Aynur xanıma uğurlar arzu edirik

Bu gün Sosial Tədqiqatlar Mərkəzinin “Zəfər” zalında “Azərbaycan Ailəsi: Dəyişən və Dəyişməyən dəyərlər. Analitik hesabatın tədqimatını keçirdik. Tədbirə qatılan peşəkar və dəyərli qonalqlarımız içərisidə vətəndaş cəmiyyətinin və medianın dəyərli dostlarından biri Aynur Sabitova da var idi. Bu dəfəki tədbirimizdə Aynur xanım başqa bir keyfiyyətdə və mövqedə olan şəxs kimi iştirak edirdi. Aynur xanım uzun illərdir ki, elmi-pedaqoji fəaliyyətlə məşğuldu, professor dərəcəsinə malikdir. Eyni zamanda dəyərli ictimai xadim və dövlət orqanlarında mühüm vəziflər daşıyıb. Bunlarla yanaşı Aynur xanım Bakı şəhərinin böyük rayonlardan birində Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsinin rəhbəri olub, ailə, qadın…

DGK yanında ictimai şuranın iclası keçrilib

Mayın 14 də Dövlət  Gömrük  Komitəsi yanında  İctimai  şuranın  növbəti  iclası  keçirilib.İctimai şuranın 9 üzvündən 6-sı iclasda iştirak edib, bir nəfər isə iclasa onlayn qatılıb.İclası  açıq  elan  edən  ictimai şuranın  sədri  Ramil Əliyev gündəlikdə olan məsələlər haqqında  şura üzvlərinə məlumat verib. Daha sonra iclasda şura tərəfindən 2024-cü ildə görülməsi nəzərdə tutulan işlər və qarşıda duran məsələlər barədə müzakirə aparılıb. Gündəlikdə olan məsələlər səsə qoyularaq qəbul edilib.Sonra ictima şurada 6 ay ərzində görülən işlər haqqında ictimaiyyətə məlumat verilməsi haqqında qərar qəbul edilib.

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

Məlumat üçün bildiririk ki, 27 aprel 2024-cü il tarixdə Bakı şəhər Gənclər və İdman İdarəsi, “Gənclərin Töhfəsi” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (NAYORA) və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin birgə təşkilatçılığı, Gəncliyə Yardım Fondu, Qida Təhülkəsizliyi Hərəkatı, 1 saylı Bakı Tibb Kolleci və Peşə Təhsilinin İnkişafına və Məşğulluğa Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə “Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu” keçirildi. Forumun keçirilməsində əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizədə dövlətimizin apardığı siyasətə ictimai dəstək olmaq və Azərbaycanda keçiriləcək “COP 29” öncəsi gənclərin şəbəkələşməsinə töhfə verməkdən ibarət idi. Forumun…

Media və Mülki Cəmiyyət İctimai Birliyi yeni layihəyə start verdi

Media və Mülki Cəmiyyət İctimai Birliyi “Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” mövzusunda yeni layihəyə start verib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib. X.Əhmədov bildirib ki, layihə üzrə fəaliyyətlər Xaçmaz, Quba, Qusar, rayonlarında həyata keçiriləcək və may ayının 1-dən iyulun 31-dək davam edəcək. Layihə rəhbərinin sözlərinə görə, Azərbaycan xalqı çoxəsrlik tolerantlıq ənənələrinə malikdir, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Çoxkonfessiyalı və çoxmillətli Azərbaycan hazırda da bu ənənələrə…

Arxangelskdəki diaspor rəhbərinin 50 illik yubileyidir

Mayın 5-i “Arxangelsk vilayətində Azərbaycan diasporu” regional ictimai təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımovun doğum günüdür. Xatırladaq ki, Qasımov Tərlan Qasım oğlu 1974-cü ilin 5 mayında Ucar rayon Qəzyan kəndində anadan olub. 1990- ci ildə Qəzyan kəndində 1 nömrəli orta məktəbi bitirib. Azərbaycan İctimai-Siyasi Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1995-1997-ci illərdə Ucar rayon Pambıqtəmizləmə zavodunda hüquqşünas işləyib.1997-ci ildən taleyini Arxangelsk şəhərinə bağlayıb. 2016-cı ildən “Arxangelsk vilayətində Azərbaycan diasporu” regional ictimai təşkilatının İdarə Heyətinin sədridir. Diaspor rəhbəri olaraq Arxangelskdə bir sıra tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. Onun təşəbbüsü ilə 2017-ci ildə Arxangelsk…

