“Qadınlar və əqli mülkiyyət. İnnovasiya və yaradıcılıq” mövzusunda konfrans keçirilib

Aprelin 26-da Əqli Mülkiyyət Agentliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Qadınlar və əqli mülkiyyət. İnnovasiya və yaradıcılıq” mövzusunda konfrans keçirilib. Tədbirin əvvəlində media üçün keçirilən brifinqdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Beynəlxalq Əqli Mülkiyyət Gününün əhəmiyyəti və ölkəmizdə qeyd olunması tarixi haqqında danışıb, keçiriləcək konfransın aktuallığı barədə məlumat verib. Konfransı giriş sözü ilə açan K. İmanov 26 aprel Beynəlxalq Əqli Mülkiyyət Gününün 2001-ci ildən başlayaraq Azərbaycanda 22 ildir ki, qeyd edildiyini,…

Türkiyədə bir ilk: Robot müxbir xəbər təqdim etməyə başlayıb

Son illərdə ən çox danışılan mövzulardan biri olan süni intellekt texnologiyası televiziya sahəsində də özünü göstərməyə başlayıb. Belə ki, Türkiyədə süni intellekt texnologiyası ilə hazırlanmış robot müxbirdən istifadə edilib. Sosial media hesabı üzərindən yayımlanan verilişdə robot müxbir gündəmlə bağlı ən son məlumatları izləyicilərinə çatdırıb. Sosial mediada “robotvmedia” kanalında yayımlanan verilişdə  “Alexa” adlı robot müxbir həm ölkə daxilində, həm də dünyada baş verən ən son yenilikləri görüntülərlə müşayiət edir. Süni intelektli xəbər aparıcısı son inkişafları və mühüm xəbərləri türkcə izləyicilərinə çatdırır. “Alexa”, Türkiyədəki seçki gündəmindən tutmuş son dəqiqə hadisələrinə, iqtisadiyyatdan texnologiyaya…

Rusiyadan ChatGPT-yə rəqib

 “ChatGPT” hələ sınaq mərhələsində olsa da, imkanları ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb. “OpenAI” şirkəti tərəfindən hazırlanmış bu süni intellekt hər şeyi bilən şəxsi müəllim kimi bir çox suallara təbii cavab verə bilir. ChatGPT-yə yeni rəqiblərdən biri də Rusiyada hazırlanıb. Belə ki, Rusiyanın ən böyük bankı “Sberbank”, süni intellekt çatbotu “GigaChat” adlı platformanı işə saldığını açıqlayıb. “Sberbank”dan verilən yazılı açıqlamada şirkətin süni intellekt sahəsində qlobal rəqabətə qatıldığı bildirilib. Platformanın başlanğıcda yalnız özəl dəvətlə istifadə oluna biləcəyi qeyd edilib. “GigaChat” çatbotu ilə söhbət edə, kod yaza və şəkillər yaratmaq mümkündür. Beynəlxalq…

Paris metrosu robotlara əmanət

Texnologiyanın sürətli inkişafı sayəsində robotlar artıq həyatımızın hər sahəsində bizə yardımçı olur. Onlar istehsalçı şirkətlərdən müxtəlif qiymət müqabilində alınaraq müəyyən sahələrdə işləri görmək üçün istifadə edilirlər. Belə robotlardan biri 100 illik tarixi olan Paris metrosunda işə başlayıb. “Perceval” adlanan robot itin öhdəliyi metro xəttinin düzgün fəaliyyətini təmin etməkdir. Paris Nəqliyyat İdarəsi robot heyətini 110 min dollara (təxminən 187 000 AZN) satın alındığını bildirib. Qeyd edək ki, boyu bir metrdən az olan robot itin 40 kiloqram çəkisi var. Robot it girilməsi çətin olan tunellərə göndərilir və orada müxtəlif işlər görür. Əfsanə…

İlon Mask “Twitter Abunəlikləri” funksiyasından nə qədər qazanır?

İlon Maskın rəhbərliyi altında “Twitter” məzmun yaradıcıları üçün yeni gəlir qapısı açıb. “Twitter Abunəlikləri” funksiyası bir müddət əvvəl istifadəyə verilib. Artıq izləyicilər istədikləri məşhur üçün “Twitter”dakı hesablarına abone olurlar.  Həmçinin bu funksiya ilə şəxslər abunəçilərilə xüsusi tvit və məzmunlar paylaşa bilirlər. Digər tərəfdən isə məzmun yaradıcıları bu abonəliklərdən maddi qazanc əldə edirlər. İlon Maskın özünün 25 min “Twitter” abunəçisi var. Bəs görəsən Mask bundan nə qədər qazanır? “Twitter Abunəlikləri” funksiyası izləyicilərə öz sevimli məzmun yaradıcılarına birbaşa dəstək olmağa imkan verir.  Twitter-in CEO-su Elon Musk bu xüsusiyyəti tanıtmaq üçün paylaşdığı ekran…