QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur – MÜSAHİBƏ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik. – Agentliyin elan etdiyi son qrant müsabiqələrində iştirak üçün rekord sayda – 800-ə yaxın QHT-dən müraciət daxil olması barədə məlumat yayılıb. Son 15 ildə milli donora bir elan çərçivəsində bu sayda müraciət ilk dəfədir. Nə baş verib? – Bu, QHT sektorunda başladılan genişmiqyaslı islahatların ilk ölçüləbilən nəticəsi hesab oluna bilər. Yeni yanaşmalar və Nazirlər Kabinetinin müsabiqənin aparılması ilə əlaqədar ötən il qəbul etdiyi yeni qaydalar bunun əsas səbəbidir. Agentliyin 2024-cü il üzrə…

Deputat: Azərbaycanın təhlükəsiz və işıqlı gələcəyinin ən böyük təminatçısı Prezident İlham Əliyevdir – MÜSAHİBƏ

Milli Məclisin deputatı Mahir Abbaszadə “Kanal 20 TV”-ə müsahibə verib. Həmin müsahibəni təqdim edirik. – Mahir müəllim, ilk olaraq Azərbaycanı yeni mərhələyə aparan prezident seçkiləri barədə danışaq. Fevralın 7-də ölkəmizdə keçirilmiş prezident seçkilərində xalqımızın Müzəffər Ali Baş Komandanı İlham Əliyevə olan inam və etimadı özünü necə göstərdi? –    Azərbaycanda 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsi ölkənin ictimai-siyasi həyatında mühüm hadisə idi. Bu hadisə Azərbaycan xalqının son 20 illik idarəetməsində Prezident İlham Əliyevə necə inandığını və qarşıdakı 7 ildə cəmiyyət və dövlətin idarəedilməsini Müzəffər Ali Baş Komandana necə etibar etdiyini bir daha…

“Azad edilmiş ərazilərimizdə ekoloji vəziyyəti daim nəzarətdə saxlamaq lazımdır”

“Eko-Aləm” İctimai Birliyinin sədri Sevil Yüzbaşeva: “Oxçuçayın həddən ziyadə çirklənərək zəhərlənməsi, işğal altında olmuş qiymətli meşələrimizin məhv edilməsi, min illərlə yaşı olan abidə ağaclarımızın qırılması müşahidə edilib. Hazırda Qarabağın təbiəti reanimasiya prosesini keçir” Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından…

Klassik jurnalistika artıq yoxdur – Orxan Fikrətoğlu

Biz postjurnalistika dövrünü yaşayırıq, klassik jurnalistika artıq yoxdur. Ona görə yox ki, jurnalistikaya təzyiq var, ona görə də yox ki, jurnalistika peşə tənəzzülünə uğrayıb, ona görə ki, artıq kütlə peşəyə sosial sifariş kimi “məni maarifləndir” sifarişini vermir. Newsmedia xəbər verir ki, bu fikirləri Kulis.az-a müsahibəsində yazıçı, jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu deyib. Yazıçı qeyd edib ki, kütlə istəyir ki, qapı deşiyindən kiminsə taleyini izləsin. Əylənsin. Düşünməsin. Bu gün “Zorxana” sifarişi yoxdur, Orxan Fikrətoğlu sifarişi yoxdur. Bu günün reallığında tamaşaçı saxta informativ məkanda “texno qəbulediciyə” çevrilib.  “İnsanlar daha xəbəri analiz…

Anladım ki, bəzən lazım olmayan işlərə daha çox vaxt ayırmışam – ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin 85 yaşı tamam olur. Həyatının əlamətdar günündə sevimli sənətkarımızla həmsöhbət olduq. – Ən çox sevdiyiniz şairimiz, yazıçımız, ədəbiyyatşünasımız kimdir? – Konkret cavab vermək çətindir. Düz­gün cavab verəcəksən, kimsə inciyəcək. Klassiklərdən deyim. Mən türk ədəbiyya­tını da bizim ədəbiyyatımız sayıram. Bu baxımdan, klassiklərdən bir neçə böyük şairi mən çox qiymətləndirirəm. Bura Yunus İmrəni, Füzulini, Sabiri və Nazim Hikməti daxil edərdim. Bu 4 şair mənim üçün ən yüksək zirvədir. Ədəbiyyatşünas­lardan isə təbii ki, bizim ən böyük ədəbiy­yatşünasımız Firudin bəy Köçərlini qeyd edərdim. – Ortaq türk…

Azərbaycanlıların mənəvi mərkəzində Ermənistan konsulluğu heç vaxt işləyə bilməyəcək – MÜSAHİBƏ

