Azərbaycan-Konqo münasibətlərində etibarlı tərəfdaşlıq

 İctimai-siyasi cəhətdən sabit, iqtisadi cəhətdən dinamik inkişaf edən, beynəlxalq miqyasda yüksək imicə sahib olan Azərbaycan dünyada söz sahibinə çevrilib. Milli maraqlarını hər zaman qoruyan ölkəmizin beynəlxalq miqyasda özünü təsdiqləməsi, irimiqyaslı layihələrin müəllifi kimi çıxış etməsi Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin təzahürüdür. Xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında quran Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, İslam Konfransı Təşkilatına digər təşkilatlara üzv olaraq beynəlxalq…