Deputat: Azərbaycanın təhlükəsiz və işıqlı gələcəyinin ən böyük təminatçısı Prezident İlham Əliyevdir – MÜSAHİBƏ

Milli Məclisin deputatı Mahir Abbaszadə “Kanal 20 TV”-ə müsahibə verib. Həmin müsahibəni təqdim edirik. – Mahir müəllim, ilk olaraq Azərbaycanı yeni mərhələyə aparan prezident seçkiləri barədə danışaq. Fevralın 7-də ölkəmizdə keçirilmiş prezident seçkilərində xalqımızın Müzəffər Ali Baş Komandanı İlham Əliyevə olan inam və etimadı özünü necə göstərdi? –    Azərbaycanda 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsi ölkənin ictimai-siyasi həyatında mühüm hadisə idi. Bu hadisə Azərbaycan xalqının son 20 illik idarəetməsində Prezident İlham Əliyevə necə inandığını və qarşıdakı 7 ildə cəmiyyət və dövlətin idarəedilməsini Müzəffər Ali Baş Komandana necə etibar etdiyini bir daha…