Milena Nəbiyevanın rəsm sərgisi keçirilib

Aprelin 26-da “Alov qüllələri” kompleksində  tanınmış rəssam Milena Nəbiyevanın “Alovun ahəngi” adlı sərgisi təşkil olunub. Qonaqları salamlayan rəssam öz yaradıcılığı barədə məlumat verib və təqdim olunan əsərlərin özəllikləri barədə söhbət açıb. Tədbirdə tanınmış incəsənət və ictimaiyyət nümayəndələri, modelyerlər, iş adamları, media mənsubları iştirak ediblər. newsmedia xəbər verir ki, rəssam sərgidə ümumilikdə 20 əsərin təqdim olunduğunu bildirdi. O qeyd etdi ki, onların hər biri mövzu və süjetinə görə bir-birindən fərqlənir: “Burada təqdim olunan əsərləri əsasən şəxsi emalatxanamda çəkmişəm və burada yağlı boyadan geniş istifadə olunub. Bu, rəssamlıqda texniki cəhətdən vacib şərtlərdən hesab…

Azərbaycan və qırğız xalqları arasında qarşılıqlı yardım əlaqələri gücləndirilir

Bu gün Qırğızıstan rəsmiləri tərəfindən azərbaycanlıların bu ölkədəki fəaliyyəti yüksək qiymətləndirilir  Azərbaycanla Qırğızıstan iki coğrafi ərzidə olmasına baxmayaraq, böyük türk dünyasının aid olan ölkələr arasında uzun tarixi əlaqələri var. Hətta 1924-cü ildə qırğız xalqının görkəmli oğulları K. Tınıstanova, İ. Arabaeva, O. Bolobalaeva və s. nümayəndə heyəti Şərqdə Türkdilli xalqların ilk Qurultayında iştirak ediblər. Öz növbəsində, vaxtilə Azərbaycanın görkəmli oğul və qızları  Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu, Sara Qədimova dəfələrlə Qırğızıstanda səfərdə olublar. Müasir dövrdə isə Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev…