Şanlı Qələbə Bəyanatı

Azərbaycan Respublikası Qarabağa dair Üçtərəfli Bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinə ilk gündən çalışmışdır  Regionda sabitliyin yaranması və humanitar problemlərin aradan qaldırılması Azərbaycan üçün hər zaman prioritetdir. Azərbaycan öz gücünə Qarabağda münaqişələrin tamamilə dayandırılmasına nail olub. Rəsmi Bakı hər zaman bəyan edib ki, Azərbaycan Qarabağda erməni əhalisinin hüquq və təhlükəsizliyinə təminat verir. Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanmış Üçtərəfli Bəyanata əsasən əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi, erməni nümayəndələri arasında sülh danışıqlarının aparılmasına böyük əhəmiyyət verir. Azərbaycan Respublikası ilk gündən Qarabağa dair Üçtərəfli Bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinə…

“Diplomatik masa” simulyasiya layihəsinə başlanılıb

Azərbaycan Universiteti Siyasi elmlər kafedrasının təşəbbüsü ilə “Diplomatik Masa” simulyasiya layihəsinə başlanılıb. Layihə çərçivəsində universitetin tələbələri müxtəlif mövzularla bağlı dünya dövlətlərinin mövqelərini müdafiə etməyə çalışaraq debat və diskussiyalara cəlb olunur, siyasi və diplomatik arqumentlər gətirərək masada qarşı tərəfi üstələməyə çalışırlar. Layihənin ideya müəllifi Azərbaycan Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski bildirib ki, diplomatiya dövlətlər arasında əlaqələri yaradan vasitə kimi əhəmiyyət kəsb edir və dövlət siyasətinin tərkibini özündə cəmləşdirən aktlardan ibarətdir. Onun sözlərinə görə diplomatiya danışıqlar aparmaq məharətini özündə əks etdirən bir sahədir ki, layihənin keçirilməsində də…