Azəri-Türk Qadınlar Birliyi yubiley tədbiri keçirdi

3 May Türkçülük Günündə Nizami Kino Mərkəzində Azərbaycan Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri münasibəti ilə tədbir keçirilib.  Azəri–Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Azərbaycan–Türkiyə qardaşlığından, ulu öndər Heydər Əliye­vin bu istiqamətdəki fəaliyyətindən, eyni zamanda, birliyin keçdiyi yol barədə ge­niş məlumat verərək bildirib ki, əlamətdar tarixlərin, günlərin qovuşduğu bir vaxtda toplaşmaq unudulmaz hadisədir. Bizim tək məqsədimiz millətimiz üçün çalışmaqdır.  Tənzilə Rüstəmxanlı Vətən mühari­bəsindəki zəfərimizi qeyd edərək bildirib: “Var olsun cənab Ali Baş Komandan. Var olsun Azərbaycanın Müzəffər Ordusu. Var olsun şəhid…