Britaniya kəşfiyyatı: “Elit qoşunlar”ın döyüş qabiliyyəti xeyli pisləşib

Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, Baxmutda rusiyalı desantlar “Vaqner” özəl hərbi şirkətinin muzdlularını əvəz ediblər. Britaniya kəşfiyyatının bir qədər əvvəlki məlumatında Ukrayna ərazilərindəki Rusiya desantları “elit qoşunlar” adlandırılırdı. Hazırda onların döyüş qabiliyyətinin xeyli pisləşdiyi bildirilir. Rizvan FİKRƏTOĞLU

Türkiyə təyyarələri Rumıniya səmalarında

NATO-nun həyata keçirdiyi Gücləndirilmiş Sayıqlıq Fəaliyyətləri çərçivəsində Rumıniya hava məkanında keçirilən hərbi təlim uçuşunda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr də iştirak edir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat paylaşıb. Bildirilib ki, təlim uçuşlarında Türkiyəyə məxsus ümumilikdə 4 hərbi təyyarə iştirak edib. Onlardan 2 ədəd F-16, 1 ədəd KC-135R və 1 ədəd E-7T HİK təyyarəsi təşkil edib. Rizvan FİKRƏTOĞLU

Polşa “Abrams” tankları alır

Polşa ABŞ-dan M1A1 “Abrams” əsas döyüş tanklarının ilk partiyasını bu ayın sonunda təhvil alacaq. Bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak özünün “Twitter” hesabında bildirib. Nazir yazıb ki, ilk partiyada 14 ədəd M1A1 “Abrams” tankı və 3 ədəd M88A2 “Hercules” xilasedicilər Polşaya təhvil veriləcək. M1 “Abrams”, keçən əsrin 70-ci illərində hazırlanmış və 1980-ci ildən bu yana istehsal olunan ABŞ-ın əsas döyüş tankıdır. Tank ABŞ Dəniz Qüvvələri Korpusunun və ABŞ Ordusunun, habelə Misirin, Səudiyyə Ərəbistanının, Küveytin, İraqın, Avstraliyanın, Tayvanın və Mərakeşin silahlı qüvvələrində silahlanmadadır. Tankların Ukraynaya tədarükü də nəzərdə tutulur.…

“AzerGold”-un rəhbəri Pakistanın nümayəndə heyəti ilə görüşüb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov iyunun 2-də Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Məsud Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “Xalq qəzeti” xəbər verir ki,  qonaqları salamlayan İdarə Heyətinin sədri dost və qardaş Pakistanın torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən mübarizədə ölkəmizin haqlı mövqeyinə göstərdiyi siyasi dəstəyin hər zaman xatırlandığını və heç zaman unudulmayacağını qeyd edib. Azərbaycan-Pakistan əlaqələrinin bir çox sahələrdə inkişaf etdiyini vurğulayan Zakir İbrahimov daha sonra “AzerGold” QSC-nin fəaliyyəti, əldə etdiyi uğurlar, dövlət şirkətinin uzunmüddətli strateji təşəbbüsləri, əlvan və qara…

Azərbaycanın perspektiv enerji planları

Mayın 31-dən start götürən “Bakı Enerji Həftəsi”ni Azərbaycanın enerji strategiyasının tərkib hissəsi hesab etmək olar Azərbaycanın dünya dövlətləri ilə müxtəlif sahələr üzrə əməkdaşlığı genişlənib, İqtisadiyyatımızın hərtərəfli inkişaf nəticəsində dünya iqtisadiyyatında Azərbaycanının payı artıb. Bu gün Azərbaycan iqtisadi və strateji maraqlarını qoruyaraq dayanıqlı inkişafı təmin edib. Azərbaycanın enerji strategiyasının uğuru ölkəmizin etibarlı enerji tərəfdaşı kimi tanınmasıdır. Bu baxımdan planlaşdırılan layihələrin həyata keçirilməsi Azərbaycanın enereji təminatçısı kimi mövqeyini daha da möhkəmlədib. Bir çox dövlətlər Azərbaycanla enerji sahəsində də əlaqələrini inkişaf etdirməyə çalışır. Mayın 31-dən start götürən “Bakı Enerji Həftəsi”ni Azərbaycanın enerji strategiyasının…