Türkiyə IDEF-2023 sərgisinə hazırlaşır

Türkiyə IDEF-2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə hazırlaşır. Bir çox xarici şirkətlərin də ev sahibliyi edəcəyi IDEF-2023 sərgisi iyulun 25-28-də keçiriləcək.

IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilir. Qeyd edək ki, 2021-ci ildə baş tutan IDEF-2021 sərgisində 53 ölkənin 1200-dən artıq müdafiə və təhlükəsizlik həlləri istehsal edən şirkəti məhsul və texnologiyalarını nümayiş etdirib.

Rizvan FİKRƏTOĞLU

Oxşar xəbərlər