Müdafiə naziri Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb

Noyabrın 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən birində olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, general-polkovnik Z.Həsənov komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki bacarıqlarını, eləcə də bölmələrin döyüş hazırlığını yoxlayıb. Sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə bölmələrinin praktiki döyüş atışlarını izləmək üçün təlim poliqonuna gəlib. General-polkovnik Z.Həsənov komanda-idarəetmə məntəqəsində HHM bölmələrinin döyüş hazırlığı və döyüşə hazırolma vəziyyəti barədə məruzələri dinləyib. Komanda-qərargah maşınında Hava…

Filippində zəlzələ baş verib

Filippinin cənubundakı Burias bölgəsində dünən baş verən 6,7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 6-ya yüksəlib və 2 nəfər itkin düşüb. Newsmedia xəbər verir ki, zəlzələdən zərər çəkmiş bölgələrdə ən azı 450 nəfərin tibbi yardıma ehtiyacı var. Qeyd edək ki, dünyada ən çox seysmik bölgəyə malik ölkələrdən biri olan Filippin “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.

“Heydər Əliyev və türk xalqlarının inteqrasiyası” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Heydər Əliyev və türk xalqlarının inteqrasiyası” mövzusunda elmi sessiya keçirilib. Elmi sessiyanın əvvəlində Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Newsmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə imzaladığı 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı xatırladıb və bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100…

“Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans

AMEA Rəyasət Heyətinin təşkilatçılığı ilə “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Newsmedia.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Nobellər və Nobel mükafatı: dünya təcrübəsi, Azərbaycan reallıqları və qarşıda duran vəzifələr” mövzusunda giriş nitqi ilə çıxış edib. Akademik İsa Həbibbəyli qeyd edib ki, Nobel mükafatı artıq bir əsrdən artıq müddətdir dünyanın ən nüfuzlu mükafatı ünvanını qoruyub saxlayır. Elmi konfransın keçirilməsində əsas məqsəd Nobel mükafatı ilə bağlı dünya təcrübəsini, Nobel mükafatına aparan yolun çətinliklərini, maneələrini, psixoloji eyforiyasını aydınlaşdırmaq, uğurlarını, çağırışlarını…

“Neftçi” bu gün “Zenit”lə qarşılaşacaq

Futbol üzrə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan “Neftçi” klubu bu gün yoldaşlıq oyunu keçirəcək. XQ klubun mətbuat xidmətinə istinadən bildirir ki, Adrian Mutunun baş məşqçisi olduğu kollektiv Rusiyanın “Zenit” komandası ilə üz-üzə gələcək. “Neftçi Arena”da oynanılacaq matç saat 21:00-da start götürəcək. Hər iki klubun milli komandalara qoşulan oyunçuları bugünkü qarşılaşmada iştirak etməyəcəklər. Onu da əlavə edək ki, “Neftçi” bu ilin iyulunda Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Matç TV” turnirində “Zenit”lə qarşılaşıb və rəqibinə 1:3 hesabı ilə uduzub. Elçin ABBASOV

Avropa çempionatında iki boksçumuz finala vəsiqə qazanıb

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında finalçılar bəlli olub. XQ Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbır verir ki, yarımfinal döyüşlərinin nəticəsinə əsasən, millimizin 2 üzvü həlledici görüşə vəsiqə əldə edib. Nicat Hüseynov (51 kiloqram) yarımfinalda türkiyəli Semih Gümüşlə münasibətinə aydınlıq gətirib. Görüş Avropa çempionumuzun 5:0 (28:26, 29:25, 29:25, 28:26, 29:25) hesablı qələbəsi ilə yekunlaşıb. O, bununla ardıcıl olaraq ikinci dəfə qitə birinciliyində finala yüksəlib. N. Hüseynovun uğurunu 57 kiloqram çəkidə Əzrək Bəbirov da təkrarlayıb. Boksçu finala gedən yolda Rafiq Əmirxanovla (Rusiya) üz-üzə gəlib və rəqibini…

İDF hərbiçisini cəzalandırıb

İsrail Müdafiə Qüvvələri məscidə səs qumbarası atan əsgəri vəzifəsindən uzaqlaşdırıb. Bu barədə “Tayms of İsrail” məlumat yayıb. Qeyd edilir ki, hadisə İordan çayının qərb sahilindəki Budrus kəndindəki məsciddə baş verib. İmam möminləri səhər namazına çağırmağa başlayanda İsrail əsgəri binaya səs qumbarası atıb.

Şirvan şəhəri ərazisində avtomat və tüfənglər tapılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd “AKS-U” markalı avtomat, 2 ədəd daraq və 60 ədəd patron aşkarlanaraq götürülüb. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 5 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.

Zakir Həsənov Özbəkistana başsağlığı verib

Başsağlığında deyilir: “Özbəkistanın Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri qoşunlarının komandanlığına məxsus Mi-8 helikopterinin Səmərqənd vilayətindəki “Kattakurqan” poliqonunda təlim-məşq uçuşu zamanı qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması haqqında məlumat məni dərindən kədərləndirir. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin!”.