“Tarzan” serialının baş qəhrəmanı faciəvi şəkildə dünyasını dəyişdi

ABŞ-dan olan aktyor, “Tarzan: macəraların tarixi” teleserialında baş rolu oynamış Cozef Lara ABŞ-ın Tennessi ştatında baş vermiş təyyarə qəzasında faciəvi şəkildə həlak olub. Qeyd olunur ki, “Cessna C501” təyyarəsinin Neşvill şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yeddi nəfər həyatını itirib. Qəza nəticəsində həmçinin aktyorun həyat yoldaşı, məşhur diyetoloq Qven Şamblin də həlak olub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Newsmedia

Zakir Həsənov qəti tapşırıqlar verdi

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.  Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub. General-polkovnik Z.Həsənov son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaranmış vəziyyəti təhlil edib. O, əməliyyat şəraiti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını və qarşıya…

Rus polis tərəfindən qətlə yetirilən gəncin nəşi Azərbaycana gətiriləcək – FOTO

Mayın 28-də Rusiyanın Novosibirsk şəhərində baş vermiş hadisənin təfərrüatları məlum olub. Newsmedia-nın məlumatına görə Novosibirsk azərbaycanlılarının diasporundan bildiriblər ki, ağır yaralanmış 19 yaşlı Vəkil Abdullayev mayın 30-da günorta saatlarında dünyasını dəyişib. Hadisə baş verən gün mərhumun evinin qarşısına 200-ə yaxın azərbaycanlı toplaşıb. Onlar istintaqın düzgün aparılmasını tələb ediblər. “Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatından bildirilib ki, Novosibirskdə azərbaycanlılara qarşı münasibət hər zaman yaxşı olub: “Burada vəzifəlilər arasında azərbaycanlılar da var. Həm də yerli diaspor üzvləri xeyirxahlığı ilə seçilib, müxtəlif humanitar aksiyalarda iştirak ediblər. Qubernator hər zaman azərbaycanlıların işlərini qeyd edib. Mərhumun atası…

ABŞ-dan Belarusa sanksiya

ABŞ Maliyyə Nazirliyi Belarusun 9 şirkətinə qarşı sanksiya tətbiq edəcək. Newsmedia xəbər verir ki, 3 iyun tarixindən qüvvəyə minəcək sanksiyalar əsasən şin, gübrə və boya şirkətlərinə qarşı tətbiq ediləcək. Qeyd edək ki, “Ryanair” təyyarəsinin Minskə məcburi enişindən sonra bir çox Avropa ölkələri də Belarusa qarşı sərt addımlar atmağa başlayıblar.

Məhkəmə sədri həyat yoldaşını öldürdü

Bakıda məhkəmə hakimi həyat yoldaşını öldürüb. Newsmedia-nın əldə etdiyi məlumata görə, hadisə 3 saat öncə paytaxtın Sabunçu rayonu ərazisində, Ləhic bağlarında baş verib. Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi hələ ki, məlum deyil. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır. Məlumata görə, cütlüyün 3 övladı var. Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.

Oğlu güllələndi, ailəsi məhv edildi, amma…

30 ildən sonra ilk dəfədir ki, 28 Mayı sözün əsl mənasında Bayram kimi qeyd edirik. İlk dəfədir ki, bayramı sadəcə, bayram kimi yox, həm də Qürur günü, Şərəf günü kimi keçiririk. Çox gözəl səbəbimiz var! Artıq bu günü Qələbə sevinci ilə, Şuşada dalğalanan üçrəngli Can Parçamızın sonsuz fərəhi ilə birgə qarşılayırıq… Şuşada dalğalanan Üçrənglimiz… Mənzərəni gözünüzün önünə gətirib misilsizliyini, əvəzsizliyini hiss edirsinizmi?! Şuşa və Üçrəngli Bayraq… Şükür bu günə! Artıq 28 May həm də bütün Şərqdə Qələbə günüdür. Cümhuriyyətçilərin Qələbəsi… Qurucu Atalarımız 103 il öncə müsəlman Şərqinin tarixində ilk demokratik…