Rusiya səfirliyinin 15 əməkdaşı Norveçdən çıxarıldı

Norveç Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin 15 əməkdaşını persona non-qrata elan edib, onlar yaxın vaxtlarda ölkəni tərk etməlidirlər. Newsmedia xəbər verir ki, bunu Krallığın Xarici İşlər Nazirliyi elan edib. Xarici İşlər Naziri Anniken Huitfeldt  bildirib ki, kəşfiyyatın 15 zabiti diplomatik statuslarına uyğun olmayan fəaliyyətlərlə məşğul olub. Məlumatda vurğulanır ki, hazırda Rusiya Norveç üçün ən böyük kəşfiyyat təhlükəsi yaradır. Martın sonunda Fokus nəşri Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbockun Berlində akkreditə olunmuş 30-dan çox rus diplomatını da göndərməyi planlaşdırdığını bildirib. Almaniyanın təhlükəsizlik orqanlarına görə, Rusiyadan olan diplomatlar diplomatik toxunulmazlıqlarından təxribat…

“Şərqi-Rus” qəzetinin 120 illiyi qeyd olundu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi tarix kafedrası və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Şərqi-Rus” qəzetinin (1903-1905) nəşrə başlamasının 120 illiyinə həsr olunmuş elmi seminar keçirildi. Newsmedia xəbər verir ki, ADPU-nun müəllim və tələbələrinin, muzey əməkdaşlarının iştirak etdikləri seminarda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı dosent Əli Fərhadovun “Məhəmməd ağa Şahtaxtlının yaradıcılığında milli-dini məsələlər” mövzusunda məruzəsi dinlənilib. Ə.Fərhadov fotoslayd vasitəsilə “Şərqi-Rus” qəzeti, onun təsisçisi və redaktoru olmuş M.Şahtaxtlının (1846-1931) həyat və yaradıcılığı, onun milli, dini və dünyəvi maarifçilikdə rolu, Əhməd bəy Ağaoğlu və digər ziyalılarla əlaqələri haqqında ətraflı məlumat…

Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının ilk iclası keçirilib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının ilk iclası keçirilib. Newsmedia xəbər verir ki, Ər-Riyad şəhərində keçirilmiş Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının ilk iclasında iş adamları arasında əlaqələrin genişləndirilməsi, birgə təşəbbüslərin reallaşdırılması, biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.  Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının, İnvestisiya Nazirliyinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş iclasda hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər.  İclasdakı çıxışlarında Səudiyyə Ərəbistanının investisiya nazirinin müavini Məhəmməd Əl Hassnah, Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının həmsədrləri – Əhməd…

Naxçıvan-Ermənistan sərhədində itkin düşən hərbçilərlə bağlı beynəlxalq təşkilatlara rəsmi müraciət olunub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir. Əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub.

“Şərq və Qərbin astanasında”

Bu gün M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində “Şərq və Qərbin astanasında” adlı konsert keçirildi. Newsmedia -nın məlumatına görə, konsertdə Respublika və beynəlxalq müsabiqələr laureatları, solistlər Aytən Rüstəmli (kamança) və Canel Nəcəfli (violin), Əli Talıbov (piano), Kənan Sadıqov (kontrsaz), Cəfər Həsənovun (kajon) müşaiyəti altında öz ifalarını dinləyicilərə təqdim etdilər. Qeyd edək ki, musiqili gecədə yerli bəstəkarlardan Tofiq Quliyevin, Vasif Adıgözəlovun, əcnəbilərdən isə Astor Piazzolla, Yohannes Bramsın əsərləri səslənib.

Cənubi Koreyadan “Google”a cərimə

Cənubi Koreya dünyanın aparıcı axtarış sistemi “Google”u 32 milyon dollar cərimələyib. Şirkətin mobil proqramlar bazarındakı nüfuzundan istifadə edərək yerli rəqibini sıxışdırdığı iddia olunur. Xəbəri “bbc.com” verib. Cənubi Koreya Ədalətli Ticarət Komissiyası “Google”un  Çin oyun şirkətlərinə yeni oyunlarını “Google Play Store”da dərc etmələri üçün xüsusi dəstək verdiyini açıqlayıb. Bu şirkətlərin xarici bazarlara açılmasının həyati əhəmiyyət daşıdığı, “Google”un isə bu oyun şirkətlərinin oyunlarını axtarış sistemində üst sıralara yerləşdirərək oyunlarının görünməsinə xüsusi yardım etdiyi qeyd edilib. Komissiya, “Google”un Cənubi Koreyada fəaliyyətə başladığı 2016-cı ildən 2018-ci ilə qədər “One Store”a yeni oyunlar daxil etməsinin…