“Azad edilmiş ərazilərimizdə ekoloji vəziyyəti daim nəzarətdə saxlamaq lazımdır”

“Eko-Aləm” İctimai Birliyinin sədri Sevil Yüzbaşeva: “Oxçuçayın həddən ziyadə çirklənərək zəhərlənməsi, işğal altında olmuş qiymətli meşələrimizin məhv edilməsi, min illərlə yaşı olan abidə ağaclarımızın qırılması müşahidə edilib. Hazırda Qarabağın təbiəti reanimasiya prosesini keçir” Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından…