Hücuma məruz qalan jurnalistlə bağlı agentlikdən açıqlama

Media Agentliyi dünən hücuma məruz qalmış jurnalist Aytən Məmmədova ilə bağlı açıqlama yayıb. Newsmedia xəbər verir ki, məlumatda deyilir: Mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalan jurnalist Aytən Məmmədova ilə əlaqə saxlanılıb, onun vəziyyəti barədə ətraflı məlumat əldə olunub.Telefon danışığı zamanı bildirilib ki, Medianın İnkişafı Agentliyi baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır.“Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə…

9 May Qələbə günü, yaxud“Dövranın çərxi” düzgün dolanmayanda…

9 may 2022-ci il. Faşist Almaniyası üzərində Qələbənin 77-ci ildönümü. Yeniyetmə vaxtımdan tarixə marağım, geniş qiraətim, tarixçi atamla uzun söhbətlərimizin və sözsüz ki, Sovet ideoloji maşınının güclü təbliğatı nəticəsində mənim üçün çox həssas mövzu olan bu hadisəyə bu gün ilk dəfə tamamilə başqa bir rakursda baxıram… Bütün dünyanın 8 may, Sovet dövlətinin isə guya saat fərqi nəzərə alınmaqla keçmiş 9 mayda qeyd etdiyi Qələbənin möhtəşəmliyi və tarixi əhəmiyyətini yenə də inkar etmirəm, yox. “Sovet ideoloji maşınının güclü təbliğatı” ifadəsini də sırf mənfi anlamda işlətmirəm. Çünki ağıla, məntiqə, insaniyyətə sığmaz fəlakətlər…

Rəsmi İrəvan törətdiyi cinayətlərə görə məsuliyyətdən qaça bilməz

Ermənistanın Azərbaycan ərazilərini uzun illər işğalda saxlaması, etnik təmizləmə siyasətindən əlavə, vandalizm, talançılıq aktları ilə də müşahidə olunmuşdur.  Biz torpaqlarımızı azad etdikdən sonra bir daha hər kəs gördü ki, 27 il işğalda qalan ərazilərimiz necə talan edilib, təbii resursları necə istismar edilib. Bu dəymiş ziyana görə Ermənistan əvvəl-axır cavab verməlidir. Bu fikirləri Newsmedia.az -a Azərbaycan Vətəndaş Hərəkatının (AVH) icraçı direktoru, siyasi şərhçi Mübariz Göyüşlü bildirib. O qeyd edib ki, dövlətimiz Ermənistanın vurduğu zərər barədə beynəlxalq məhkəmələrə müraciət edəcək. Lakin beynəlxalq məhkəmələr də, beynəlxalq təşkilatlar da obyektiv qiymət verməli və ictimaiyyət…

Rusiya və Çinin ticarət dövriyyəsi dörd ayda 26 % artıb

Bu ilin ilk dörd ayında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 25,9 % artaraq 51,09 milyard ABŞ dolları təşkil edib. Newsmedia TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsinin məlumatında deyilir. İdarənin məlumatına görə, yanvar-aprel aylarında Çindən Rusiyaya ixrac 11,3 % artaraq təqribən 20,24 milyard ABŞ dollarına çatıb.Rusiya mal və xidmətlərinin idxalı isə 37,8 % artaraq 30,85 milyard ABŞ dolları təşkil edib. İki ölkə arasında ticarət dövriyyəsi artıq ikinci ildir ki, aktiv şəkildə artır. 2020-ci ildə Çinin elan etdiyi pandemiya və koronavirusa sıfır dözümlülük siyasəti səbəbindən 2,9 % azalıb. Ciddi məhdudlaşdırıcı tədbirlər mal və xidmətlərin tədarükünə mənfi təsir göstərib. 2021-ci ildə bu…

Avropada qaz qiymətləri ucuzlaşıb

Avropada qaz qiymətləri bazar ertəsi ticarətin əvvəlində orta hesabla 2% ucuzlaşıb. Newsmedia xəbər verir ki, bunu ICE London Fond Birjasının məlumatları göstərir. Ticarət sessiyasının açılışında Avropanın ən böyük habı olan TTF indeksi üzrə qazın iyun fyuçerslərinin dəyəri 1 000 kubmetr üçün 1 069,4 ABŞ dolları olub, sonra kotirovkalar bir qədər artaraq 1 105,2 dollar təşkil edib. Cümə günü hesablaşma qiymətinin 1 109,5 dollar olduğunu nəzərə alsaq, orta azalma 2% təşkil edir. Avropada qazın qiyməti Ukraynada hərbi əməliyyatların başlanmasından sonra kəskin artıb: fevralın 23-də yaxın fyuçerslər üçün hesablaşma qiyməti min kubmetrə…

Samir Nuriyev: “Avropa İttifaqı Azərbaycanın nəqliyyat infrastrukturuna böyük maraq göstərir”

Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 65 faizdən çoxu məhz Azərbaycanın payına düşür”. Newsmedia.az xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu və müasir inkişaf strategiyası” adlı məqaləsində öz əksini tapıb. “2003-cü illə müqayisədə Azərbaycan iqtisadiyyatında 3 dəfədən çox artım qeydə alınıb. 2003-2021-ci illər ərzində Azərbaycanda sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, qeyri-neft ixracı 5,2 dəfə, valyuta ehtiyatları 27 dəfədən çox artıb. 2003-cü ildə 1,8 milyard dollar valyuta ehtiyatlarına malik…

Prezident İlham Əliyev faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 77 il ötür. Newsmedia xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb. Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri…