Çin qadağası bitkoni çökdürdü – Qiymət $40 mindən aşağı düşdü

İlon Maskın tvitləri və Çin kriptovalyuta əməliyyatları ilə bağlı xidmətlər göstərməyi qadağan etməsi bu bazarı xeyli daraltdı. NewsMedia xəbər verir ki, Bakı vaxtı ilə 14:30-da məşhur və ən bahalı kriptovalyuta Bitkoin son sutkada 13.05%, həftəlik isə 30.15% qiymət itkisi ilə üzləşməklə $39 402.5 dollara qədər geriləyib. Bununla da populyar elektron pulun dəyərinin 2021-ci ilin fevralın 8-dən bu tərəfə ən aşağı həddə düşməsinə səbəb oldu. Bitkoinin bazar dəyəri isə qeyd edilən saatlara $802.97 mlrd. təşkil edib. Çin maliyyə qurumlarına və ödəmə şirkətlərinə kriptovalyuta əməliyyatları ilə bağlı xidmətlər göstərməyi qadağan edib. Bu…

“Əvvəl-axır dövlətlər öz e-pullarını dövriyyəyə buraxcaqlar”

Uzun analitik yazıların (inkişaf etmiş ölkələrdə bu mənfi tendensiya inkişaf etməkdə olan ölkələr qədər təhlükəli həddə deyil) az oxunduğunu nəzərə alaraq bir neçə qısa təsbiti qeyd etmək istərdim: – Üç Pribaltika Respublikasının (Latviya, Litva, Estoniya) birlikdə hansı nailiyyətlər əldə etməsi həmişə nəzərə alınacaq. O səbəbdən bu birliyin nə Qafqazda, nə Orta Asiyada, nə də Ukrayna, Belorusiya və Moldova arasında əldə olunmaması üçün hələ çox planlar həyata keçiriləcək; – Dünya nəhayət tam olaraq anlamağa başlayır ki, ekologiyaya zərəri və külli miqdarda enerji istehlakı baxımından Bitkoin mədənçiliyi sözün həqiqi mənasında kirli bir…

Prezident İlham Əliyev ilə Vladimir Putinin telefon söhbəti olub

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin telefon söhbəti olub. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat verilib. 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların hərfi və ruhuna tam uyğun olaraq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üzrə praktiki vəzifələrin həlli vurğulanmaqla regionda münaqişədən sonrakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib. Bu kontekstdə Azərbaycan-Ermənistan sərhədində bu yaxınlarda baş vermiş hadisələrə diqqət yetirilib. Azərbaycan və Rusiya prezidentlərinin ümumi fikrinə görə nizamlama yalnız siyasi-diplomatik metodlarla aparılmalıdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qeyd edib ki,…

Bakıda 8-ci Xəzər Texniki Konfransı keçiriləcək

2021-ci il oktyabrın 5-7-də Bakıda 8-ci Xəzər Texniki Konfransı keçiriləcək. NewsMedia bu barədə Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyətinə (SPE) istinadən məlumat verir. Builki konfransına mövzusu “Yeni reallıqlara uyğunlaşma – səmərəlilik və məhsuldarlığıın maksimum artırılması” olacaq. Konfrans zamanı “Yeni texnologiyalar və rəqəmsallaşma vasitəsilə dəyərlərin açılması”, “Mürəkkəb bazarda istedadların cəlb olunması və saxlanması”, “Dəyişən şərtlərdə səmərəliliyin maksimum artırılması” adlı müzakirə panelləri olacaq. 2019-cu ildə Azərbaycanda keçirilmiş əvvəlki konfransda 26 ölkədən 500-dən çox iştirakçı yer almışdı. Tədbirdə SOCAR, BP, “Total”, TCO və bir çox digər şirkət və qurumların nümayəndəsi iştirak etmişdi. (Trend)

Heydər Əliyev Fondu Mirmahmud Mirəlioğlunun müalicəsini öz üzərinə götürdü

Koronavirusa yoluxan Klasssik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. NewsMedia xəbər verir ki, bu gün partiya sədrinin vəziyyətinin yaxşı olmadığı barədə dostları paylaşım etmişdi. Eyni zamanda, onun ailə üzvlərinin də virusdan əziyyət çəkdiyi qeyd olunurdu. (Trend)

Türkdilli dövlətlər ortaq layihəyə imza atıb

Azərbaycan Televiziyasının təşəbbüsü ilə türkdilli dövlətlər ortaq layihəyə imza atıb. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən NewsMedia-ya bildirilib ki, layihə “Türk dünyası” adlanır. Həftədə bir dəfə yayımlanacaq verilişdə türkdilli xalqlardan birinin mədəniyyəti, tarixi, adət-ənənəsi barədə məlumatlar təqdim ediləcək. Materiallar hər bir xalqın öz dilində səsləndiriləcək. Lakin Azərbaycan tamaşaçısının tam başa düşməsi üçün alt yazı əlavə olunacaq. Layihənin təşəbbüskarı AzTV olsa da, verilişin bütün türkdilli ölkələrin TV kanallarında verilməsi planlaşdırılır. İlk buraxılışın gələn həftə yayımlanması nəzərdə tutulub. Bu, Azərbaycanın türkdilli ölkələrlə sıx əməkdaşlığı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşündə dövlət…

Azərbaycan təmsilçisi “Avroviziya -2021” mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb

Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatıb. NewsMedia xəbər verir ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxıb və “Mata Hari” mahnısını ifa edib. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Azərbaycan təmsilçisinin ifa edəcəyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir. Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta…

Mayın 19-da ölkəmizdə 28635 nəfərə koronavirusa qarşı peyvənd olunub

Mayın 19-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 28 min 635 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan NewsMedia bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 11633, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 17002 nəfər olub. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 863 min 292-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 54 min 414, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 808 min 878 nəfərdir.

Ağstafa rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü “isti izlərlə” açılıb

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Ağstafa rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin olunub. NewsMedia xəbər veriri ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib ki, mayın 15-də saat 23 radələrində Ağstafa rayonunun Köçəsgər kənd sakini 1959-cu il təvəllüdlü Ələkbərova Çiçək Əli qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkarlanması faktı ilə bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla müəyyən olunub ki, mərhumun qohumu 1987-ci il…

Vətəndaş elmi layihələrində “Industry 4.0” texnologiyaları tətbiq olunur

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Industry 4.0” vətəndaş elmində mövcud vəziyyət, problemlər və həllər” mövzusunda onlayn elmi seminar keçirilib. NewsMedia xəbər verir ki, bu barədə institutdan məlumat verilib. Bildirilib ki, məruzəni əməkdaş Nərgiz Verdiyeva təqdim edərək “Industry 4.0”, onun formalaşması, texnologiyaları, bu texnologiyaların vətəndaş elmində tətbiqi problemləri və s. haqqında məlumat verib. Diqqətə çatdırıb ki, son bir neçə onillikdə vətəndaş elminin sürətli inkişafı müasir informasiya texnologiyalarının nailiyyətləri ilə əlaqədardır. Əşyaların internetinin vətəndaş elmində tətbiqindən bəhs edən məruzəçi smartfonlarda istifadə olunan mobil proqramlardan danışıb. N.Verdiyeva kiberfiziki sistemlərin vətəndaş elmi layihələrində tətbiqindən də…