

Adil Əliyev Moskvada XIII Konventdə çıxış edib

14-16 oktyabr tarixlərində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGİMO) Rusiya Beynəlxalq Araşdırmalar Birliyinin (RAMI) XIII Konventi keçirilir. Newsmedia xəbər verir ki, tədbir ənənəvi olaraq son otuz ildə Rusiyanın xarici siyasətinin təkamülünü, sosial siyasətin müasir reallıqlarda transformasiyasını, yeni müstəqil dövlətlərlə münasibətlərin xüsusiyyətlərini və dinamikasını müzakirə edən iki mindən çox rusiyalı və xarici alimləri bir araya gətirir.  Konfrans iştirakçıları arasında Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev də olub.  Komitə sədri A.Əliyev tədbirdə çıxış edərək Rusiya Beynəlxalq Araşdırmalar Birliyinin (RAMI) XIII Konventini təşkil edən MGIMO rəhbərliyinə təşəkkürünü…