Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Mayın 15-də Bakı Dövlət Universitetində Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən könüllü icra olunan “Azərbaycan – Küveyt dostluq körpüsü” layihəsi çərçivəsində “Küveyt dərsi” keçirilib. Azərbaycanla Küveyt arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunan tədbir Elm və Ali Təhsil üzrə Dövlət Agentlyinin dəstəyi, BDU SABAH Mərkəzinin təşkilatçılığı baş tutub. Tədbiri BDU SABAH Mərkəzinin rəhbəri İradə Süleymanova açaraq Azərbaycan-Küveyt əlqalərinin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolundan, ikitərəfli münasibətlərinn mövcud durumundan və inkişaf perspektivlərindən danışıb. Sonra Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, “Azərbaycan – Küveyt dostluq körpüsü”…

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

30 aprel 2024-cü il tarixində BMT-nin Asiya, Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri, iqlim dəyişmələri üzrə nüfuzlu beynəlxalq ekspert, dosent Fuad Hümbətov yekdilliklə UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Ekspertlər Qrupunun ilk sədri seçilmişdir. Qeyd edək ki, UNESCAP Azərbaycan, Türkiyə, Rusiya, Çin, Hindistan, Yaponiya, Pakistan, İndoneziya, ümumilikdə Asiya və Sakit Okean bölgəsində 53 ölkəni təmsil edir və bölgədə makroiqtisadi siyasət, yoxsulluğun azaldılması, ticarətin inkişafı, o cümlədən ətraf mühit, iqlim dəyişmələri və dayanıqlı inkişaf istiqamətləri üzrə üzv-dövlətlərə dəstək…

Binəqədidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuş “Azərbaycan mənim ürəyimdir…” adlı tədbir keçirilib

08 may 2024-cü il tarixində  Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycan mənim üəryimdir…” adlı tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və sədr müavini, professor Fəzail İbrahimli, millət vəkilləri-Azay Quliyev və Kəmaləddin Qafarov, İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərzadə, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini…

Milena Nəbiyevanın rəsm sərgisi keçirilib

Aprelin 26-da “Alov qüllələri” kompleksində  tanınmış rəssam Milena Nəbiyevanın “Alovun ahəngi” adlı sərgisi təşkil olunub. Qonaqları salamlayan rəssam öz yaradıcılığı barədə məlumat verib və təqdim olunan əsərlərin özəllikləri barədə söhbət açıb. Tədbirdə tanınmış incəsənət və ictimaiyyət nümayəndələri, modelyerlər, iş adamları, media mənsubları iştirak ediblər. newsmedia xəbər verir ki, rəssam sərgidə ümumilikdə 20 əsərin təqdim olunduğunu bildirdi. O qeyd etdi ki, onların hər biri mövzu və süjetinə görə bir-birindən fərqlənir: “Burada təqdim olunan əsərləri əsasən şəxsi emalatxanamda çəkmişəm və burada yağlı boyadan geniş istifadə olunub. Bu, rəssamlıqda texniki cəhətdən vacib şərtlərdən hesab…

“Həmin gün…” musiqili-poeziya gecəsində

Aprelin 18-də “Atəşgah Məbədi” iştirak etdiyimiz ənənəvi ədəbi-musiqili tədbirlər formatından xeyli fərqli, amma unudulmaz bir söz axşamına evsahibliyi etdi. “Həmin gün…” adlı gecə müasir poeziyamızın tanınan isimlərindən olan şair-publisist, “Söz” Ədəbi Dərnəyinin rəhbəri Nigar Həsənzadənin şeir yaradıcılığına həsr olunmuşdu. Poeziya gecəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, ictimai xadim Leyla Əliyeva da iştirak edirdi. Ədəbi gecəyə, həmçinin tanınmış şairlər, yazıçılar, bəstəkarlar, aktyorlar,  ictimai xadimlər də qatılmışdılar.   Qonaqları salamlayan Nigar Həsənzadə öncə öz şeir çələngindən ibarət təsirli nümunələr səsləndirərək maraqlı açılış etdi. Sonra Əməkdar artistlər Firdövsi Atakişiyev və Gülzar Qurbanova  Leyla Əliyevanın,…

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı. Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralananlara isə tezliklə şəfa diləyirəm”.

Milli Qəhrəman İbad Hüseynov Hatay valisi ilə görüşüb

Türkiyə Cümhuriyyətinin Hatay Valisi Mustafa Masatlının dəvəti ilə Azərbaycan və Türk dünyasının tanınmış qəhrəmanı, Azərbaycan Bayrağı ordenli və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovu və onunla birlikdə gələn heyəti Valilikdə qəbul edib.Görüş zamanı vali Mustafa Masatlı Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində zəfərə görə cənab Prezident İlham Əliyevi və xalqımızı təbrik edib. Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov öz növbəsində dəvətə və təbrikə görə vali Mustafa Masatlıya təşəkkür edib. İbad Hüseynov iki ölkə arasındakı münasibətlərin bu səviyyəyə gəlməsinin memarı Ulu Öndər Heydər Əliyevin fəaliyyətini vurğulayıb və hal-hazırda strateji səviyyəyə çatdırılmasında Azərbaycan Respublikasının Prezidenti…

Gənc yazıçı Rizvan Fikrətoğlu ilə 20 nömrəli məktəbdə görüş keçirilib

Bakı şəhərində yerləşən Laçın rayon 20 nömrəli tam orta məktəbdə Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar gənc yazıçı Rizvan Fikrətoğlu ilə məktəblilərin görüşü təşkil edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Dünarə Əbdürəhimova Rizvan Fikrətoğlunu salamlayıb, şagirdlərin bilgilər əldə etməsində, dünyagörüşünün formalaşmasında belə görüşlərin əhəmiyyətini vurğulayıb.Dünarə xanım qeyd edib ki, Rizvan Fikrətoğlunun qələmə aldığı “Ayaq səsləri” povesti məktəblilərin sağlam düşüncəyə malik vətəndaş kimi formalaşmalarına güclü təsir göstərəcək. Görüşün təşkilatçısı, məktəbin ibtidai sinif müəllimi Elnurə Ağammədova yazıçıya dəvəti qəbul etdiyi üçün minnətdarlığını bildirib, Rizvan Fikrətoğlunun fəaliyyəti və yaradıcılığı haqqında şagirdlərə geniş…

Azərbaycandakı növbədənkənar seçkilər tarixi dövrə təsadüf edir

Bu gün bizlər hətta bizdən öncə gələn əcdadlarımızın həsəd aparacağı möhtəşəm tarixi hadisələrə şahidlik edirik. 44 günlük Vətən müharibəsi, arda-arda keçirilən böyük tədbirlər 2023 ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, bizlərin qalib xalqa çevrilməyimizə gətirib çıxartı. Artıq bölgədə ortaya qoyduğumuz yeni geosiyasi reallıq yeni mandat, yeni yanaşma, yeni yol xəritəsinin formalaşdırılmasını tələb edir və nəzərdə tutulan Prezident seçkiləri məhz bu ehtiyacı təmin edəcək.Newsmedia xəbər verir ki, bu fikirləri Rusiya Azərbaycanlıları İttifaqının sədri Füzuli Məmmədov bildirib. O qeyd edib ki, bu dəfəki seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində keçiriləcək.Azərbaycanın…

Elşən Uluxanlı: “Milli Qəhrəman ailələri cənab İlham Əliyevi dəstəkləyirlər”

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma Birliyinin sədri Elşən Uluxanlı Prezident İlham Əliyevə dəstək məktubu ünvanlayıb. “Xeber7.az” Prezidentin saytına istinadla həmin məktubu təqdim edir: “Möhtərəm cənab Prezident, növbədənkənar prezident seçkilərinin elan edildiyi gündən etibarən təşkilatımızda və rayon nümayəndəliklərimizdə keçirilən tədbirlərdə Milli Qəhrəman ailələri qürur hissi ilə bildirirlər ki, məmnuniyyətlə prezident seçkilərdə iştirak edəcək və məhz Sizə – Ümummilli Liderimiz Heydər Əliyevin daxili və xarici siyasətinin uğurlu davamçısı, hakimiyyətə gəldiyi ilk gündən Milli Qəhrəman ailələrinə diqqət, qayğı və köməyini əsirgəməyən bir dövlət başçısına, 200 ildən çox tarixi olan erməni bəlasına son qoymuş…