Diaspor rəhbəri Şahin Məmmədova  “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasında Azərbaycanlılar Konqresinin fəxri prezidenti Şahin Məmmədovla görüşüb.Qonağı salamlayan sədr hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. Xaricdə yaşayan azərbaycanlı alimlərin Komitə tərəfindən daim diqqət mərkəzində saxlanılmasının da bunun məntiqi davamı olduğunu qeyd edib.Şahin Məmmədov fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib. O, bildirib ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycanın ərazi bütövlüyünü təmin edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasəti…

Azərbaycanlı gənc Moskva vilayətində keçirilən gözəllik müsabiqəsinin qalibi olub

16 aprel 2024-cü il tarixində Moskva vilayətinin Mədəniyyət Sarayında Prezident Akademiyasının Moskva Regional Bölməsinin “Cənab və Miss” gözəllik müsabiqəsi keçirilib. Müsabiqə yüksək səviyyədə təşkil olunub. 6 oğlan və eyni sayda qız dörd müxtəlif kateqoriyada öz istedadlarını nümayiş etdiriblər. Onların arasında həmyerlimiz, 2-ci kurs tələbəsi Elcan İmanbəyli də olub. Elcan müsabiqə proqramının bütün mərhələlərini inamla keçərək, Azərbaycan xalq rəqsi “Nazeləmə”ni yaradıcı tamaşaya hazırlayıb. “Mən bu rəqslə Azərbaycan xalqının mədəniyyətini, gözəlliyini göstərmək istədim. İstərdim ki, tamaşaçılar xalq ritmlərinə uyğun zərif hərəkətləri görəndə həzz alsınlar”. Gənc Elcan bacardı. Tamaşaçılar ifaçıları uzun sürən alqışlarla…

Şirvan suvarma kanalından minlərlə insan faydalancaq

Azərbaycanda su təsərrüfatının inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb və bu istiqamətdə böyük magistral kanallar çəkilir, mövcud suvarma sistemlərinin yenidən qurulması və meliorasiya vəziyyətinin yaxşılaşdırılması kimi layihələrə imza atılır. Qlobal iqlim dəyişmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər həyata keçirilir. Müxtəlif infrastruktur layihələrin reallaşması ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verib. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında böyük əhəmiyyət…

Ömrünü tibb elminə həsr etmiş alim və oftalmoloq

Prezident İlham Əliyev:  “Onun ürəyi elə işıqlı qalırdı”   Müasir Azərbaycanın tarixində onun inkişafında iştirak edən qadınlar az deyil. Onlar dövlət idarəçiliyində fəaldırlar, təhsil, səhiyyə, mədəniyyət və həyatın bir çox başqa sahələrində çalışırlar. Baxmayaraq ki, demək lazımdır ki, hətta müasir dövrdən əvvəl də Şərq qadınları orta əsrlərin siyasi həyatında böyük rol oynamışdır. Keçmiş də tarixin gedişatına kişilərdən az təsir göstərə bilməyən bir çox qadınları tanıyır. Bütün fəaliyyət sahələrində böyük, istedadlı və sadəcə olaraq məşhur qadınlar bir daha göstərirlər ki, istənilən rolda uğur qazana bilirlər. Onların arasında Azərbaycanın qadın alim, şair və…

Moskvada gənc azərbaycanlı alimin uğurlu dissertasiya müdafiəsi olub

29 mart 2024-cü il tarixində Rusiyanın Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində “Moskvada Azərbaycan icmasında dillərin funksional paylanması” mövzusunda namizədlik dissertasiyasının uğurlu müdafiəsi olmuşdur. Filologiya elmləri namizədi alimlik dərəcəsinə namizəd RUDN-nin aspirantı Məmmədəli Məqsəd oğlu Həsənov olmuşdur. Həmyerlimizin elmi işi müsbət rəylər alıb. Gənc alimin işinin mövzusu mühüm və əhəmiyyətlidir, çünki mədəniyyətlərarası ünsiyyət hər yerdə lazımdır: elmdən, pedaqogikadan və incəsənətdən tutmuş biznes və beynəlxalq təşkilatlara qədər. Qeyd edək ki, gənc aspirantı dəstəkləməyə soydaşlarımız da gediblər. Belə ki, Moskva şəhərinin qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin, eyni zamanda “İki dəfə Sovet…