Milli Muğam Müsabiqəsinin birinci mərhələsinə seçim turu başlayıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Konservatoriyasında 24 Apreldə növbəti Milli Muğam Müsabiqəsi başlayıb. “Newsmedia”nın xəbərinə görə, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqənin 1-ci turu 24-25-apreldə, 2-ci turu isə 26-apreldə keçiriləcək. Müsabiqənin yekun konserti isə Aprelin 30-da baş tutacaq. Qeyd edək ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. Xanəndəlik üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artisti Qəzənfər Abbaşovdur. İnstrumental ifaçılıq üzrə…