Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Əsirlikdən qurtulmuş Qarabağın tacı olan Şuşa bu gün ideoloji, ictimai-siyasi tədbirlərin mərkəzinə çevrilərək yeni bir dövrünə qədəm qoyub: abadlıq-quruculuq dövrünə. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərində tarixi və dini abidələr, muzeylər planlı şəkildə bərpa olunur və yeni yaşayış yerlərinin təməli qoyulur, eləcə də təmir və bərpadan sonra istifadəyə verilir.  Artıq bir çox işğaldan azad olunan ərazilərimiz Füzuli, Laçın kimi Şuşamız da ilk sakinlərini qoynuna alır. Otuz iki ildən sonra doğma Şuşaya qayıdan əzəli sakinlər ilkin mərhələdə birinci yaşayış…

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 11-də Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri, eləcə də qazilər, QHT və KİV nümayəndələri Ümumilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı başda olmaqla ziyarətçilər ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.

Azərbaycan-Slovakiya əlaqələri şaxələndirilir

Prezident İlham Əliyev: “Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır” Azərbaycanla Slovakiya arasında mövcud siyasi dialoqu daha da dərinləşdməkdir. Siyasi əlaqələr çox yüksək səviyyədədir. Mayın 7-də Prezident İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə Bakıda görüşü və imzalanan sənədlər iki dövlət arasında siyasi əlaqələri daha da gücləndirəcək. Belə ki, həmin gün Bakıda keçirilən görüşlərdə iki ölkə arasında əməkdaşlığın perspektivləri, regional məsələlər, regional inkişaf haqqında danışılıb. Həmçinin görüşlərdə Azərbaycan və Slovakiya arasında ikitərəfli ticarət əlaqələrinin intensivləşdirilməsi yolları, iqtisadi əlaqələrin perspektivləri və müxtəlif sahələrdə birgə müəssisələrin yaradılması imkanlarını müzakirə edilib. Tərəflər ikitərəfli…

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə

Azərbaycanın regional və qlobal səviyyədə fəaliyyəti, eləcə də beynəlxalq arenada əməkdaşlığı nüfuzlu təşkilatlarla, dövlətlərlə münasibətlərin yüksək səviyyədə qurulmasına geniş imkanlar açıb. Müstəqil dövlətimizin milli maraqlar prinsipləri əsasında həyata keçirdiyi xarici siyasəti nəticəsində ölkəmizin müstəqillik təməlinin sütunları daha möhkəmlənib. Suverənliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan bir çox dövlətlərlə yanaşı, Azərbaycan Slovakiya ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edən qərar, sənədlər qəbul edib ki, bu da dövlətlərarası əlaqələrin sürətlə inkişafına təkan verib. Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri əlaqələrin…

“Gürcülər Ukraynaya baxıb dərs almalıdırlar”

“Azərbaycan Cənubi Qafqazı təklükəsiz məkana çevirməyə çalışır. Lakın bu gün Gürcüstanda baş verən hadisələrdən görünür ki, buna mane olmağa çalışanlar var”. Bu fikirləri saytımıza Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib. Asif Əsgərli deyib ki, ABŞ və Avropa siyasi dairələrinin təsiri ilə Gürcüstanda təxribatlar yaradılır: “Əlbəttə ki, məqsədləri Gürcüstanda və ümumiyyətlə, Cənubi Qafqazda sabitliyi pozmaqdır. Bununla Rusiyaya qarşı öz çirkin siyasətlərini yeritmək istəyirlər. Rusiyaya qarşı mübarizədə Cənubi Qafqazdan poliqon kimi istifadə etmək istəyirlər. Görünür, bu, onların Ukrayna savaşında Cənubi Qafqazdan ikinci cəbhə açmaq planlarının əsas…

Mədəniyyətlərarası dialoqda beynəlxalq platform

Dünyanın mədəniyyət mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Azərbaycan dövləti tərəfindən mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər onun mədəni müxtəlifliyə dəstəyinin  göstəricisidir. Əlbəttə ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Müasir dünyamızın çağırışlarını əks etdirən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynadığını bir daha ortaya qoyur.  Azərbaycan dünya ölkələri…

Azərbaycan və qırğız xalqları arasında qarşılıqlı yardım əlaqələri gücləndirilir

Bu gün Qırğızıstan rəsmiləri tərəfindən azərbaycanlıların bu ölkədəki fəaliyyəti yüksək qiymətləndirilir  Azərbaycanla Qırğızıstan iki coğrafi ərzidə olmasına baxmayaraq, böyük türk dünyasının aid olan ölkələr arasında uzun tarixi əlaqələri var. Hətta 1924-cü ildə qırğız xalqının görkəmli oğulları K. Tınıstanova, İ. Arabaeva, O. Bolobalaeva və s. nümayəndə heyəti Şərqdə Türkdilli xalqların ilk Qurultayında iştirak ediblər. Öz növbəsində, vaxtilə Azərbaycanın görkəmli oğul və qızları  Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu, Sara Qədimova dəfələrlə Qırğızıstanda səfərdə olublar. Müasir dövrdə isə Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev…

Azərbaycan-Konqo münasibətlərində etibarlı tərəfdaşlıq

 İctimai-siyasi cəhətdən sabit, iqtisadi cəhətdən dinamik inkişaf edən, beynəlxalq miqyasda yüksək imicə sahib olan Azərbaycan dünyada söz sahibinə çevrilib. Milli maraqlarını hər zaman qoruyan ölkəmizin beynəlxalq miqyasda özünü təsdiqləməsi, irimiqyaslı layihələrin müəllifi kimi çıxış etməsi Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin təzahürüdür. Xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında quran Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, İslam Konfransı Təşkilatına digər təşkilatlara üzv olaraq beynəlxalq…

1918-ci il mart soyqırımı

Azərbaycan tarixində çoxlu şanlı səhifələrlə yanaşı faciələr və soyqırımlı səhifələr də vardır. Bu dəhşətli hadisələrdən biri 1918-ci il  mart-aprel  aylarında erməni millətçiləri tərəfindən yaşanmışdı. Mart  soyqırım təkcə Azərbaycan tarixində deyil, dünya tarixində törədilən ən qanlı faciələrdən biridir.           Hələ 1917-ci ilə Rusiyada baş vermiş oktyabr inqilabı nəticəsində erməni millətçisi Stepan Şaumyanın başçılığı ilə bolşevik Bakı Soveti Bakıda  hakimiyyəti ələ keçirmişdi. Onlar türk-müsəlman əhalisini qırmaq, Bakını rus-erməni şəhərinə çevirmək istəyirdilər. Bu işdə erməni “Daşnaksutyun” partiyası da yaxından kömək edirdi. Beləliklə, 1918-ci ilin martın 30-da bolşevik-daşnak qüvvələri Bakıda azərbaycanlıların kütləvi qırğınına…

Prezident Xankəndidə separatçıların bütün ümidlərinə od vurdu 

“Prezident İlham Əliyev martın 18-də Xankəndidə Novruz tonqalını alovlandıraraq Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi. Dövlət başçısı təbrik çıxışında bildirdi ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə bayram tonqallarını yandırmaq böyük xoşbəxtlikdir”. Bu sözləri “Azərbaycan” qəzetinə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O, dövlət başçısının çıxışını xatırlatdı: “Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı…