Azərbaycanın gələcək üçün müəyyənləşdirdiyi inkişaf yolu

Prezident İlham Əliyev: “Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir”  Xalqımız 7 fevral seçkilərində bir daha öz sözünü dedi. İlk dəfə Azərbaycan xalqı, qələbə sevincini səsvermədə ifadə etdi. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev seçkilərdə inamlı qələbə qazandı. Bu, Azərbaycanın parlaq gələcəyi deməkdir. Bundan sonra yeni inkiaf perspektivlərinin müəyyyənləşdirilməsi vacib amildir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində önəmli fikirlər səsləndirib. Əlbəttə ki, dövlətimizin başçısının bu fikirləri Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, regional və qlobal baxımdan da xüsusi əhəmiyyət daşıyır. Məhz…

Rizvan Fikrətoğlu: “Göstəriciləri aşağı olan məktəblərə xüsusi diqqət ayrılmalıdır”

“Azərbaycan təhsilində məktəblərin sıxlığı və müəllimlərin maaşlarında düzgün tənzimləmənin olmaması problemi hələ də qalmaqdadır. Bu amilin hər ikisi təhsilin keyfiyyətinə birbaşa təsir edir”. Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib. “Birinci məktəb sıxlığından başlayaq. Burada iki başlıca amili qeyd etmək yerinə düşərdi. Birinci amil məktəbin və orada öyrədilən təhsilin keyfiyyətinin aşağı olmasıdır. Valideyn və şagirdlər məktəb seçimində keyfiyyətli təhsil verən, infrastrukturu yaxşı olan, dövrün müasir innovativ tələblərinə cavab verə bilən məktəblərə üz tuturlar”. Ekspertin sözlərinə görə, belə məktəblər şagirdlərin yaşadığı ərazidən kənarda yerləşsə belə, yüksək təhsilinə görə həmin…

Ölkədə savadlı zootexnik, aqronom, meşəçi tapılmır … – Ekspertdən ETİRAZ

“Çoxluq belədir ki, abituriyentlər DİM-in keçirdiyi imtahandan müəyyən bal topladıqdan sonra hansısa bir ixtisası seçirlər. İstək, bacarıq qalır kənarda. Məhz hər şey buradan başlayır. İnsanlar populyarlığa qaçırlar. Amma “xalxın uşağı” həkim, İT, hüquqşünas kimi sahələrdə uğur qazanıbsa, aya 10 min manat əldə edirsə, bu o demək deyil ki, sizdə də bu belə olacaq”. Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib. Ekspertin sözlərinə görə, burada şəxsin bacara bilməsi, potensialı məsələsi önəm daşıyır. “Ölkədə nə qədər işini bilməyən hüquqşünas, həkim, İT mütəxəssisi var. Bunlar bizə heç nə qazandırmır. Amma gəl…

“Dövlətin bu jesti tələbələrə maddi dəstəkdir” — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavr və abituriyentlər arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib. Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 319, bakalavriat səviyyəsi üzrə isə 1800 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Newmedia xəbər verir ki, təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında qeyd edib ki, region universitetlərində də ödənişli əsaslarla qəbul olub, dövlət sifarişi əsasında təhsil almaq şansı əldə edən tələbələr az deyil. Özəl universitetlərdə də bu…

Rusiyada nə baş verir?

Rusiya hakimiyyətinin hərbi qanadının önəmli fiqurlarından biri və bəlkə də birincisi sayıla biləcək Geosiyasi Problemlər Akademiyasının prezidenti, general-polkovnik Leonid İvaşov maraqlı çıxış edib.  Ölkəsinin ən intellektual hərbçisi sayılan general İvaşov Ukraynaya təcavüzü pisləyib (o, bunu əvvəllər də edib), bunun məqsədsiz olduğunu bildirib. Proqram çıxışı sayıla biləcək açıqlamasında leonid İvaşov bir çox məsələlərə də münasibət bildirib.  İvaşov Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etmək təkliflərini istər hərbi-taktiki, istərsə də siyasi-diplomatik baxımdan ciddi yanlışlıq olduğunu bildirərək bunun Rusiya dövlətinin sonuna gətirə biləcəyini deyib.  Leonid İvaşov müdafiə naziri Sergey Şoyqunu da aşağılayıcı ifadələrlə…

Fransanın köməyi ilə Hindistan Ermənistanı yenidən silahlandırır

Yaxın vaxtlarda Hindistandan Ermənistana Parisin köməyi və rəsmi icazəsi ilə silahların çatdırılmasına başlanılacaq. Bu barədə “Caliber” Fransadakı erməni diasporu ilə geniş əlaqələri olan insayderə istinadən məlumat yayıb. Məlumata görə, söhbət “Nexter Systems” və Hindistan şirkətlərinin iştirakı ilə istehsalı bu ölkədə lokallaşdırılan “Caesar” özüyeriyən artilleriyanın hind analoqundan gedir. Bildirilir ki, sifariş edilən artilleriya qurğularının sayı ilə bağlı ətraflı məlumat yoxdur. Lakin məlumdur ki, Fransanın erməni diasporu Parisin hərbi-siyasi rəhbərliyinin və şəxsən prezident Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb. Razılaşmanın icrasını gizlətmək üçün 155 mm/52 kalibrli silahların birbaşa uçuşlarla…

Baş verə biləcək qarşıdurma kimin üzərinə düşür: Ermənistanın, yoxsa, sülhməramlıların?

Son vaxtlar erməni separatçıları yenidən fəallaşmağa başlayıblar. Azərbaycan ərazisində yaşayan separatçılar üçün silah-sursat, canlı qüvvə, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşməsi də bundan xəbər verir. Təəssüf ki, bu hadisələr regionda müvəqqəti yerləşən sülhməramlıların gözü qarşısında , hətta, bəzən onların müşayiəti ilə baş verir . Baxmayaraq ki, bununla bağlı Azərbaycan tərəfinin çoxsaylı müraciətləri olub, ancaq indiyədək hər hansı bir tədbir görülməyib. İndi isə belə bir sual yaranır. Baş verə biləcək qarşıdurma kimin üzərinə düşür: Ermənistanın, yoxsa, sülhməramlıların? Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bütün bu ədalətsizliklərə beynəlxalq…

Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur

Arzuladığımız qar Bakıya yağdı. Qarın yağması ən çox da uşaqları sevindirdi. Təbii ki, qarın yağması bir sıra problemlərə də səbəb olur. Hava şəraitindən asılı olaraq hər qış mövsümünün soyuq, qarlı keçməsi yollarda çalışan əməkdaşların da üzərinə müəyyən öhdəliklər də qoyur. Bölgələrə səfərim zamanı Bakı – Şamaxı yolunda çalışan AAYDA -nın balansında olan 4 saylı “Magistral avtomobil yollarının istismarı” MMC İdarə rəisi Mübariz Paşayevin rəhbərliyi ilə əməkdaşların gün ərzində yorulmadan işləmələri həqiqətən müsbət təəssürat oyatdı. Təmizləmə işlərinə cəlb edilmiş xüsusi təyinatlı texnikalar ilə Bakı-Şamaxı yolunun demək olar ki, əsas hissəi nəqliyyatın…

Əliqismət Bədəlov: 30 il YAP-ın üzvü olduğum üçün qürur duyuram

Vətən müharibəsindəki tarixi Qələbəmiz Azərbaycanın güclü ölkə olduğunu dünyaya bəyan etdi və ölkəmizin reytinqini daha da yüksəltdi. İndi Azərbaycan dünyada qalib ölkə kimi qəbul edilir. Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmayıb: “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik”. Bu fikirləri YAP-ın…

Türkiyə masası: Zelenski əslində nə təklif edir?

Volodimir Zelenski “NATO-ya marağının itdiyini” və “Donbas və Krımla bağlı kompramisin tapılmasının mümkün olduğunu” açıqladı: bu, artıq Qərbin dəstəyini artırmaq üçün manevr xarakterli açıqlama yox, Rusiya işğalını dayandırmaq məqsədilə Moskvaya ünvanlanan mesajdır;Rusiyanın ağır tələblərindən – Ukraynanın Donetsk və Luqanskın “müstəqilliyini” tanıması, Krımdan imtina etməsi, rusların istədiyi “neytral status”la razılaşması – imtina edəcəyi inandırıcı deyil, lakin Ukrayna rəhbərliyi müharibə meydanındakı mövcud vəziyyətdən çıxış edərək, Kremlin şərtlərini dəyişdirə biləcəyi, ən azı “uzunmüddətli atəşkəs”ə razı olacağı ehtimalını da dəyərlənirir.Və bu təklifi Ukrayna-Rusiya xarici işlər nazirlərinin Türkiyədə keçiriləcək görüşündən öncə irəli sürməsi təsadüfi deyil.…