Ömrünü tibb elminə həsr etmiş alim və oftalmoloq

Prezident İlham Əliyev:  “Onun ürəyi elə işıqlı qalırdı”   Müasir Azərbaycanın tarixində onun inkişafında iştirak edən qadınlar az deyil. Onlar dövlət idarəçiliyində fəaldırlar, təhsil, səhiyyə, mədəniyyət və həyatın bir çox başqa sahələrində çalışırlar. Baxmayaraq ki, demək lazımdır ki, hətta müasir dövrdən əvvəl də Şərq qadınları orta əsrlərin siyasi həyatında böyük rol oynamışdır. Keçmiş də tarixin gedişatına kişilərdən az təsir göstərə bilməyən bir çox qadınları tanıyır. Bütün fəaliyyət sahələrində böyük, istedadlı və sadəcə olaraq məşhur qadınlar bir daha göstərirlər ki, istənilən rolda uğur qazana bilirlər. Onların arasında Azərbaycanın qadın alim, şair və…

Moskvada gənc azərbaycanlı alimin uğurlu dissertasiya müdafiəsi olub

29 mart 2024-cü il tarixində Rusiyanın Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində “Moskvada Azərbaycan icmasında dillərin funksional paylanması” mövzusunda namizədlik dissertasiyasının uğurlu müdafiəsi olmuşdur. Filologiya elmləri namizədi alimlik dərəcəsinə namizəd RUDN-nin aspirantı Məmmədəli Məqsəd oğlu Həsənov olmuşdur. Həmyerlimizin elmi işi müsbət rəylər alıb. Gənc alimin işinin mövzusu mühüm və əhəmiyyətlidir, çünki mədəniyyətlərarası ünsiyyət hər yerdə lazımdır: elmdən, pedaqogikadan və incəsənətdən tutmuş biznes və beynəlxalq təşkilatlara qədər. Qeyd edək ki, gənc aspirantı dəstəkləməyə soydaşlarımız da gediblər. Belə ki, Moskva şəhərinin qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin, eyni zamanda “İki dəfə Sovet…

Etik qaydalardan bəhs edən yeni kitabın təqdimat mərasimi keçirilib

Martın 29-da Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında “Etik həyat: nəzakət, rəsmiyyət və sosial uğurun açarı” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri kitabın müəllifi, Azərbaycan Motivasiya və Kouçinq Əməkdaşlığı MMC-nin direktoru Ziya Allahverdiyev açaraq bütün qonaqları salamlayıb. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Ardınca Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev kitabın əhəmiyyəti haqqında danışaraq öz fikir və rəyini bildirib: “Bu kitab hamıya aiddir. Bütün cəmiyyətə bunun faydası var. Çünki cəmiyyət üçün etik qaydalar ən vacib qaydalardır.…

Günel Səfərovaya vəzifə verildi

Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın sabiq sədri Günel Səfərova ETN-in Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini təyin olunub.Newsmedia xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Qeyd edək ki, Günel Səfərova eyni zamanda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir.

Azərbaycanlı kulturoloq beynəlxalq mükafata layiq görülüb

“Simurq” Azərbaycan Mədəniyyət Asossiasiyasının prezidenti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, kulturoloq Fuad Məmmədov sivilizasiyalararası dialoqun və tərəfdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə Birləşmiş Millətlər Təşkilatının əsas orqanı ECOSOC-un məşvərət statusuna malik Pitirim Sorokin-Nikolay Kondratyev Beynəlxalq İnstitutunun Qızıl medalına layiq görülüb. Newsmedia.az xəbər verir ki, mükafat barədə xəbəri alim Fuad Məmmədov təsdiqləyib.Medal yalnız görkəmli diplomatlara, siyasi, mədəniyyət və elm xadimlərinə təqdim edilir. Hazırda bu ali mükafata BMT-nin keçmiş baş katibi Kofi Annan, UNESCO-nun iki keçmiş baş katibi, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev, Rusiyanın xarici işlər…

