QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur – MÜSAHİBƏ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik. – Agentliyin elan etdiyi son qrant müsabiqələrində iştirak üçün rekord sayda – 800-ə yaxın QHT-dən müraciət daxil olması barədə məlumat yayılıb. Son 15 ildə milli donora bir elan çərçivəsində bu sayda müraciət ilk dəfədir. Nə baş verib? – Bu, QHT sektorunda başladılan genişmiqyaslı islahatların ilk ölçüləbilən nəticəsi hesab oluna bilər. Yeni yanaşmalar və Nazirlər Kabinetinin müsabiqənin aparılması ilə əlaqədar ötən il qəbul etdiyi yeni qaydalar bunun əsas səbəbidir. Agentliyin 2024-cü il üzrə…

Bayramların şahı

Zaman keçir, vaxt ötür, dövran dəyişir, nəsillər bir-birini əvəz edir, gündəlik olaylar, insanlar unudulur… Amma zamanın yaddaşına həkk olunub nəsillərdən-nəsillərə ötürülən mənəvi dəyərlər  unudulmur və unudulmamalıdır. Çünki onlar millətin özünütəsdiq dəlilləri, mənəvi pasportudur. Novruz bayramı kimi… Bu bayramın hər bir atributu, hər bir nüansı özündə bir tarix, bir fəlsəfə, bir mədəniyyət çaları gizlədir. Kitabsız-məktəbsiz alimlərin – eradan əvvəlki  insanlarımızın  mifik təfəkküründən tutmuş çağdaş  ağıllı texnikaları idarə edən müasirlərimizin mürəkkəb elmi kəşflərinə qədər keçdiyi yolun yol yoldaşıdır Novruz bayramı. Azıx mağarasında, Qobustan qayalarının əhatəsində qalanmış tonqallar ətrafında yaranmış mifik təfəkkür məhsulları…