Bu gün İran ciddi daxili təlatümlərdən keçir. Əsas səbəb də hakimiyyətin sərt idarəçilik üsulları, qadın haqlarının pozulmasına, korrupsiyaya qarşı kütləvi etirazlardır. Hərəkatın əsas lokomotivi isə qadınlardır. İranda qadın hüquqlarının vəziyyəti, onların etirazları, İran hakimiyyətinin Azərbaycana münasibəti barədə   Azərbaycan–Türkiyə Evinin (ATEV) və Azərbaycan–Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ilə söhbətləşdik. –Tənzilə xanım, illərdir Türk xalqlarının mədəni, siyasi birliyi, eyni zamanda Güney Azərbaycanla  bağlı aktiv ictimai fəaliyyətiniz mövcuddur. Sizcə, bu gün İranda nələr baş verir ? – Təşəkkür edirəm. Bildiyimiz kimi, İranda baş verən proseslər bir qadının taleyi ilə başlanaraq hərəkata çevrildi.…

Hakan Yavuz: Ermənilərin başlarına gələn hadisələrin əsas səbəbi onların milli kimlik faktorudur

Bugünlərdə ABŞ-da Qarabağla bağlı müxtəlif araşdırmaçıların məqalələrinin toplandığı sanballı nəşr işıq üzü gör­dü. Kitabın adı belədir: “Dağlıq Qa­rabağ münaqişəsi – tarixi və siyasi perspektivdə” ( The Nagorno-Kara­bakh Conflict: Historical and Political Perspectives)”. Hazırda bu politoloji nəşr dünyanın ən nüfuzlu kitab portalı sayılan amazon.com-da satışa çıxarılıb. Kitab ABŞ-ın nüfuzlu politoloq alimləri– Yuta Universitetinin siyasi elmlər üzrə doktoru, professor Hakan Yavuz və Ten­nesi Texnologiya Universitetinin siyasi elmlər üzrə doktoru, professor Maykl Günterin redaktəsi ilə çap olunub. Oxu­cular və tədqiqatçılar üçün əhəmiyyət kəsb edən kitabın məziyyətləri, məzmunu, verə biləcəyi faydalar barədə professor Hakan…

“Bütün telekanallar AzTV məktəbindən formalaşıb” – Cahangir Məmmədli + Video

“AzTV – bizim ana televiziyamız. Necəki əksər ali məktəblər Bakı Dövlət Universitetindən yaranıb, eləcə də bütün telekanallar AzTV məktəbindən formalaşıb. Newsmedia xəbər verir ki, bu fikirləri 80 illik yubileyi ilə bağlı AzTV-yə müsahibəsində Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib. Professor bildirib ki, bu gün Azərbaycan Televiziyası yeni proqram təminatı ilə meydana çıxıb. Bu proqram təminatında maarifçilik işi fəxr ediləcək dərəcədə yüksək səviyyədədir”. Müsahibənin tam videosunu təqdim edirik: “Bütün telekanallar AzTV məktəbindən formalaşıb” – Cahangir Məmmədli – YouTube

Emin Hüseynov: “Elə bir Ağdam quracağıq ki, bütün dünyaya örnək olsun”

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti“nə geniş müsahibə verib. Newsmedia aktuallığını nəzərə alaraq müsahibəni sizlərə təqdim edir. –Emin müəllim, ötən il Azərbaycanın Ermənistan üzərində 44 gündə qazandığı Qələbədən sonra imzalanmış 10 noyabr tarixli Üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq üç rayonumuz, o cümlədən Ağdam rayonu Azərbaycana qaytarıldı. Ağdamı tarixi Zəfər kontekstində necə dəyərləndirərdiniz ? –Xalqımızın 30 illik Qarabağ həsrəti ötən il Vətən müharibəsində qazandığımız Qələbə sayəsində sona çatdı. Bi­zim igid oğullarımız “dəmir yumru­ğu” düşmənin başına…

Kamal Abdulla: Biz təkcə Qarabağı deyil, ruhumuzu, mənliyimizi, vüqarımızı azad etdik

Newsmedia.az maraqlı olduğunu nəzərə alaraq Xalq yazıçısı, Əməkdar elm xadimi, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın “Xalq qəzeti”nə verdiyi müsahibəni təqdim edir. – Kamal müəllim, Azərbaycan erməni separatizminə və işğalçı­lıq siyasətinə son 100 ilin ən bö­yük zərbəsini vurdu. Müharibədə qalib gəldik, torpaqlarımızı azad etdik. Ermənilər bu işğala ən azı 3 il sərf etdiyi halda, bizə torpaq­larımızı geri almaq üçün cəmi 44 gün bəs etdi. Bunun səbəblərini nədə görürsünüz ? – Sualının cavabı gün kimi aydındır. Ermənilər işğalçı idilər və Azərbaycan torpaqlarını zəbt etmişdilər. Bizim ordumuz isə mahiyyətinə görə azadlıq…