Distant təhsil yeni və fərqli təhsil formasıdır

Müəllim və tələbənin eyni məkanda olmadan təhsilalma sistemi Distant təhsil adlanır. Bu təhsil sisteminindən yararlanmağa inkişaf etmiş informasiya və telekommunikasiya texnologiyaları imkan verir. Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Bu sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir. Bir çox insanlar yaşının çox olması, ailə öhdəlikləri, fiziki durumunun məhdud olması, işləmək məcburiyyətində olması və bir çox səbəblərdən təhsil ala bilmirlər. Distant təhsil belə insanlar üçün geniş imkanlar açır, eyni zamanda xarici ölkələrin ali təhsil…

Gənc yazıçı Rizvan Fikrətoğlu ilə 20 nömrəli məktəbdə görüş keçirilib

Bakı şəhərində yerləşən Laçın rayon 20 nömrəli tam orta məktəbdə Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar gənc yazıçı Rizvan Fikrətoğlu ilə məktəblilərin görüşü təşkil edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Dünarə Əbdürəhimova Rizvan Fikrətoğlunu salamlayıb, şagirdlərin bilgilər əldə etməsində, dünyagörüşünün formalaşmasında belə görüşlərin əhəmiyyətini vurğulayıb.Dünarə xanım qeyd edib ki, Rizvan Fikrətoğlunun qələmə aldığı “Ayaq səsləri” povesti məktəblilərin sağlam düşüncəyə malik vətəndaş kimi formalaşmalarına güclü təsir göstərəcək. Görüşün təşkilatçısı, məktəbin ibtidai sinif müəllimi Elnurə Ağammədova yazıçıya dəvəti qəbul etdiyi üçün minnətdarlığını bildirib, Rizvan Fikrətoğlunun fəaliyyəti və yaradıcılığı haqqında şagirdlərə geniş…

Lənkəran müəllimləri üçün Khan Academy mövzusunda mentor dəstəkli təlim kursu keçirilib

AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VII Qrant müsabiqəsi çərçivəsində Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəb tərəfindən icra olunan “Khan Academy Lənkəran təhsilində” layihəsi üzrə keçirilən mentor dəstəkli təlim kursuna yekun vurulmuşdur. Lənkəran rayonu N.Aslanov adına Ləj kənd orta məktəbdə məktəbdə təşkil olunan və 10 gün davam edən mentor dəstəkli təlim kursunda adı çəkilən təhsil müəssisəsinin və qonşu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbinin 20 ibtidai sinif müəllimi iştirak etmişdir. Hər iki məktəbin pedaqoqları bu 10 gün ərzində nəzəri bilik və praktik təcrübəyə yiyələnərək, onlayn…

“Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitab nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin müşaviri, Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun “Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitabını nəşr etdirib. Kitabda Azərbaycan tarixi və coğrafiyası haqqında qısa məlumat verilməklə yanaşı, “Azərbaycan” sözünün ərəb dilində oxunma şəkilləri, mənası və nisbəsi haqqında da bəhs edilib. Əsərdə, həmçinin 121 mənbəyə istinad edilərək, başda böyük sərkərdə və dövlət xadimi Səlahəddin Əyyubi, Misirdə həkimlərin rəhbəri hesab edilən məşhur həkim Fətullah ibn Nəfis, Misirin baş hakimi Əfzələddin Xunəci, Misirin və Şamın qazısı İbn Qazıəsgər, fiqhin…

Rizvan Fikrətoğlu: “Göstəriciləri aşağı olan məktəblərə xüsusi diqqət ayrılmalıdır”

“Azərbaycan təhsilində məktəblərin sıxlığı və müəllimlərin maaşlarında düzgün tənzimləmənin olmaması problemi hələ də qalmaqdadır. Bu amilin hər ikisi təhsilin keyfiyyətinə birbaşa təsir edir”. Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib. “Birinci məktəb sıxlığından başlayaq. Burada iki başlıca amili qeyd etmək yerinə düşərdi. Birinci amil məktəbin və orada öyrədilən təhsilin keyfiyyətinin aşağı olmasıdır. Valideyn və şagirdlər məktəb seçimində keyfiyyətli təhsil verən, infrastrukturu yaxşı olan, dövrün müasir innovativ tələblərinə cavab verə bilən məktəblərə üz tuturlar”. Ekspertin sözlərinə görə, belə məktəblər şagirdlərin yaşadığı ərazidən kənarda yerləşsə belə, yüksək təhsilinə görə həmin…