Milli Məclisin sədr müavini Türkiyədə rəsmi görüşlər keçirib

Milli Məclis sədrinin müavini Adil Əliyev Türkiyənin Iğdır və Qars vilayətində səfərdədir. Vitse-spiker qəzetimizə açıqlamasında bildirib ki, qardaş Türkiyəyə səfərimiz bu gündən başlayır. Nümayəndə heyəti, ictimaiyyət nümayəndələri ilə birlikdə ilk olaraq Iğdır vilayətində Soyqırım Abidəsini və muzeyini ziyarət etdik. Ermənilər tərəfindən 1915-1920-ci illərdə törədilən soyqırım zamanı şəhid edilmiş qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdik. Bu gün dünyada Azərbaycan – Türkiyə qədər dünyada bir-birinə yaxın olan iki qardaş ölkə tapmaq mümkün deyil, ölkələrimiz arasındakı dostluq artıq müttəfiqliyə çevrilmişdir. Adil Əliyevin sözlərinə görə, səfərimiz zamanı nümayəndə heyəti ilə birlikdə…

Sudanda yeni atəşkəs razılaşması əldə olunub

Ciddə şəhərində ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Sudanda münaqişə tərəfləri arasında bir həftəlik atəşkəs rejimi barədə razılaşma əldə olunub. Atəşkəs rejimi bu gün axşam yerli vaxtla saat 20:45-də qüvvəyə minməlidir. Buna qədər tərəflər arasında əldə edilmiş bütün atəşkəs razılaşmaları pozulub. İndi isə atəşkəs ABŞ, Səudiyyə Ərəbistanı və beynəlxalq ictimaiyyət tərəfindən monitorinq ediləcək. İki həftə davam edən danışıqlardan sonra əldə olunan razılaşmada, həmçinin humanitar yardımın paylanması, əhalinin su mənbələrinə və elektrik enerjisinə əlçatanlığının təmin edilməsi, ordu qüvvələrinin xəstəxanalardan və digər vacib infrastruktur obyektlərindən çıxarılması nəzərdə tutulub. Aprelin 15-də Sudanda ordu…

Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bir daha bəyan edib

“Ermənistan Azərbaycan ərazisini 86,6 min kvadratkilometr olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir”. “Sputnik Armeniya”ya istinadən xəbər verilir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan mətbuat konfransında çıxışı zamanı bəyan edib: “Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29 800 kvadratkilometr ərazisini tanıyır”. Qeyd edək ki, Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığını bildirib.

“Heydər Əliyev ili” çərçivəsində kollecdə yarış keçirilib

ADMİU nəzdində Humanitar Kollecin “Turizm” ixtisası  tələbələrinin bilik və praktiki bacarıqlarını yoxlamaq məqsədilə  “Heydər Əliyev ili” çərçivəsində,  “KVEST” konsepsiyası əsasında tələblərdən ibarət komandalar arasında yarış keçirilmişdir. Tədbirdə 3 komanda– I-“Xəzər”; II-“İçərişəhər” (rus bölməsi); III-“Qədim şəhər” iştirak etmişdir. Yarışmanın ekspertləri Humanitar Kollecin direktoru, dosent Nərmin Qaralova, direktor müavini Kamran Məsimov, Azərbaycan Həmkarlar Konfederasiyası nəzdində Bakı Turizm Agentliyinin müdiri – Əlixan Mürvətov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Turizm kafedrasının müdiri – Səyavuş Məhişov,”BAYFLİGHT” Turfirmasının icraçı direktoru Tahir Kərimov, eləcə də kollecin “Kulturologiya” şöbəsinin müdiri Göyçək Mustafayeva və müəllimləri Könül Əliyeva,Yasir Hacıyev,…

Rusiya Ukrayna ərazisində elit aviasiya qrupu yaradır

Rusiya “Fırtına” kod adlı yeni elit aviasiya qrupu yaradır. Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub ki, bu qrup Ukrayna ərazisində fəaliyyət göstərəcək. Məlumatda qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyi yüksək maaş ödəməklə ixtisaslı pilotları aviasiya qrupuna cəlb etmək planı üzərində çalışır. Bölmənin tərkibinə gəlincə isə, Su-24 və Su-34 qırıcı-bombardmançılarından ibarət ən azı bir eskadrilya, həmçinin hücum helikopter eskadrilyaları daxil olacaq. Rizvan FİKRƏTOĞLU

ABŞ-dan Kiyevə yeni hərbi yardım paketi

“Reuters” agentliyi ABŞ Prezidenti Co Baydenin Ukraynaya göndərəcəyi yeni hərbi yardım paketini açıqlaması barədə xəbər dərc edib. Qeyd edilib ki, yardım paketinə artilleriya və zirehli maşınlar üçün sursatlar daxil ediləcək. Bayden Yaponiyada keçirilən G7 sammitində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı ABŞ-ın Kiyevin hərbi gücünü artırmaq üçün hər şeyi etdiyini də bildirib. Rizvan FİKRƏTOĞLU

İki gün ərzində güclü geomaqnit qasırğası olacaq

Mayın 21-də Günəş səthində aktivlik artıb, bir neçə güclü M sinif alışmalar baş verib. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsinin astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, yaranan tac atılmaları (CME- Coronal Mass Ejection) və tac dəliklərindən çıxan yüksək sürətli axınlar (CH HSS- Coronal Hole High Speed Stream) səbəbindən 22-24 may tarixləri üçün G1 (minor) geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur. Mayın 22-də geomaqnit şəraiti davam edən CME effektləri nəticəsində G2-nin (orta) stabilləşməmiş səviyyədə olacağı gözlənilir. Mayın 23-də günün sonu, mayın 24-də G1 (mülayim) geomaqnit qasırğası müşahidə olunacaq. 22-24…

Mavi işıq nədir və ondan necə qorunmalıyıq?

Texnologiyanın inkişafı ilə insan sağlamlığı da ciddi təhlükə altındadır. İstifadə etdiyimiz smartfonlar, noutbuklar və televizorlar kimi, elektron cihazlar da yaydıqları müxtəlif  enerjilər, xüsusilə radiasiya ilə ciddi təhlükə yaradır. Xüsusən də rəqəmsal ekranlı cihazlar insan sağlamlığı üçün son dərəcə zərərli olan “mavi işıq” adlanan işıq növü yayırlar. Bəs mavi işıq nədir və ondan necə qoruna bilərik? Mavi işığın dalğa uzunluqları hər yerdə mövcuddur və bizi əhatə edir. O, görünən işıq spektrinin bir hissəsidir. Ən qısa dalğa uzunluğuna və ən yüksək enerjiyə malik olan bu işıq digər görünən işıqlardan daha çox zərər…