Günel Səfərovaya vəzifə verildi

Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın sabiq sədri Günel Səfərova ETN-in Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini təyin olunub.Newsmedia xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Qeyd edək ki, Günel Səfərova eyni zamanda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir.